Məhkəmə qərarları › İş №2(006)-1708/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1708/2023

04.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1708/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Firması, Cabbarov Qurban Məhəmməd oğlu və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cabbarov Qurban Məhəmməd oğlu ilə “Bank VTB (Azərbaycan)" ASC (bundan sonra “Bank'’ və ya "Cavabdeh") arasında bağlanmış 117836-1-9130 saylı, 04 oktyabr 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən, Cabbarov Qurban Məhəmməd oğluna 04 oktyabr 2023-cü ilədək 5 000 000 (beş milyon) ABŞ dolları həcmində kredit xətti açılmışdır. Baş kredit razılaşmasının təminatı kimi, “Kənan" Firması, Cabbarov Qurban Məhəmməd oğlu və Bank arasında 117869- NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və tam mülkiyyət hüququ ilə "Kənan” firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175.92 kv.m. ümumi, 2159.01 kv.m. əsas, 2016.92 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi (kommersiya və iaşə obyekti) ipoteka qoyulmuşdur. Bundan sonra, Cabbarov Qurban Məhəmməd oğlu ilə Bank arasında bağlanmış 117836-1-9130/1 saylı, 04 oktyabr 2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə əsasən, Cabbarov Qurban Məhəmməd oğluna 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1 910 000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirir ki, X4 ilə 11 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə Cavabdeh2 Firmasının 100% payını alqı-satqı yolu ilə Xatirə Hüseynovanın adına almışlar. "xxxx" Firmasının 100% payı 7798 manat əmlak şəklində olmaqla, Azərbaycan Respublikası Vergilər Nazirliyində Xatirə Hüseynovanın adına qeydiyyatdan keçmişdir. Xatirə Hüseynova ilə 5 ildən artıqdır ki, birlikdə yaşamırlar. Bu müddətin böyük bir hissəsini Türkiyədə yaşamışdır. Hazırda əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, “Kənan" Firmasının nizamnamə kapitalını teşkil edən əmlakı 3-cü şəxs tərəfindən kredit götürülərkən onun məlumatı və razılığı olmadan girov qoyulmuşdur. "Kənan” Firması tərəfindən bağlanmış əqd xüsusi əhəmiyyətli əqddir. Belə ki, Firmanın nizamnamə kapitalını təşkil edən yeganə əmlakıdır. Bununla bağlı ümumi yığıncağın qərarı və onun notarial qaydada təsdiq edilmiş razılığı olmalı idi. Hesab edir ki, Xatirə Hüseynovanın “Kənan" Firmasında olan payı ümumi birgə mülkiyyət hesab edildiyindən nizamnamə kapitalını təşkil edən yeganə əmlakının girov qoyulması barədə müqavilə təsisçi X1 qərarı ilə və eyni zamanda onun notarial qaydada razılığı alınmaqla bağlana bilərdi. Beləliklə hesab edir ki, “Kənan" Firması, X6 və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, 04 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddianın rədd edilməsini xahiş etmiş, iddiaya etirazın məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh1 ASC ilə Cabbarov Qurban Məhəmməd oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117836-1-9130 saylı “Baş kredit razılaşması” əsasında Q.M.Cabbarova 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 ASC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cabbarov Qurban Məhəmməd oğlu arasında bağlanmış 04 10 2013-cü il tarixli 117836-1-9130/1 saylı “Kommersiya krediti müqaviləsi”nə əsasən Q.M.Cabbarova biznesin inkişafı məqsədi üçün illik 12 (on iki) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1.910.000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ-1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə firmaya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “Bank VTB (Azərbaycan)" ASC ilə “Kənan" firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117869-G_RAN-109 saylı “Zaminlik müqaviləsi”nə əsasən “Kənan" firması kredit alan Q.M.Cabbarovun Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117870-7-5519 saylı “Zaminlik müqaviləsi”nə əsasən X.M.Hüseynova kredit alan Q.M.Cabbarovun Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı Cavabdeh1 ASC cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair xx.xx.2016-cı il tarixli iddia iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfi Cavabdeh1 ASC qarşı “əqdin etibarsız hesab olunması” və “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbləri qaldıraraq, Bankın onlara qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının dayandırılmasına nail olmuşlar. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11,2016-cı il tarixli 2(006)- 7706/2016 saylı qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev) iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun Cavabdeh1 ASC-nə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 3988/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) iddiaçı Q.M.Cabbarovun apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11,2016-cı il tarixli 2(006)-7706/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-8465/2017 saylı qərarı ilə (sədrlik edən hakim Ə M.Rüstəmov) iddiaçı Q.M.Cabbarovun kassasıya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci ıl tarixli 2(103)- 3988/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin 12.11 2020-ci il tarixli 2-2(113)- 774/2020 saylı qətnaməsi ilə (hakim S.V.Nuriyevə) iddiaçı Cavabdeh2 firmasının Cavabdeh1 ASC-nə qarşı zaminliyə və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 17 05.2021 -ci il tarixli 2- 2(103)-227/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.İ Hüseyn) iddiaçı “Kənan' firmasının apellyasiya şikayətinin təmin olunmaması, Bakı Kommersiya Məhkəməsinin 12.11,2020-ci il tarixli 2-2(113)-774/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-416/2021 saylı qərarı ilə (sədrlik edən hakim B Qərıbov) iddiaçı Cavabdeh2 firmasının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2021 -ci il tarixli 2-2(103)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nəhayət, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-35/2019 saylı qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 12.2022-ci il tarixli 2(105)- 39/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş.R.Abasov) iddiaçı Cavabdeh1 ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddia tələbi təmin edilərək yeni qətnamə qəbul edilməsi; qətnamənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdehlər Q.M.Cabbarovun və “Kənan" firmasının apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 firması və Cabbarov Qurban Məhəmməd oğlu, üçüncü şəxs X2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021 -ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vıcdanlılıq prinsipinə zidd hesab edilməlidir. Yuxarıda sadalanan məhkəmə qərarlarından göründüyü kimi, mübahisələndirilən əqdin etibarlılığı məhkəmələr tərəfindən artıq yoxlanılmış və mübahisələndirilən ipoteka müqaviləsinin qanuna uyğun bağlanması məhkəmələr tərəfindən artıq müəyyən olunmuşdur. İddiaçının hazırkı tələbi əqdin (müqavilənin) etibarsız hesab olunması olduğundan iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ- 1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin bağlandığı gün, yəni 2013-cü ilin oktyabr ayının 4-ü iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bır ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq huququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsicı müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi- nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımından, qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi, İddiaçı ipoteka saxlayan “Bank VTB (Azərbaycan)’ ASC, ipoteka qoyan Cavabdeh2 firması və kredit alan Q.M.Cabbarov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ- 1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi’nin etibarsız hesab edilməsi tələbi əsassız olmaqla yanaşı qanuvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirilməmişdir. İddiaçı iddia ərizəsində ipoteka qoyan Cavabdeh2 firması, ipoteka saxlayan Cavabdeh1 və kredit alan Q.M.Cabbarov arasında Cavabdeh2 firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına dair xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ-1780 saylı ipoteka müqaviləsi bağlanarkən, hüquqi şəxsin paylarının 100% hissəsinin X2 məxsus olmasını, həmin payların onunla X.M.Hüseynovanın birgə nikah dövründə əldə olunmasını, lakin buna baxmayaraq, hüquqi şəxsin əmlakının onun notarial qaydada razılığı olmadan qanuna zidd olaraq banka girov qoyulmasını qeyd edərək, ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 firmasının nizamnaməsinin 1.5-ci bəndinə əsasən müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi Cabbarov Qurban Məhəmməd oğludur. Cavabdeh2 firmasının 24 iyul 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə F-95 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kənan” firmasının təsisçisinin dəyişməsi ilə bağlı nizamnamənin 1.5-ci bəndinə edilmiş dəyişikliyə görə firmanın təsisçisi və əmlakın mülkiyyətçisi X3r. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 firmasının qeydiyyata alındığı tarix xx.xx.1998-ci il; təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət; hüquqi ünvanı Sumqayıt şəhəri, 18-ci mkr; əvvəlki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı Cabbarov Qurban Məhəmməd oğlu - 100%; hazırki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı - X4 - 100%. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* çıxarışına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyriyaşayış binası (kommersiya və iaşə obyekti) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 firmasının 27 sentyabr 2013-cü il tarixli qərarına əsasən Cabbarov Qurban Məhəmməd oğlunun “Bank VTB (Azərbaycan)" ASC-dən 60 ay müddətinə 1.910.000 ABŞ dolları məbləğində alınacaq kreditin təminatı kimi Cavabdeh2 firması tərəfindən zəmanət verilməsi və firmaya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının girov qoyulması qərara alınmışdır. Hüquqi şəxsin qərarı firmanın təsisçisi X5 tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ-1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən Cabbarov Qurban Məhəmməd oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli. 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri- yaşayış binası (kommersiya və iaşə obyekti) “Bank VTB (Azərbaycan)" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışına əsasən Cavabdeh2 firmasının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanlnda olan ümumi sahəsi 4175,92 kv.m. ibarət qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixli BKR əsasən ipoteka ilə yüklü edilmişdir. Mübahisələndirilən ipoteka müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni hüquqi şəxs Cavabdeh2 firmasının 27 sentyabr 2013-cü il tarixli qərarına əsasən bağlanmış və notariat orqanında təsdiq edilmişdir. Belə ki, hüquqi şəxsin sözügedən qərarından müəyyən olunur ki, Q.M.Cabbarovun Cavabdeh1 ASC-dən 60 ay müddətinə 1.910.000 ABŞ dolları məbləğində alınacaq kreditin təminatı kimi Cavabdeh2 firması tərəfindən zəmanət verilməsi və firmaya məxsus olan əmlakın girov qoyulması qərara alınmışdır. Həmin qərar firmanın təsisçisi X.M.Hüseynova tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanılarkən və notariat kontorunda təsdiqlənərkən Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın tələblərinə tam əməl olunmuşdur. Mübahisələndirilən əqd imzalandıqdan və notarial qaydasında təsdiq edildikdən sonra dövlət orqanında rəsmi qeydiyyata alınmış və bunun əsasında çıxarış verilmişdir. Həmin çıxarış heç vaxtı və heç kim tərəfindən mübahisələndirilməmiş, hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzıbati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2018-cı il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, mübahisələndirilən əqdin qanuna uyğun bağlanması yuxarıda sadalanan məhkəmə qərarları ilə tam sübut olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, S M Hüseynovun hazırki iddia ərizəsi iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarının qəbul edilməsi və qanuni qüvvəsini almasının qarşısını almaq məqsədim daşıyır. Həmin mülki iş üzrə cavabdeh tərəfi hər dəfə “yeni” iddia ilə növbəli şəkildə Banka qarşı məhkəməyə müraciət etməklə Bankın iddiası üzrə məhkəmə icraatının yubadılmasına nail olmaq istəyirlər. Bütün bunlar onu göstərir ki, hazırkı iddia həm hüquqi, həm faktiki cəhəddən əsassızdır, ədalət mühakiməsinin həyata keçirilməsinin süni şəkildə uzadılması məqsədini daşıyır və bu da öz növbəsində, kreditor olan Bankın və məhkəmələrin əlavə vaxt itkisi ilə nəticələnir. İddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də, təmin oluna bilməz. Cavabdehlər "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki: Cavabdeh2 firmasının nizamnaməsinin 1.5-ci bəndinə əsasən müəssisənin təsisçisi və əmlakın mülkiyyətçisi Cabbarov Qurban Məhəmməd oğludur. Cavabdeh2 firmasının 24 iyul 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə F-95 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "Kənan” firmasının təsisçisinin dəyişməsi ilə bağlı nizamnamənin 1.5-ci bəndinə edilmiş dəyişikliyə görə firmanın təsisçisi və əmlakın mülkiyyətçisi X3r. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 firmasının qeydiyyata alındığı tarix xx.xx.1998-ci il; təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət; hüquqi ünvanı Sumqayıt şəhəri, 18-ci mkr; əvvəlki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı Cabbarov Qurban Məhəmməd oğlu - 100%; hazırki təsisçisi və nizamnamə kapitalındakı paylarının miqdarı - X4 - 100%. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* çıxarışına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 firmasının 27 sentyabr 2013-cü il tarixli qərarına əsasən Cabbarov Qurban Məhəmməd oğlunun “Bank VTB (Azərbaycan)" ASC-dən 60 ay müddətinə 1.910.000 ABŞ dolları məbləğində alınacaq kreditin təminatı kimi Cavabdeh2 firması tərəfindən zəmanət verilməsi və firmaya məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının girov qoyulması qərara alınmışdır. Hüquqi şəxsin qərarı firmanın təsisçisi X5 tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 firması arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117869-NEDVİJ-1780 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən Cabbarov Qurban Məhəmməd oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli. 4175,92 kv.m. ümumi, 2159,01 kv.m. əsas, 2016,91 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri- yaşayış binası (kommersiya və iaşə obyekti) “Bank VTB (Azərbaycan)" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışına əsasən Cavabdeh2 firmasının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanlnda olan ümumi sahəsi 4175,92 kv.m. ibarət qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixli BKR əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11,2016-cı il tarixli 2(006)- 7706/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cabbarov Qurban Məhəmməd oğlunun Cavabdeh1 ASC-nə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 3988/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Q.M.Cabbarovun apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11,2016-cı il tarixli 2(006)-7706/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-8465/2017 saylı qərarından görünür ki, iddiaçı Q.M.Cabbarovun kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2017-ci ıl tarixli 2(103)-3988/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 12.11 2020-ci il tarixli 2-2(113)-774/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 firmasının Cavabdeh1 ASC-nə qarşı zaminliyə və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 05.2021 -ci il tarixli 2- 2(103)-227/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Kənan' firmasının apellyasiya şikayətinin təmin olunmaması, Bakı Kommersiya Məhkəməsinin 12.11,2020-ci il tarixli 2- 2(113)-774/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-416/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 firmasının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2021 -ci il tarixli 2-2(103)-227/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-35/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cabbarov Qurban Məhəmməd oğlu, Cavabdeh2 firması və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 12.2022-ci il tarixli 2(105)- 39/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qismən ləğv edilməsi və həmin hissədə iddia tələbi təmin edilərək yeni qətnamə qəbul edilməsi; qətnamənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması; cavabdehlər Q.M.Cabbarovun və “Kənan" firmasının apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Hazırda təsisçi X1 əri İddiaçı qeyd olunan ipoteka müqaviləsinin onların birgə nikahları dövründə X1 adına əldə olunan 100% payla X2 məxsus "xxxx" MMC-nin əmlakı hesabına bağlanması və bu müqavilə bağlanarkən İddiaçı razılığı olmaması səbəbindən etibarsız hesab edilməli olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 87.7-ci maddəsinə əsasən cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar. 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ yoxdur. Belə ki, "xxxx" MMC özü ayrılıqda bir hüquqi şəxs olmaqla mülki hüquqlara və vəzifələrə malikdir. O, mülki hüquqi dövriyyənin iştirakçısı olan bir şəxs kimi özünə məxsus olan əmlakla öhdəliklərini təmin edir. Şirkətin öz əmlakına münasibətdə öhdəliklərinə görə onun təsisçiləri öz şəxsi əmlakları ilə mülki məsuliyyət daşımadığından iddiaçı tərəfindən qeyd olunan ipoteka müqaviləsinin bağlanması zamanı onun razılığının olmasına ehtiyac yoxdur və belə razılığın olmaması səbəbindən müqavilə etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Firmasına, Cabbarov Qurban Məhəmməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar