Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1679/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X5 xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. Artıq bir müddətdir ki, "Alzheymer" adlı ağır xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq müalicələr alır. 2018-ci ildən Bakı şəhəri 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatdadır. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin professoru Fuad İsmayılov tərəfindən xx.xx.2019-cu ildə müayinə olunmuş və ona Alzheymer xəstəliyi nəticəsində yaranan demensiya, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacının olması diaqnozu qoyulmuşdur. Həmin xəstəlik nəticəsində yaddaş itməsi və əqli qabiliyyətin pozulması baş verir ki, nəticədə xəstə özünü idarə etmək qabiliyyətini itirir və nəticədə kənar şəxslərin qulluğuna ehtiyacı yaranır. Anam hal-hazırda ərizəçinin himayəsindədir. Ərizəçinin məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, anası öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Həmçinin anası daimi xəstə olduğundan onun müalicəsinə çəkilən xərcləri qarşılamaq üçün övladı kimi onun üzərində qəyyum təyin ediləcəyi təqdirdə alacağı az məbləğdə də olsa pul vəsaitini onun müalicəsinə sərf edəcək. Aztəminatlı ailə olduqlarından həmin məbləğin əldə edilməsi onun üçün mühüm əhəmiyyət kəsb edir və ailəyə müəyyən qədər maliyyə dəstəyi olacaqdır. Qeyd olunanlara əsasən, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, bütün əmlakların anasının adına olduğunu və hazırda pilot layihəyə düşdüyünü, anasının bu əmlaklar barəsində müqavilə bağlamaq iqtidarında olmadığını bildirdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X8 ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını məhkəməyə bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 1978ci il tarixdə verilmiş Vİ-ЖQ seriya 801460 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, valideynləri X10 ilə X3r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 8603 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən X5 alzheymer xəstəliyi nəticəsində yaranan demensiya F00.0, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1424 №-li rəyindən görünür ki, X2 Altseymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri - son illər yaddaş pozuntularının özünü büruzə verməsi, mütəmadi olaraq müalicə olunmasına baxmayaraq psixi vəziyyətinin pisləşməkdə davam etməsi, X6 müayinə olunduqdan sonra yuxarıda qeyd olunan diaqnozun təyin edilməsi, 3 saylı Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Beləliklə, X2 altseymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. X5 onda qeyd olunan dərin demensiya nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1679/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1679/2020
05.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver