Məhkəmə qərarları › İş №2(006)-1684/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1684/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1684/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********93615 olan “X4 10+” markalı telefon üçün 2640 manat ödənilməmiş hissə, 792 manat dəbbə pulu,cəmi 3432 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3462 manat cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, MMC Cavabdeh ilə xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93615 olan “X4 10+” markalı telefon almış və nəticədə 3432 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3099 manat (12 ay x 240 manat+219 manat ilkin ödəniş) İMEİ Kodu **********93615 olan X4 10+ markalı telefon üçün ümumilikdə 3432 manat olmaqla ondan 2640 manat ödənilməmiş hissə, 792 manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 459 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, maddi imkanı yaxşı olmadığına və işləmədiyinə görə borcunu ödəyə bilməmişdir. “X4 10+” markalı telefonu ekranı pozulduğuna görə ucuz qiymətə bir şəxsə satmışdır. Sonda Cavabdeh iddianın qismən təmin edilməsini, yəni dəbbə pulu azaldılaraq təmin edilməsini Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli müqavilənin şərtlərinə görə, dəyəri İMEİ kodu **********93615 olan “X4 10+” markalı telefonu Cavabdeh müvəqqəti sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə ilkin ödəniş 12 ay müddətinə, hər ayın ödəniş haqqı 240 manat olmaqla, əşyanın dəyərini hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, Müqaviləyə əlavə edilmiş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə MMC-yə cəmi 459 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi əşyaların təhvil-təslim aktından göründüyü kimi, həmin tarixdə müqavilədə göstərilən “X4 10+” markalı mobil telefon MMC tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh təhvil verilmişdir. Bu səbəbdən də, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə, yəni xx xxxxxxx 2019-cu il tarixli müqavilə ilə MMC-nin tələb etdiyi 3099 manat məbləğində əşyanın satış qiymətini ödəməyə borcludur. xx xxxxxxx 2019-cu il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh 12 ay ərzində, hər ay 240 manat olmaqla, cəmi 3099 manat məbləğində pulu iddiaçıya ödəməlidir. MMC bu məbləğin cəmi 459 manat məbləğində hissəsinin ödənildiyini bildirir, qalan 2640 manat ödənilməsini isə tələb edir. MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». MMC tərəfindən irəli sürülən, 792 manat məbləğində dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, MMC bu tələbin əsası kimi müqavilənin 2-ci bəndinə istinad edir. Həmin bənddə qeyd olunub: ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir». Həmçinin, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş 2640 manat məbləğində borc üçün tələb etdiyi 792 manat məbləğində dəbbə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləğini azaldaraq 80 manat məbləğində müəyyən edir. Odur ki, qeyd olunanlara əsasən cavabdeh Cavabdeh cəmi 2720 manat olmaqla, ondan, 2640 manat ödənilməmiş hissə və 80 manat cərimə alınmalı və “xxxx” MMC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh cəmi 2720 (iki min yeddi yüz iyirmi) manat (ondan 2640 manat ödənilməmiş hissə və 80 manat cərimə olmaqla) məbləğində pul vəsaiti alınsın və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul Cavabdeh alınsın və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar