Məhkəmə qərarları › İş №2(006)-1665/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1665/2023

07.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1665/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzrə payların qiymətləndirilməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, X5 qarşı «miras əmlakla payların müəyyən edilməsi, qiymətləndirilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 2 otaqlı, 23 kv.m. yaşayış sahəsi üzrə varislərin dairəsinin müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən 23 kv.m. yaşayış sahəsinin qiymətləndirilməsi, ümumi məbləğdən varislərin 1/4 payı pul vəsaiti şəklində ödənilməsi, sonda yaşayış sahəsi üzrə iddiaçının tam olaraq mülkiyyətçi qismində tanınması və çıxarış əldə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı 23 kv.m. sahəsi olan mənzil məhrum anası X3 miras qalmış və məlum miras əmlak üzrə varislər, İddiaçı, mərhum qardaşı X12, mərhum qardaşı X8, bacısı X2r. 13 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş və mərhum anası Novruzova Elmiradan miras qalmış əmlakın 1/4 hissəsin adına rəsmiləşdirmişdir. Mərhum qardaşları Novruzov Faiqin, Novruzov Nazimin varisləri və bacısı Ramazanova Umcahan miras əmlakla bağlı məlumatlı olsalar da notariat ofisinə müraciət etməmişdirlər. Onlara paylarını müəyyənləşdirilməsi, qiymətləndirilinəsi və müəyyənləşdirilən qiymət üzrə nəğd pul vəsaitinin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli məktubuna cavab verməmişdirlər. Miras əmlakın bölünməsi mümkün olmadığı üçün və qanunvericiliyin prinsiplərinə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. Miras əmlakda yaşayır və cavabdehlər bu ünvanda yaşamırlar. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin miras əmlak üzrə 1/4 hissədə pul vəsaiti ilə qiymətləndirilməsi, payın nəğd pul vəsaiti ödəməklə miras əmlakdan varislər siyahısından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.1998-ci il tarixli ÖM seriyalı 026651 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları döngəsi ünvanda yerləşən 3 saylı evin 34,5 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin X4 adına 23 kv.metr payda 2 otaq, X9 adına 11,5 kv.metr 1 otaq xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. AZ-İ seriyalı 940938 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 940967 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.1979-cu il tarixdə ölmüşdür. AZ-İ seriyalı ******* saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə ölmüşdür. xx.xx.2018-ci il tarixli 230 saylı arayışdan görünür ki, X12 xx.xx.2010-cu il tarixdə ölmüşdür. xx.xx.2016-cı il tarixli 2V-136 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 01.11 2004-cü ildə vəfal etmiş, X4 vərəsəsi, İddiaçıdur və o bu miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən, 2904 nömrəli reyestr kitabının, 270951 nömrəli vərəqəsində. **********89-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə əldə edilmiş daşınmaz əmlakın təsviri, üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudtışdrılmasına (yüklülüyünə) dair ********** saylı arayışa əsasən, ünvan 2 ünvanında yerləşən, mərhum X6 məxsus sahəsi 23.0 kv.m olan 2 (iki) otaqdan ibarətdir. Göstəribn miras əmlakın qalan 3/4 hissəsi açıq saxlanıldı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin 11,5 kv.metr sahəsi olan 1 otaq X9, 2 otaq 23 kv.metrdən 1/4 hissə İddiaçı adına qeydiyyata alınmış, mərhum X4 adına olan 2 otaq 23 kv.metrdən 3/4 hissə açıq qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3137-9/3317 saylı ekspert rəyindən görünür ki, ünvan 1 evin (2 otaqlı 23 kv.metr sahəsi olan) hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 38200 manat məbləğində, livid dəyəri isə təqribən 36200 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən mənzilin 11,5 kv.metr sahəsi olan 1 otaq X9, 2 otaq 23 kv.metrdən 1/4 hissə İddiaçı adına qeydiyyata alınmış, mərhum X4 adına olan 2 otaq 23 kv.metrdən 3/4 hissə açıq qalmışdır. Məhkəmə qeyd edir ki, miras əmlakdan açıq qalan hissə ilə bağlı payların müəyyən olunması ilə əlaqədar notariat ofisinə həm iddiaçı, həmçinin cavabdehlər tərəfindən müraciət olunması iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə miras qalan əmlakın açıq qalmış hissəsini tələb etməkdə iddiaçının hüququ yaranmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, miras qalan əmlakın açıq qalmış hissəsinin dəyərinin ödənilməsi ilə bağlı təklif etdiyi məbləğlə cavabdehlər razılaşmamış, eyni zamanda həmin məbləğ hazırki dövr üzrə ağlabatan məbləğ hesab edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlak üzrə payların qiymətləndirilməsi və s.» tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar