Məhkəmə qərarları › İş №2(006)-168/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-168/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-168/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Hidayətov X3 Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsinə xitam verilməklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85-ci mənzilini) ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0,15786 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binada, 68.31 kv.m. ümumi, 47.31 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzil (bundan sonra - “mənzil”) İddiaçı xüsusi mülkiyyətindədir. xx xxxxxx 2007-ci il tarixdə “xxxx” ASC-nin “Xəzər” filialı X5 arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün xx xxxxxx 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsi bağlanaraq mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə borc X9 tərəfindən ödənilmişdir və hazırda ödənilməmiş borc mövcud deyildir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2iqt(81 )-2410/2012 saylı qərardadı ilə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi “X2 Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. İddiaçılar ipotekaya xitam verilməsi ilə bağlı cavabdehə rəsmi müraciət etsələr də bu müraciət cavablandırılmamışdır. Göründüyü kimi, hazırkı halda əsas öhdəlik mövcud olmadığı halda, cavabdel ipotekaya xitam verilməsi ilə bağlı könüllü razılığa gəlmir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx xxxxxx 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsinə xitam verilməklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85-ci mənzilini) ipoteka ilə yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək əsl cavabdeh qismində LPO Cavabdeh ASC-nin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. X9 və İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış ərizədən görünür ki, xx xxxxxx 2008-ci il tarixdə "xxxx" ASC-nin "Xəzər" filialı X5 arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün eyni tarixli ipoteka müqaviləsi bağlanaraq, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin, 85-ci mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə X7 hər hansı borcu qalmamışdır. Eyni zamanda əsas öhdəliyə xitam verilməli olduğu üçün ipoteka müqaviləsinə də xitam verilməli, ipoteka predmeti üzərindən məhdudiyyət götürülməlidir. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Cavabdeh" ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisədi Məhkəməsinin 2 iqt(81)-2410/2012 saylı xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi "X2 Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən xx xxxxxx 2008-ci il tarixdə "xxxx" ASC-nin "Xəzər" filialı X5 arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə və qeyd olunan kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün bağlanmış eyni tarixli ipoteka müqaviləsinə (İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin, 85-ci mənzili ipoteka^jə yüklü edilməsi barədə) xitam verilməsi xahiş olunmuşdur. “xxxx” ASC-nin “Xəzər” filialı X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli FK0009 saylı kredit (borc) müqaviləsinin surətindən görünür ki, bank borcalana 24 ay müddətinə illik 28% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2008-ci il tarixli FK0009 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, müqavilənin predmeti borclu X9 ilə ipoteka saxlayan “xxxx” ASC-nin arasında bağlanmış xx.xx.2008-ci il tarixli FK0009 №-li kredit müqaviləsi üzrə illik 28 faizlə 24 ay müddətinə ümumi məbləği 30.000 manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. Həmin müqaviləyə əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri. Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0.15786 ha torpaq sahəsində yerləşən 44 nömrəli. 5 mərtəbəli binada, 68.31 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21072 №-li, xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2008-ci il tarixli, FK0009 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X9 xx.xx.2010-cu il tarixinə (iddia üzrə tarixə) “xxxx” ASC olan borcu 12.304.26 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 11.549.68 manat, faiz borcu üzrə 754.58 manat. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, X9 tərəfindən xx.xx.2010-cu il tarixdən sonra 25.050.00 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2010-cu il tarixə göstərildiyindən 25.050.00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2739 №-li, xx.xx.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X1 üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxxxx 2008-ci il tarixli, FK 0009 saylı Kredit müqaviləsi şərtləri nəzərə alınmaqla, müqavilə üzrə xx.xx.2010-cu il tarixdən (kredit müqaviləsi müddətinin bitmə tarixi) sonra ödənilmiş 25.050,00 manat məbləğində kredit ödənişləri xx.xx.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) hazırki tədqiqatla müəyyən edilmiş 12.264,61 manat borc məbləğindən çıxılmaqla X7 xx.xx.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu tam ödənilmiş və 12.785,39 manat məbləğində artıq ödəmə müəyyən edilir, o cümlədən: xx.xx.2010-cu il tarixə: əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə - 0,00 manat. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, “xxxx” ASC X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müdətinə illik 28% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində istifadədə olan 0.15786 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binada, 68.31 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 85 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21072 №-li, xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən borcalanın xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 12.304.26 manat məbləğində ödənilməmiş borcun olması təsdiq edilsə də, qeyd edilmişdir ki, X9 tərəfindən xx.xx.2010-cu il tarixdən sonra 25.050.00 manat məbləğində ödəniş aparılması müəyyən edilmiş, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi kimi xx.xx.2010-cu il göstərildiyindən 25.050.00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Yenidən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2739 №-li, xx.xx.2020-ci il tarixli rəyinə əsasən X9 tərəfindən xx xxxxxx 2008-ci il tarixli, FK 0009 saylı Kredit müqaviləsi üzrə edilmiş bütün ödənişlər nəzərə alınmış, onun kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixi üçün LPO “xxxx” ASC-yə borcunun olmaması məyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bu Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinin 17.1.2-ci bəndinə əsasən təminatlı borc Borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə ödənildikdə və ya başqa şəkildə dahamövcud olmadıqda ipoteka müqaviləsinə xitam verilir. Beləliklə işin yuxarıda şərh olunan hallarından göründüyü kimi, X9, “xxxx” ASC ilə bağlanmış xx.xx.2008-ci il tarixli FK0009 №-li kredit müqaviləsinə əsasən bankdan aldığı kredit məbləği üzrə əsas borcunu və ona hesablanmış faizləri tam şəkildə ödəyərək üzərinə götürdüyü öhdəlikləri icra etmiş və bu barədə banka lazımi qaydada məlumat vermişdir. Buna baxmayaraq isə cavabdeh ipoteka müqaviləsinin yuxarıda qeyd olunan şərtləri, ipoteka və mülki qanunvericiliyin müvafiq normaları pozmaqla iddiaçıya məxsus daşınmaz əmlakın ipotekadan azad edilməsi istiqamətində öhdəsinə götürdüyü vəzifələrini yerinə yetirməmişdir. Hazırda cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi, yaxud iddianın əsaslılığına şübhə yaradacaq digər halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə öhdəliyin kreditorun xeyrinə lazımınca icrası (icra) öhdəliyə xitam verilməsinin, əsas öhdəliyə xitam verilməsi isə ipotekaya xitam verilməsinin əsasıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzili ipoteka ilə yüklülükdən azad edilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcinə görə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 400 (200+200) manat cavabdeh LPO “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul isə cavabdeh LPO “xxxx” ASC-dən tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzili ipoteka ilə yüklülükdən azad edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 400 (200+200) manat cavabdeh LPO “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul cavabdeh LPO “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar