Məhkəmə qərarları › İş №2(006)-1722/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1722/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1722/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh BOKT MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “girov predmetinin və ya onun dəyərinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “girov predmetinin və ya onun dəyərinin qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT MMC-dən 04 ədəd 8742.50 manat olan sepin, 1 ədəd dəyəri 1619.76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374.10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 11737.36 manat məbləğində pul alınıb İddiaçı qaytarılması, Cavabdeh BOKT MMCdən 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 04 mart 2019-cu ildə Cavabdeh BOKT MMC ilə kredit müqaviləsi bağlayıb 6740 manat istehlak krediti götürmüşdür. Kreditin təminatı kimi ona məxsus 3 adda dəyəri 11737,36 manat dəyərində qızıl əşyaları girov qoyulmuşdur. Qızıl əşyalar girov müqaviləsinə edilmiş 2 saylı əlavədə göstərilən əşyalardır. 04 ədəd 8742.50 manat olan sepin, 1 ədəd dəyəri 1619.76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374.10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 11737.36 manat məbləğində pul vəsaitidir. Krediti tam ödədiyi qızılını götürmək istəsə də ona məlum olmuşdur ki, qızıl əşyaları Goranboy filialının rəhbəri X8 ona məxsus filiala girov qoyduğu qızılları mənimsəmişdir. Ona görə də o, məhkəməyə müraciət edib filiala girov qoyduğu qızıl əşyaları məhkəmə qaydası ilə tələb etmək məcburiyyətində qalmışdır. Sonda iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiəyə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh BOKT MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdi ki, Şıxəli Qurbanov, ev 5, mənzil 49 ünvanında yaşayır, Naftalanda anadan olmuşdur. Gülnar onun bacısıdır, o da Naftalanda anadan olub. Kredit Gülnarın adınadır. Ödənişləri isə o edirdi. Qızılları Gülnar verib. Qızıl 6 dənə idi, 1 boyunbağı, 1 qolbağı və başqa qızılları girov qoyub. Hər ay 500 manat ödəyirdilər. 2019 sentyabrda axırıncı ödənişi etmişdir. Müqavilə bir il yarımlıq müddət üçün bağlanılmışdı. Onlar ödəməli olduğu məbləği artıq-artıq ödəyirdilər deyə krediti tez ödəyib bitirdilər. O sentyabr ayında getdi ki, pulu ödəyib bitirdiyi üçün qızılları geri götürsün. Cavabdeh ona dedilər ki, qızıl yoxdur. İyunda götürülüb. Ona dedilər ki, müdirin qızılları götürməyə səlahiyyəti var. X11 Respublikada saxlanılırdı. Müdir və zərgər dedilər ki, iyunda Cavabdeh audit gəlib və görüblər ki, qızıllar yoxdur. O, hər ay 500 manat məbləği Goranboydan ödəyirdi. Borcunu bağlamışlar, lakin çekləri yoxdur. Ödənişləri isə aparat vasitəsilə yox, Bank Respublika vasitəsilə etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh BOKT MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh BOKT MMC-dən 6740 manat istehlak krediti götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh BOKT MMC arasında bağlanmış girov müqaviləsindən görünür ki, kreditin təminatı kimi ona məxsus 3 adda dəyəri 11737,36 manat dəyərində qızıl əşyaları girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh” BOKT MMC-nin arayışından görünür ki, İddiaçı Cavabdeh BOKT MMC arasında bağlanmış 04.03.2019-cu il tarixli 86/0319-995BR saylı kredit müqaviləsinə əsasən ayrılmış 6740 manat kredit vəsaiti 02.08.2019-cu il tarixdə ödənilib və bu günə heç bir borc qalmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 04 mart 2019-cu il tarixli Cavabdeh BOKT MMC ilə kredit müqaviləsindən göründüyü kimi 6740 manat istehlak krediti götürmüşdür. Kreditin təminatı kimi ona məxsus 3 adda dəyəri 11737,36 manat dəyərində qızıl əşyaları girov qoyulmuşdur. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yalnız iddiaçı tərəfin dəlillərini nəzərə almalı və iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənməlidir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın", "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür", "Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır". Azərbaycan Respublikası MM-nin 181.4-cü maddəsinə əsasən «Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər». Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən «mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh BOKT MMC-də girov qoyduğu 04 ədəd 8742.50 manat olan sepin, 1 ədəd dəyəri 1619.76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374.10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh BOKT MMC-dən 04 ədəd 8742.50 manat olan sepin, 1 ədəd dəyəri 1619.76 manat olan 01 ədəd sepin, 01 ədəd dəyəri 1374.10 manat olan yolka qolbağının olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 11737.36 manat məbləğində pul alınıb İddiaçı qaytarılsın. Cavabdeh BOKT MMC-dən 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar