Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1707/2020 02.03.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdeh BOKT “X7 Azərbaycan” MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər BOKT “X7 Azərbaycan” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə X1rşı “məlumatın verilməsi vəzifəsinin bankın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər BOKT “X7 Azərbaycan” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Balakən filialı arasına bağlanmış xx.xx.2015-ci il tarixli, 6741 saylı kredit müqaviləsinin devalvasiya tarixində mövcud olması və həqiqiliyinin təsdiq edilməsini, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6741 saylı kredit müqaviləsi əsasında Mərkəzi Kredit Reyestrinə verilməli olan kredit hesabatını təşkil edən məlumatların BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən kredit reyestrinə dəqiqləşmə verilməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının 1-ci hissəsinin ona münasibətdə icra edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədlərini araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, Azərbaycan Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasının Maliyyə X4 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X5 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Maliyyə X4 iddia ərizəsinin xx.xx.2020-ci il tarixində məhkəməyə verilməsindən əvvəl, yəni xx.xx.2019-ci il tarixində ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Halbuki, Mülki Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır və hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir və 59.1- ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Belə olan halda ləğv edilmiş hüquqi (publik-hüquqi) şəxsin hüquq qabiliyyəti, o cümlədən Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti mövcud deyildir. Odur ki, mövcud olmayan hüquqi şəxsə qarşı iddianın irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, hüquqi şəxs olmalıdır, ləğv edilmiş hüquqi şəxs cavabdeh hesab olunmadığından, ona qarşı verilmiş iddia ərizəsinə məhkəmə baxıla bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə X4 iddia ərizəsi verilməmişdən əvvəl ləğv edildiyinə görə hazırki iş üzrə prosessual hüquq varisliyinə yol verilmir. Belə ki, sonradan ləğv edilmiş hüquqi şəxs məhkəmədə iddia qaldırılarkən prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər hüquqi şəxs ləğv olunmuşdursa, o, prosessual hüquqi statusa malik olmur, onun malik olmadığı status isə başqa hüquqi şəxsə keçə bilməz. Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Beləliklə məhkəmənin iş üzrə gəldiyi nəticəyə görə mövcud olmayan hüquqi şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər BOKT “X7 Azərbaycan” MMC, Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə X1rşı “məlumatın verilməsi vəzifəsinin bankın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata iddia tələblərinin Azərbaycan Respublikası Maliyyə X2 aid hissəsində xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1707/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1707/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver