Məhkəmə qərarları › İş №2(006)-1757/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1757/2022

28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1757/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh nümayəndəsi - X9 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «aktların etibarsız hesab edilməsi və aktlara əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş qazdan istifadə qaydlarının pozulmasına dair xx.xx.2012-ci il tarixli, 015676 saylı; xx.xx.2012-ci il tarixli, 041939 saylı; xx.xx.2013-cü il tarixli, 051000 saylı; xx.xx.2015-ci il tarixli, 086919 saylı; xx.xx.2016-cı il tarixli, 090293 saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2017-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı Aktlar mərhum anası X2 adına olan **********00020 saylı qaz sayğacının yerləşdiyi və istifadə edildiyi mənzilin sakinləri tərəfindən hər hansı kənar müdaxilə etməsini təsdiq edən sübut olmadığı üçün həmin tərtib edilmiş aktların əsassız olduğundan etibarsız hesab edilməsi, xx.xx.2012-ci il tarixli, 015676 saylı Akta əsasən hesablanmış 134.40 manat cərimənin, xx.xx.2012-ci il tarixli, 041939 saylı Akta əsasən hesablanmış 291.60 manat cərimənin, xx.xx.2013-cü il tarixli, 051000 saylı Akta əsasən hesablanmış 86.40 manat cərimənin, xx.xx.2015-ci il tarixli, 086919 saylı Akta əsasən hesablanmış 86.40 manat cərimənin, xx.xx.2016-cı il tarixli, 090293 saylı Akta əsasən hesablanmış 302.40 manat cərimənin, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən hesablanmış 172.80 manat cərimənin, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən hesablanmış 135.70 manat cərimənin, xx.xx.2017-ci il tarixli, ******* saylı Akta əsasən hesablanmış 151 manat cərimənin və xx.xx.2018-ci il tarixli, ******* saylı Akta əsasən hesablanmış 863.40 manat cərimənin qanunsuz və əsassız olmaqla mərhum anası X2 adına olan **********00020 saylı abonent kodlu qaz sayğacının üzərinə borc kimi köçürülmüş ümumi 2.399,20 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 mərhum atası X8 vəfatından sonra X1nın istifadəsində olmuşdur. X1 xx.xx.2018-ci ildə Bakı şəhərində "ürəyin kəskin işemik xəstəliyi"-nin digər formaları diaqnozu ilə ölmüşdür. Anası ilə yaşayan qardaşı Nazim İsmayılov isə anasından əvvəl xx.xx.2016-cı il tarixdə ölmüşdür. Hal hazırda həmin fərdi yaşayış evində iddiaçı yaşayır. Həmin fərdi yaşayış evində mərhum anasının adına qeydiyyata alınmış **********00020 abonent koduna əsasən qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacına balans plastik kart olan smart kart ilə yüklənilir. Smart karta pul yüklədikcə balansın tez qurtarmasının bir neçə dəfə şahidi olduqdan sonra bu barədə "Asan Kommunal”-a müraciət etmişdir. Oradan iddiaçıya bildirilmişdir ki, cavabdehə müraciət etsin. Cavabdehə müraciət edəndən sonra məlum olmuşdur ki, anasının adına quraşdırılmış **********00020 saylı abonent kodu ilə qaz sayğacı üzrə doqquz dəfə Akt yazılaraq guya sayğacdan kənar qaz istifadə edildiyi üçün həmin Aktlara əsasən ümumi məbləği 2399.20 manat olan cərimə hesablanmışdır. Həmin 9 ədəd akt üzrə hesablanmış 2399.20 manat cərimədən 468.63 manat ödəniş kimi göstərilərək cəmi qalıq borcun 1930,57 manat olması bildirilmişdir. Cavabdeh bu borc məbləğlərini xx.xx.2012-ci il tarixli 015676 saylı Akta əsasən 134.40 manat, xx.xx.2012-ci il tarixli, 041939 saylı Akta əsasən 291.60 manat, xx.xx.2013-cü il tarixli, 051000 saylı Akta əsasən 86.40 manat, xx.xx.2015-ci il tarixli, 086919 saylı Akta əsasən 86.40 manat, xx.xx.2016-cı il tarixli, 090293 saylı Akta əsasən 302.40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 172.80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 135.70 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı Akta əsasən 151 manat və xx.xx.2018-ci il tarixli, ******* saylı Akta əsasən isə 863.40 manat olmaqla ümumi 2.399.20 manat cərimə borcu hesablanaraq mərhum X1nın adına olan **********00020 saylı qaz sayğacının üzərinə borc kimi köçürülmüşdür. Bu barədə ona rəsmi qaydada heç bir bildiriş və ya məlumat verilməmişdir. Yuxarıda qeyd edilən aktlara dair məlumatı xx.xx.2021-ci il tarixdə olmuşdur. Qeyd edilən aktlara görə hesablanmış borc əsassızdır. Belə ki, **********00020 abonent kodu ilə anasının adına qeydiyyat alınmış qaz sayğacına qonşu tərəfindən qoşulmanı təsdiq edən foto şəkil var. Bununla bağlı hesab edir ki, cavabdehlərin kifayət qədər məlumatları olmuşdur. Lakin həmin kənar qoşulmaya görə hesablanmış cəriməni anasının adına olan sayğaca köçürtmüşlər. Digər tərəfdən tərtib edilmiş aktlarda borc hesablanarkən guya pozuntunun aşkar edildiyi gündən 90 gün əvvəl müddətə sərfiyyat edilmiş qaz sərfiyyatına görə hesablama aparılmışdır. Digər tələdən onu da qeyd etmək lazımdır ki, sayğaca ümumiyyətlə kənar müdaxilə olmamış və bu baxımdan qeyd edilən aktlar anasına aid hissədə əsassız olaraq tərtib edilmişdir. Cavabdehə əsassız hesablanmış borcun silinməsi ilə bağlı müraciət etsə də borcun silinməsi ilə bağlı nəticə əldə edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən **********00020 saylı abonent kodu verilmiş ünvanda təbii X14na riayət olunması vəziyyətinin yoxlnanılmasına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan dəfələrlə istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Bu qanunazidd hərəkətlər nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. Yuxarıda qeyd olunmuş qanunazidd faktların aşkar olunduğu tarixlərdə “Təbii X14nın pozulması haqqında” Aktlar tərtib edilmiş, itirilmiş təbii qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamələr müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Bu halı **********00020 abonent koduna dair Saldo və Gasrep məlumatlarına nəzər yetirdikdə görmək olar. Belə ki, əgər Gasrep məlumatlarına nəzər yetirilsə görünər ki, abonentin mövsümi ödənişləri yaşayış yerinə uyğun deyildir. Digər tərəfdən abonent həm soyuq aylarda, həm də ki isti aylarda eyni məbləğdə pul vəsaiti ödəmişdir. Bu və ya digər hallar istehlakçının qeyriqanuni, yəni sayğacdan kənar təbii qazdan istifadə etdiyini rəqəmlərlə təsdiqləmiş, bu isə öz növbəsində abonentə verilən təbii qazın düzğün uçotunun aparılmaması və qaz paylayıcı şirkətə maddi ziyanın vurulması ilə nəticələnmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X14”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00020 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Aşkarlanmış faktlar əsasında tərtib edilmiş “Təbii X14nın pozulması haqqında” Aktlar və onların əsasında tərtib edilmiş dəymiş zərərin miqdarı, eyni zamanda hesablanmış zərərin məbləği qanunidir, əsaslıdır və bütün bunlar qanunvericiliyə əsaslanan istehlakçıların qanunazidd əməllərdən çəkindirməyə yönəlmiş müvafiq atılması məcburi olan və qanuna söykənən addımlardır. Əksinə abonent kodu verilmiş ünvanda yaşayan istehlakçı (abonent) qanunun tələblərinə məhəl qoymamış, dəfələrlə öz qanunsuz əməllərini təkrarlayaraq Cavabdehnə külli miqdarada maddi ziyan vurmuşdur. Prosessual hüquq normalarının tələblərinə əsasən iddaçı tərəf tələbinin əsası kimi istinad etdiyi etdiyi halları sübut etməlidir və Məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. İddiaçının hansı sübutlarla bunu edəcəyi isə sual olaraq qalmaqdadır. İddia ərizəsinə iddiaçı tərəfindən qoşma edilmiş sənədlərə nəzər yetirilsə görünər ki, Cavabdeh tərəfindən qanunazidd əməllərin aşkar edilməsi faktı əsasında tərtib edilmiş sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı yalnız və yalnız uydurma, özünümüdafiə xarakterli izahat verməklə qanunsuz tələbini müdafiə edəcəkdir. İddia ərizəsinin əsaslı olması ilə bağlı cavabdeh tərəfin tərtib etdiyi sənədlərdən başqa hər hansı mötəbər sayılacaq sənəd qoşma olunmamışdır. Həmçinin, abonentə dair GASREP məlumatlarına nəzər yetirdik də abonentin ödənişlərindən uzun illər boyunca tutulmalar, yəni hər dəfə abonent Smart kartına ödənişlər etdik də, pul vəsaitinin bir qisminin silinməsi faktı baş vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, uzun illər boyunca aparılmış tutulmaları abonent mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçı iddia müddətinin ötürülməsi ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyindən, buna dair ərizə də məhkəməyə təqdim edilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İ-ИЕ seriyalı 636591 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 atası X15, anası X4r. AZ-İİ seriyalı 221948 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 38 saylı arayışından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, 17 saylı evdə qeydiyyatda olmaqla yaşayır. xx.xx.2016-cı il tarixli, 090293 saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii X14nın pozulması haqqında” aktlardan görünür ki, cavabdehin əməkdaşları tərəfindən X5 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı təbii qazdan sayğacdan kənar istifadə olunması aşkar olunmuşdur. xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli Tələbnamələrdən görünür ki, xx.xx.2016-cı il tarixli, 090293 saylı Akta əsasən 302.40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 172.80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 165,1 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı Akta əsasən 135.70 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı Akta əsasən 151 manat, xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən 863,40 manat borc hesablanmışdır. Abonentin saldosunun “Qalıq və aktlar” adlı qrafasından görünür ki, cavabdeh tərəfindən X5 2012-ci ilin yanvar ayına 134,40 manat, noyabr ayına 291,60 manat, 2013cü ilin yanvar ayına 86,40 manat, 2015-ci ilin yanvar ayına 86,40 manat, 2016-cı ilin mart ayına 302,40 manat, sentyabr ayına 172,80 manat, noyabr ayına 165,10 manat, dekabr ayına 135,70 manat, 2017-ci ilin yanvar ayına 151 manat, 2018-ci ilin yanvar ayına 863,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda X5 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə baxışlar keçirilmiş və baxışlar zamanı təbii qazdan sayğacdan kənar istifadə olunması aşkar olunmaqla xx.xx.2012-ci il tarixli, 015676 saylı; xx.xx.2012-ci il tarixli, 041939 saylı; xx.xx.2013-cü il tarixli, 051000 saylı; xx.xx.2015-ci il tarixli, 086919 saylı; xx.xx.2016-cı il tarixli, 090293 saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2017-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii X14nın pozulması haqqında” aktlar tərtib olunmuşdur. Nəticədə aktlara əsasən cavabdeh tərəfindən X5 2012-ci ilin yanvar ayına 134,40 manat, noyabr ayına 291,60 manat, 2013-cü ilin yanvar ayına 86,40 manat, 2015-ci ilin yanvar ayına 86,40 manat, 2016-cı ilin mart ayına 302,40 manat, sentyabr ayına 172,80 manat, noyabr ayına 165,10 manat, dekabr ayına 135,70 manat, 2017-ci ilin yanvar ayına 151 manat, 2018-ci ilin yanvar ayına 863,40 manat borc hesablanmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçı izahatında qardaşının ölümünə (2016-cı ilin dekabr ayında ölmüşdür) qədər təbii qazdan sayğacdan kənar xətdən istifadə olunduğunu bildirmiş, qardaşının ölümündən, yəni 2016-cı ildən sonra isə həmin xətti ləğv etdirdiyini bildirmişdir. Bununla da iddiaçı xx.xx.2017-ci il tarixədək olan aktların qanuni olduğunu özü etiraf etmişdir ki, bu halda məhkəmə hesab edir ki, həmin aktların qanuniliyi təsdiq olunduğuna görə iddia xx.xx.2012-ci il tarixli, 015676 saylı; xx.xx.2012-ci il tarixli, 041939 saylı; xx.xx.2013-cü il tarixli, 051000 saylı; xx.xx.2015-ci il tarixli, 086919 saylı; xx.xx.2016cı il tarixli, 090293 saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2016-cı il tarixli, ******* saylı aktlara münasibətdə təmin oluna bilməz. İddia tələbinin xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlara münasibətdə məhkəmə qeyd edir ki, həmin aktlarda göstərilən hallara dair cavabdeh tərəfindən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən sübutların yerində müayinəsi zamanı (yerli baxış) göstərilən aktlara dair fotoşəkillərdə göstərilən qaz xəttinin iddiaçının sayğacına qoşulan xətti ilə əlaqəsinin olmaması, fotoşəkillərdəki borunun və evin iddiaçının evinə aidiyyətinin olmadığı müəyyən olunmaqla evə daxil olan kənar xətt aşkar edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehin nümayəndəsi mənzildə əlavə xətt aşkar edilməsini tərtib edilmiş aktlardan və fotoşəkillərdən əlavə heç bir sübutla əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının X1 barəsində tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar qanunsuz və əsassız olduğundan ləğv edilməli və onların əsasında hesablanmış cərimələr də qanunsuz olduğundan silinməlidir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, ərizəsində iddia müddətinin keçməsini abonentləri təbii qazla müvafiq müqavilə əsasında təchiz etməsinə və Mülki Məcəllənin 373.2-ci maddəsinə (Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir) istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələb müqavilə tələbi deyil, cavabdeh tərəfindən aparılmış yoxlamaların qanunsuz olması və onun nəticəsində hesablanmış borcların silinməsi ilə bağlı olan tələbdir ki, bu halda hazırki tələbə müqavilə tələbi kimi iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii X14nın pozulması haqqında” aktlar etibarsız hesab edilməli, xx.xx.2017-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 151 manat və xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 863.40 manat məbləğində cərimələr iddiaçının mərhum anası X2 adına olan **********00020 saylı abonent kodundan silinməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii X14nın pozulması haqqında” aktlar etibarsız hesab edilsin. xx.xx.2017-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 151 manat və xx.xx.2018-ci il tarixli ******* saylı Akta əsasən hesablanmış 863.40 manat məbləğində cərimələr İddiaçı mərhum anası X2 adına olan **********00020 saylı abonent kodundan silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar