Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1682/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi, hal-hazırda Bakı şəhəri, S.Vurğun küçəsi., ev-17, m-18 ünvanında qeydiyyatda olmaqla yaşayır. X2 ünvan 2 ünvanında qeydiyyatda olmaqla onunla birlikdə yaşayırıq. X2 xx.xx.2004-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Anadan olanda, dərin kəmağıllıq, idiotiya kobud nitq və davranış pozuntuları ilə doğulmuşdur. Doğulduğu vaxtdan başlayaraq qeyd olunan xəstəliklə əlaqədar daima kənar şəxslərin himayəsinə ehtiyacı olduğundan oğlu daima anası, həyat yoldaşı X6 himayəsində olmuşdur. X3 müalicəsi və təminatı ilə daima anası, həyat yoldaşı X7 məşğul olurdu. Xəstəliyi səbəbindən də heç bir işlə oğul ola bilmir, etdiyi hərəkətləıin mənasını dərk edə, özünü ümumiyyətlə idarə edə bilmir, sonradan bel əyriliyi əmələ gəlmişdir və bu səbəbdən də l-ci qrup əlildir. Oğlu anası, yoldaşı X7 işləyənə qədər onun himayəsində yaşayırdı və onun bütür qayğılarını anası, həyat yoldaşı çəkirdi. Oğlunun 18 yaşı xx.xx.2022-ci il tarixində tamam olduqdan sonra və həyat yoldaşının işi ilə əlaqədar yaranmış vəziyyətə görə işdən çıxıb ona qulluq edə bilmədiyindən cğlunun müalicəsi ilə o, məşğul olur. Oğlu ümumiyyətlə özünü idarə edə və etdiyi hərəkətlərin mənasını anlaya, dərk edə bilmir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, oğlu ilə söhbət edən zaman öz fikrini çatdıra bilmir, ümumiyyətlə özünü idarə edə bilmir və hər bir hərəkəti daimi nəzarət altında olmaqla daima himayəçiyə ehtiyacı mütləqdir və s. Hal-hazırda X2nun əziyyət çəkdiyi xəstəliyə görə özünü idarə etmə qabilliyyəti yoxdur. Həmçinin o yaşadığı dövründə başqa əhəmiyyətli qərar qəbul edə, hüquqlarından istifadə edə, hətta müstəqi hərəkət edə bilmir. Onun mənafeyi naminə qəyyumun təyin edilməsi olduqca əhəmiyyətlidir. Köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla yardıma ehtiyacı vardır. Ərizəçi məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddiasının baxılıb təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə (Qəyyumluq və Himayəçilik Komissiyası) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 atasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixdə verilmiş məlumatından görünür ki, X5 orqanizmin funksiyalarının 95%-lik pozulması ilə müddətsiz 1-ci dərəcəli əlildir və onun dərin kəmağıllılıq idiotiya kobud nitq və davranış pozuntuları ilə daim kənar şəxslərin himayəsinə ehtiyacı olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1682/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1367 nömrəli ekspert rəyindən görünür ki, X4 dərin əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən dərin əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1682/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1682/2023
16.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver