Məhkəmə qərarları › İş №2(006)-1658/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1658/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1658/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı iddiaçı “xxxx” MMC-nin cavabdeh X4 qarşı "borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Belissa Riqa markalı mebel üçün 558 manat ödənilməmiş hissə, 55 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Venetsiya markalı mebel üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 778 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 «xxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Belissa Riqa markalı mebel və Venetsiya markalı mebel almış və nəticədə 778 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2239 manat (24 ay x 93 manat + 7 manat ilkin ödəniş) olan Belissa Riqa markalı mebel üçün ümumilikdə 613 manat olmaqla, ondan 558 manat ödənilməmiş hissə, 167 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 55 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 manat (24 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan Venetsiya markalı markalı mebel üçün ümumilikdə 165 manat olmaqla, ondan 150 manat ödənilməmiş hissə, 45 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 15 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2251 manat təşkil edir. Müqaviləyə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1 maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prossesual qanunvericiliyə uyğun olaraq cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizəyə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 37459 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxx” MMC 2239 manat dəyərində Belissa Riqa markalı mebeli müqavilədə göstərilən şərtlərlə X4 verməyi, X5 isə müqavilədə alınan əşyanın dəyərini 7 manat ilkin ödəniş edərək, 24 ay ərzində hər ay 93 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 47901 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, “xxxx” MMC 720 manat dəyərində Venetsiya markalı mebeli müqavilədə göstərilən şərtlərlə X4 verməyi, X5 isə müqavilədə alınan əşyanın dəyərini 0 manat ilkin ödəniş edərək, 24 ay ərzində hər ay 30 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən 778 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020—ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X5 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks halda aidiyyəti üzrə müvafiq dövlət qurumuna müraciət olunacağı barədə “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 549-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, cavabdeh X3 “xxxx” MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli 37459 saylı və xx.xx.2018-ci il tarixli 47901 müqavilələrə əsasən Belissa Riqa markalı mebel və Venetsiya markalı mebel onun istifadəsinə verilmiş, X5 isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə 778 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 xx.xx.2018-ci il tarixli 37459 saylı müqavilə üzrə isə 558 manat əsas borc, 55 manat cərimə və xx.xx.2018-ci il tarixli 47901 saylı müqavilə üzrə isə 150 manat əsas borc, 15 manat cərimə cəmi 778 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2018-ci il tarixli 37459 saylı müqavilə üzrə 558 (beş yüz əlli səkkiz) manat əsas borc, 55 (əlli beş) manat cərimə və xx.xx.2018-ci il tarixli 47901 saylı müqavilə üzrə 150 (yüz əlli) manat əsas borc, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul X1 tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar