Məhkəmə qərarları › İş №2(006)-1710/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1710/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1710/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Cavabdeh “X15 Azərbaycan” QSC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və “X15 Azərbaycan” QSC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və “X15 Azərbaycan” QSC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı qətnaməsi ilə “xxxx” MMC və İddiaçı1 “X15 Azərbaycan” QSC-nin xeyrinə 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz (1.817,88 manat kapital və 29.640 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 (iki yüz on üç min iki yüz qırx yeddi manat səksən səkkiz) manat məbləğində borcun, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752, 92 manat faiz (1.782,92 manat kapital və 27.970 manat gecikmə faizi) və 2000 manat cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat əlli doqquz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərci müştərək qaydada tutulması, ipoteka predmetləri; Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X15 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, X6 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilindən, X3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların bir ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə) “X15 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq X2, X8, X5 və İddiaçı1 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 500 manatın “xxxx” MMC və İddiaçı1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına, 50 (əlli) manat məbləğində pulun isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Qətnamə üzrə bir sıra icra hərəkətləri aparılmış, lakin onlar bu icra hərəkətlərinin aparılmasından xəbərsiz olmuşlar. Bir neçə gün əvvəl Qaradağ icra və probasiya şöbəsindən icra məmuru iddiaçıya zəng edərək ipoteka ilə yüklü edilmiş yaşadığı yeganə fərdi yaşayış evinin guya hərrac vasitəsilə qətnamə üzrə tələbkara satıldığını bildirdi. İddiaçı icra məmurundan hərracın hansı hərrac təşkilatı vasitəsilə keçirildiyini soruşduqda icra məmuru hərracı “xxxx” tərəfindən keçirildiyini bildirdi. İddiaçılar dərhal həmin hərracın keçirildiyi İ.Hidayətzadə küçəsində yerləşən ofisə getdikdə onlara artıq həmin təşkilatın fəaliyyətini dayandırdığını bildirdilər. Onlar məcbur qalıb Qaradağ İcra və Probasiya şöbəsinə gedib 06 oktyabr 2020-ci il tarixli ərizə ilə rəsmi qaydada müraciət edib hərracın yekun protokollarını əldə etdilər. Hərracın yekun protokolları rəsmi olaraq 08 oktyabr 2020-ci il tarixdə onlara təqdim olundu. Hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qanunla nəzərdə tutulan müddət tərəflərindən ötürülməmişdir. “xxxx” MMC formal hərrac keçirərək əmlakı 81.600 manata “X15 Azərbaycan” QSC-yə satmışdır. “xxxx” MMC-nin 20 sentyabr 2019-cu il tarixli, Y- 233/1 №-li “Hərracın yekunları barədə Protokol”u qanunvericiliyin tələblərini pozduğundan məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, hərracın 81.600 manata tələbkara satdığı evin real bazar dəyəri bir milyon manatdan artıqdır. Əgər həmin evə baxış keçirilsə evin real dəyərinin daha artıq olduğu dərhal bilinər. Başqa bir maraqlı məsələ isə hərracı keçirən təşkilatın artıq fəaliyyət göstərmədiyidir. Onlarda olan məlumata görə bu təşkilat birdəfəlik bağlanıb. Bütün bunlar bir daha göstərir ki, cavabdehin iştirakı olmadan keçirilən hərrac hansı məqsəd daşıyıb. Göstərilənlərə əsasən Qaradağ rayonu, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin “xxxx” MMC tərəfindən açıq hərracda satılmasına dair 20 sentyabr 2019-cu il tarixli, Y- 233/1 JVQ-li “Hərracın yekunları barədə” Protokolunun nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında cavabdeh “X15 Azərbaycan” QSC-nin nümayəndəsi X9 ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin materiallarında olan 21.05.2019-cu il və 18.07.2019-cu il tarixli xəbərnamələrin surətlərindən görünür ki, «xxxx» MMC tərəfindən borclulara göndərilmiş bildirişlər borclular “xxxx” MMC və İddiaçı1 tərəfindən alınmışdır. İşin materiallarında olan «Hərracın nəticələri haqqında» 20 sentyabr 2019-cu il tarixli, Y-233/1 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı – «xxxx» MMC-nin nümayəndəsi Z.H.Bədəlov ilə alıcı «X15 Azırbaycan» QSC-nin nümayəndəsi M.M.Abdullayev Bakı şəhəri, Qaradağ rayonu, 3-cü yaşayış massivi, ev 8-in 81.600 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 17.07.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 “X15 Azərbaycan” QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC və İddiaçı1 “X15 Azərbaycan” QSC-nin xeyrinə: 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz (1.817,88 manat kapital və 29.640 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 (iki yüz on üç min iki yüz qırx yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində borc; 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz (1.782,92 manat kapital və 27.970 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat, əlli doqquz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 19 (on doqquz) manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiymətinin 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyalar açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X15 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, X6 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilindən, X3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “X15 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq X2, X8, X5 və İddiaçı1 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan: 500 (beş yüz) manatın “xxxx” MMC və İddiaçı1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına, 50 (əlli) manat məbləğində pulun isə dövlət nəfinə ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2018-ci il tarixli, 2(103)-3155/2018 saylı qətnaməsi ilə iddiaçı “X15 Azərbaycan” QSC, cavabdehlər İddiaçı1 və X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə 30 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(102)-8473/2018 saylı qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında «xxxx» MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1-in açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac və təkrar hərrac keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə “X15 Azərbaycan” QSC-yə təklif olunmuş və nəticədə QSC tərəfindən ipoteka predmeti əldə edilmişdir. Hazırda iddiaçı keçirilmiş hərracdakı əmlakın satış qiyməti ilə razı deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi sözügedən əmlak ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin aktda mübahisəli əmlakın ilkin satış qiyməti öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və “X15 Azərbaycan” QSC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və “X15 Azərbaycan” QSC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar