Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1760/2021 18.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlu, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “Mars M Firması”nın direktoru X1 və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı «iki investisiya müqaviləsinin etibarsız hesab edilməsi, birgə iddiaçıların vərəsəlik haqqında mülkiyyət hüquqları ilə yüklü 0.12 ha paylı miras torpağını ayırmaqla əvvəlki hüquqi müstəvidə bərpası, əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi ilə ləğvi və s» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “Mars M Firması”nın direktoru X1 və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı «iki investisiya müqaviləsinin etibarsız hesab edilməsi, birgə iddiaçıların vərəsəlik haqqında mülkiyyət hüquqları ilə yüklü 0.12 ha paylı miras torpağını ayırmaqla əvvəlki hüquqi müstəvidə bərpası, əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi ilə ləğvi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdehlərə qarşı iddia tələbləri ayrı-ayrılıqda və dəqiq şəkildə ifadə edilmədiyindən və bu səbəbədən məhkəmə üçün qeyri müəyyən qaldığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçılar tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş qaydada ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu elektron ödəniş sistemi vasitəsilə digər tələb ilə bağlı (İddianın predmetinə dair 3-cü şəxslərin işə qoşulması barədə hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə) Nəsimi Rayon Məhkəməsinin büdcəsinə ödənilmişdir. Hazırki iddia ərizəsinə dair dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “Mars M Firması”nın direktoru X1 və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı «iki investisiya müqaviləsinin etibarsız hesab edilməsi, birgə iddiaçıların vərəsəlik haqqında mülkiyyət hüquqları ilə yüklü 0.12 ha paylı miras torpağını ayırmaqla əvvəlki hüquqi müstəvidə bərpası, əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi ilə ləğvi və si» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıların yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1760/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1760/2021
18.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver