Məhkəmə qərarları › İş №2(006)-1726/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1726/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1726/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçı X2 cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından irəli gələn kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan, Azərbaycan Respublikası Mərkəzi Bankından xx xxxxxx 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilməli olan kompensasiya məbləğinin 814,58 (səkkiz yüz on dörd manat əlli səkkiz qəpik) manat qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq alınıb iddiaçı X3 verilməsi, dövlət rüsumu ödənilmiş 30 (otuz) manat pulun tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Quba filialından illik 36%-lə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit almışdır. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi onunla Cavabdeh1 ASC arasında xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsi bağlanaraq cəmi çəkisi 71,3 qram olan 4 adda (sep, qolbaq, üzük, komplekt) olmaqla 1137,25 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Sonradan aldığı kreditə görə ödənişlər edilməklə yanaşı tələb qızıl-zinət əşyalarına yönəldilməklə onun Cavabdeh1 ASC-yə olan borcu tam olaraq ödənilmişdir. Bununla bağlı Cavabdeh1 ASC-nin Quba filialının rəhbərliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixli 08-11/299 saylı arayış ona təqdim edilmişdir ki, həmin arayışda da onun xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ASC-nin Quba filialından aldığı 1270 ABŞ dolları məbləğində kredit üzrə əsas və faiz borcunu tam bağladığı və hazırda Cavabdeh1 ASC-nin Quba filialına heç bir borcunun olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı təsdiq olunduqdan sonra haqlı olaraq ona da kompensasiya ödəniləcəyini zənn edərək elektron portala daxil olaraq öz adının kompensasiya almalı olan şəxslərin sırasında olub-olmamasını yoxlamışdır. Bu zaman ona məlum olmuşdur ki, onun adı kompensasiya məbləği almalı olan fiziki şəxslərin siyahısında qeyd edilməmişdir. Onun aidiyyəti qurumlara şifahi müraciətinə cavab olaraq bildirilmişdir ki, 2019-cu ilin noyabr ayında ona kompensasiya ödəniləcəkdir. Lakin bu günə kimi onun adı kompensasiya almalı olan fiziki şəxslərin siyahısında olmamaqla və ona kompensasiya ödənişi edilməməklə ədalətsizlik davam edir. Hesab edir ki, kredit müqaviləsi üzrə borcun ondan ABŞ dolları ilə tələb olunmağına və onun da qeyd edilən borcu “ABŞ dollarının” artan məzənnəsi ilə tamamilə ödəyib qurtarmağına baxmayaraq kompensasiya məbləğinin ona verilməməsi nəticəsində ona ziyan dəymişdir. O, kompensasiya məbləğinin ona ödənilməsi üçün yazılı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək xx xxxxxx 2015-ci il tarixdə onunla Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin onun tərəfindən icra olunmasını nəzərə alaraq onun adının kompensasiya ödənilməli olan fiziki şəxslərin siyasına daxil edilərək kredit müqaviləsi ilə bağlı kompensasiya məbləğinin onun adına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmış və ona yazılı şəkildə bildirilmişdir ki, onun kredit tarix barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəz Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizas nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəf araşdırılması məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bir daha qeyd etmək istəyir ki, onunla Cavabdeh1 ASC-nin Quba filialı arasında xx xxxxxx 2015-ci il tarixdə həm kredit, həm də girov müqaviləsi bağlanmışdır və qeyd edilən kredit müqaviləsi ilə bağlı məlumatların Mərkəzi Kredit Reyestrinə Prezidentin Fərman qəbul edilən tarixədək daxil edilməməsi ona aid olan və onun səlahiyyətimdə olan bir məsələ deyildir. Həmin məlumatları reyestrə ona krediti verən Cavabdeh1 ASC və onun fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq orqanlar daxil etməli idi. Halhazırda Cavabdeh1 ASC-nin təqsirli hərəkətlərinin əziyyətini çəkir və cavabdeh təşkila olan Azərbaycan Respublikasının Mərkəzi Bankı buna görə məni cəzalandıraraq qanunla ona ödənilməli olan kompensasiya məbləğini ödəmir. Əlavə olaraq xatırlatmaq istəyir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-cı il tarixli qərarı ilə Cavabdeh1 ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilib. x xxxx 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan Cavabdeh1 ASC-nin Kreditorlar Komitəsinin yaradılması, komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və bankın Kreditorlar Komitəsinin Əsasnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib. Qeyd olunanlara əsasən hesab edirəm ki, Cavabdeh1 ASC-nin ləğv edicisi olaraq onun tələblərinə cavab verməli olan təşkilat da Azərbaycan Əmanətlərin Sığortalanması Fondudur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 1.1-ci və 1.2-ci maddələrinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi müəyyən edilməklə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər biı fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək Azərbaycan Respublikasının Maliyyə X6 həvalə edilmişdir. Azərbaycan Respublikası Maliyyə X5 xx.xx.2019-cu il tarixli QƏRARİ ilə təsdiq edilmiş fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydalarının 8.1-ci maddəsinə əsasən Fərmanın və bu Qaydanın tətbiqi ilə bağlı müraciətlərə baxılması və yaranan mübahisələrin həlli məqsədilə Palata tərəfindən işçi qrup və Apellyasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Həmin Qaydaların 8.5.2-ci maddəsinə əsasən komissiya kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına dair mübahisələrə baxır və onlara dair qərar qəbul edir. Həmin Qaydaların 8.8-ci maddəsinə əsasən fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1 -ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə X8 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İddiaçı X4 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikasının Mərkəzi X1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Bank tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə fərman tarixindək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməyinizi tövsiyə olunur. İş materiallarında Cavabdeh1” ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC-nin Quba filialından illik 36%-lə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarında olan Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli girov müqaviləsindən görünür ki, cəmi çəkisi 71,3 qram olan 4 adda (sep, qolbaq, üzük, komplekt) olmaqla 1137,25 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarında olan Cavabdeh1 ASC-nin xx.xx.2016-ci il tarixli arayışından görünür ki, X3 ondan ötərü ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 ASC Quba filialından aldığı 1270,0 USD məbləğində kredit üzrə əsas və faiz borcunu tam bağlamışdır. Hal-hazırda müştərinin həmin kredit üzrə Cavabdeh1 ASC Quba filialına heç bir borcu yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Bundan başqa, Azərbaycan Respublikası MM-nın 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019- cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. İddiaçı bankın nümayəndəsi də cavadehlə bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmişdir. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dolları xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan, Azərbaycan Respublikası Mərkəzi Bankından xx xxxxxx 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilməli olan kompensasiya məbləğinin 814,58 (səkkiz yüz on dörd manat əlli səkkiz qəpik) manat qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq alınıb iddiaçı X3 verilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan, Azərbaycan Respublikası Mərkəzi Bankından xx xxxxxx 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilməli olan kompensasiya məbləğinin 814,58 (səkkiz yüz on dörd manat əlli səkkiz qəpik) manat qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq alınıb iddiaçı X3 verilsin. Dövlət rüsumu ödənilmiş 30 (otuz) manat pulun tutularaq, iddiaçı X2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar