Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1705/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «imtina qərarının ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı «imtina qərarının ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə imtina qərarının ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 20 mart 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş anası X10 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürməsinin üzürlü hesab edilməsi, Cavabdeh üzərinə imtina qərarının ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının qardaşı X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 və anası X11 Bakı şəhəri Nəsimi rayonu X14 küçəsi 1 D saylı evin 3 saylı mənzilində yaşamış, atası 16.02.2010-cu il tarixdə, anası 20.03.2020-ci il tarixdə yaşadıqları ünvanda vəfat etmişlər. Anası X7 Bakı şəhəri X14 küçəsi 1 D saylı evin 3 saylı mənzili və "xxxx" ASC-nin Nəsimi rayonu ünvan 2 ünvanda yerləşən Mərkəzi filialında saxlanılan 60.000 manat əmanət pul miras qalmışdır. Valideynlərinin qanun üzrə vərəsələri o və qardaşı X2. Qardaşı atası və anasından miras qalmış əmlakı qəbul etməmiş və notarial qaydada təsdiq olunmuş ərizə ilə mirasdan ona çatası paydan imtina etmişdir və gələcəkdə də bu məsələ ilə əlaqədar heç bir iddiasının olmayacağını bildirmişdir. O, anası X7 miras qalmış əmlakın və əmanət pulun vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun adına rəsmiləşdirilməsi üçün Cavabdehna rəsmi ərizə ilə müraciət etmiş, miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyü əsas gətirilməklə, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur, valideynlərinin vərəsəsi o və qardaşı X2. Qardaşı miras əmlakı qəbul etməmiş və gələcəkdə də miras əmlakla əlaqədar iddiası olmayacağını bildirmişdir. Odur ki, miras əmlakla əlaqədar ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün maneə yoxdur. Bildirir ki, o, miras əmlakı qəbul etmişdir, Rusiya Federasiyasında yaşasa da, daimi olaraq evlərinə gəlmiş, valideynlərinin dolanışıq xərclərini, kommunal xərcləri ödəmiş, onlara qulluq etmişdir. Dəfn xərcləri də onun tərəfindən ödənilmişdir. Qanuna görə, miras əmlakla əlaqədar mübahisə olmadığına görə müddət bərpa edilməli, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Qeyd etdiyi kimi, anası 20.03.2020-ci il tarixdə vəfat etmişdir. Həmin dövrdə bütün dünyada «Covid-19» pandemiyası tüğyan etdiyi dövr olduğu üçün o, anasının dəfn mərasimində iştirak edə bilməmişdir. Lakin, anası vəfat etdikdən sonra anasının qəbrinin düzəldilməsi üçün pul göndərmişdir. Həmçinin valideynlərinə məxsus yaşayış evi onun istifadəsindədir. «Covid- 19» pandemiyası ilə əlaqədar üzürlü səbəblərdən dəfn mərasimində iştirak edə bilməmişdir. O, pandemiya səbəbindən Bakı şəhərinə anasının vəfatından 1 il 8 ay sonra gəlmişdir. Gələ bilməməsinin səbəbi isə, «Covid-19» pandemiyası olmuş, yaşadığı Moskva şəhərindən çıxmağa icazə olmamışdır. Bu səbəbdən, Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikməsini üzürlü sayılıb, uzadılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının qaldığı binada 6 il kirayədə yaşamışdır və iddiaçını bu səbəbdən tanıyır. İddiaçının mərhum anasını adını xatırlamasa da, yaxından tanımışdır. İddiaçının anası vəfat etmişdir. İddiaçının özünü görmüşdür və şəxsən tanıyır. Sonuncu dəfə iddiaçını 2021-ci ildə görmüşdür, anası vəfat edəndən sonra gəlmişdi. Mərhumənin yasında pandemiyaya görə iştirak edə bilməmişdir. İddiaçının anası vəfat edəndə bundan xəbəri var idi. İddiaçının qardaşını tanımır. Mərhumə sağlığında evdə tək qalırdı, ərini görməmişdir. İddiaçı anası vəfat edəndən qabaq gəlib-gedirdi, 2019-2020-ci illlərdə. X15 Adilovna məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçını 2019-cu ilin sentyabr ayında tanımışdır. İddiaçının anasına qulluq etmək lazım idi, həftədə bir dəfə gedib qulluq etmişdir. İddiaçının anası sonradan vəfat etmişdir. Bunadək 7 ay ərzində iddiaçının anasının evinə getmişdir. Axırıncı dəfə təxminən 8-9 mart ərəfələrində evlərinə getmişdir. Kartına 1 gediş üçün 25 manat köçürülmüşdür. İddiaçı ilə görüşdə tək olmuşdur. İddiaçının qardaşını görməmişdir. Pandemiya vaxtı iddiaçını görməmişdir. Anası vəfat edərkən o, öz evində olmuşdur. İddiaçı ona zəng vuraraq məlumat vermişdir ki, anası vəfat edib. Pulu tam ödəniləndən sonra əlaqəsi kəsilmişdir. Mərhumə sağlığında evdə tək qalırdı. X16 Əsgərovna məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının anasını tanımışdır. Dəqiq vəfat etdiyi vaxtı xatırlamır. İddiaçını 2019-cu ildə görmüşdür. İddiaçının anası tək yaşamışdır. Pandemiyadan sonra iddiaçını görməmişdir. X8 iddiaçının anası olması işin mübahisəsiz hallarından biridir. İşin digər mübahisəsiz halları: - X8 20 mart 2020-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşd. insultdan Bakı şəhərində vəfat etmişdir, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında 31 mart 2020-ci il tarixdə 49 saylı akt qeydi aparılmış, mərhumənin adına 14 dekabr 2021-ci il tarixdə AZ-İİ seriyalı 239674 saylı ölüm haqqında şəhadətnamə verilmişdir; - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 12.10.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X14 küçəsi 1d saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1241 saylı reyestr kitabının 112963 saylı vərəqində qeydiyyata alınmışdır; - Əmanət müqaviləsindən və kassa mədaxil qəbzindən görünür ki, X11 16 may 2017ci il tarixdə "xxxx" ASC-yə 60.000 manat əmanət qoymuşdur; - X8 həyat yoldaşı, iddiaçının atası X1 16 fevral 2010-cu il tarixdə ağ ciyər ödemindən Bakı şəhərində vəfat etmişdir, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında 23 fevral 2010-cu il tarixdə 195 saylı akt qeydi aparılmış, mərhumun adına 23 fevral 2010-cu il tarixdə AZ-İ seriyalı 397806 saylı ölüm haqqında şəhadətnamə verilmişdir; - X8 vəfatından sonra – hazırkı iş üzrə İddiaçı və iddiaçının qardaşı X3maqla iki vərəsəsi qalmışdır; - X6 notarial qaydada təsdiq olunmuş ərizə yazaraq, miras kütləsindən ona düşən paydan faktiki olaraq qardaşı İddiaçı xeyrinə imtina etmişdir; - İddiaçı mirasın qəbul edilməsi üçün ərizə ilə Cavabdehna müraciət etmişdir. İşin yuxarıda qeyd olunan halları mübahisə edilməyən hallardır. İş materiallarına əlavə olunmuş Cavabdeh 17 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 20 mart 2020-ci il tarixdə vəfat etmiş anası Klavdiya Çernyukdan qalmış miras əmlakın qəbulu ilə bağlı müddət ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edildi ki, iddiaçı RF, Moskva şəhərində yaşasa da, valideynləri ilə daim maraqlanmış, əlaqədə olmuş, tez-tez Bakı şəhərinə gəlmiş, valideynlərinin qayğılarının həll edilməsi üçün maddi dəstək göstərmişdir. İddiaçının atası X1 16.02.2010-cu il tarixdə, anası X11 isə 20.03.2020-ci il tarixdə vəfat etmişlər. İddiaçı «Covid-19» pandemiyası səbəbindən Dünyada olan milyardlarla insan kimi yaşayış yerini tərk edə bilməmiş, nəticə etibarı ilə Bakı şəhərinə gələrək, anasının dəfnində iştirak etməsi mümkün olmamışdır. Lakin yas və dəfn mərasiminin təşkil edilməsi üçün lazım olan maddi vəsaiti köçürmə üsulu ilə ödəmişdir. Anasının sağlığında sonuncunun qayğısına qalması üçün xüsusi şahid qismində dindirilmiş şəxslə razılığa gəlmiş, anasına mütəmadi və keyfiyyətli qulluğun göstərilməsini təşkil etmişdir. Pandemiya tədbirləri yumşaldılan kimi Bakı şəhərinə gəlmiş, miras əmlakın qəbul edilməsi üçün notariat kontoruna müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mərhum anasından miras qalmış əmlakı (mənzili və pul vəsaitini) qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürmüşdür. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, iddiaçının miras qalmış mənzilin və pul vəsaitinin qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən buraxması aşkardır və həmin müddət uzadılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20.03.2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri Nəsimi rayonu X14 küçəsi 1 D saylı evin 3 saylı miras mənzilinin və "xxxx" ASC-də olan 60.000 manat əmanətinin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılmalı, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 20.03.2020-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakın - Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 1 D, 3 saylı mənzilin və "xxxx" ASC-də olan 60.000 manat məbləğində əmanətin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1705/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1705/2022
25.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver