Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-178/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4, X5 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona aldığı pulları tam ödədiyi üçün əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X4, X5 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı, X2 və X7 müştərək qaydada 14785 manat əsas borc, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum məbləğinin tutularaq, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, İddiaçı ilə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, «kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 17.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli, Seriya RX №0371100 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, Məhsəti küçəsində mülkiyyətində olan 0,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120.2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmeti açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldıdması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yevlax rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(039)-2449/2019 saylı Qərardadı ilə iddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X4, X5 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-841/2020 saylı 23.01.2020-ci il tarixli Qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair 2(006)- 841/2020 saylı mülki iş iddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X4, X5 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(039)-2449/2019 saylı mülki işli bir icraatda birləşdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 24 aprel 2014-cü il tarixdə cavabdehlə aralarında kredit müqaviləsi bağlanmış və 48 ay müddətinə 25000 (iyirmi beş min) ABŞ dolları almışdır. Kreditin təminatı kimi ona məxsus Yevlax şəhəri, Məhsəti küçəsində mülkiyyətində olan 0,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 279,8 kv.metr ümumi yaşayış və 120,2 kv.metr yardımçı sahədən ibarət 28 nömrəli yaşayış vardır. Həmin vaxtdan da o banka olan borcunu daimi olaraq ödəmişdir. Lakin ölkədə gedən devalvasiya nəticəsində dolların kursu qalxdığı üçün cavadehlə aralarında yeni müqavilə bağlandı və onun borcu Azərbaycan manatı ilə onlar tərəfindən yenidən hesablanmış və 27 dekabr 2017-ci il tarixdə onunla yeni müqavilə bağlandı və yenidən pul ödəməyinə davam etmişdir. Baxmayaraq ki, yeni müqavilədə göstərilən məbləğ ona verilmədi. Bu barədə onlarda qəbz belə yoxdur. Lakin onun ödədiyi pulları cavabdeh tərəf harasa silir və onun borcu heç azalmır. Onlara müraciət etdikdə ona bildirirlər ki, borcun faizlərinə dəbbə puluna silinir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4, X5 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbininə dair iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Cavabdeh ASC-nin "Yevlax" filialı ilə İddiaçı arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li kredit müqaviləsinə əsasan, 24.01.2014-cu il tarixli saylı kredit müqaviləsinə əsasən ABŞ dolları ilə aldığı kredit borcunun manata çevirilməsi üçün 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 21200 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YYF-83 №li kredit müqaviləsinin təminatı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 17.04.2014-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli, Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam miilkiyyut hüququ əsasında məxsus olan Yevlax şəhəri, Məhsəti küçəsində mülkiyyətində olan 1,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120 2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində həmin –“sonrakı ipoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 28.12.2017-ci il tarixli, **********74- 10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriya, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli YVF-83 saylı kredit müqaviləsinin təminatı qismində X8 və X11 ilə 27 dekabr 2017-ci il tarixli, YVF-83 saylı «Kredit miiqaviləsi»nin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin "Kredit alan" üçün açılan ssuda hesabına köçürüİdüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan tərəfindən «Kredit verən»in hesabına nağd və va köçürülmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə geri qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4. bəndinə əsasən «Kredit alan» kreditdən istifadəyə görə “kredit verən”ə illik 18 (on səkkiz) % faiz ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günü bitdiyi sonuncu gün «Kredit alan” tərəfindən “kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda, o. hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. İddiaçı bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 11.10.2019-cu il tarixinə olan borcu, 14785 manat məbləğində əsas borc, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləği təşkil edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, İddiaçı Cavabdeh ASC-nin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yevlax Bələdiyyəsinin 26.12.2017-ci il tarixli arayışından görünür ki, İddiaçın Yevlax Bələdiyyəsinə 2018-ci ilin yanvar ayının 1-dək torpaq və əmlak vergisinə dair borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC 24 aprel 2014-cü il tarixdə arasında bağlanmış kredit müqaviləsindən görünür ki, cavabdehlə aralarında kredit müqaviləsi bağlanmış və 48 ay müddətinə 25000 (iyirmi beş min) ABŞ dolları almışdır. İş materiallarında olan Cavabdeh ASC-nin "Yevlax" filialı ilə İddiaçı arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li kredit müqaviləsindən görünür ki, 24.01.2014-cu il tarixli saylı kredit müqaviləsinə əsasən ABŞ dolları ilə aldığı kredit borcunun manata çevirilməsi üçün 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 21200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin "Yevlax" filialı ilə İddiaçı arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli sonrakı ipoteka müqavilsindən görünür ki, cavabdehlə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YYF-83 saylı “kredit müqaviləsi”nin təminatı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 17.04.2014-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74- 10301 reyestr nömrəli, Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, Məhsəti küçəsində mülkiyyətində olan 1,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120.2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində həmin –“sonrakı ipoteka müqaviləsi» qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 28.12.2017-ci il tarixli, **********74-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriya, ******* saylı ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin №0371100 saylı çıxarışından görünür ki, Yevlax şəhəri, Məhsəti küçəsi 28 İddiaçı xüsusi mülkiyyətidir. Daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.09.2020-ci il tarixli, № 2811 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) 24 aprel 2014-cü il tarixli, YF-704 saylı kredit müqaviləsi üzrə İddiaçı 24 aprel 2018-ci il tarixədək banka olan borcu 13.849,06 ABŞ doları məbləğində müəyyən olunur o cümlədən 24.04.2018-ci il tarixə əsas borc üzrə 12.998,24 ABŞ doları, faiz borcu üzrə 850,82 ABŞ dolları. İş materiallarında olan “xxxx” MMC-nin 22.12.2020-ci il tarixli, №1967/20/ATAB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Yevlax şəhəri, Məhsəti küçəsində, İddiaçı mülkiyyətində olan 0.0419 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşə 2 mərtəbəli, 6 otaqlı, 279.8 m2 ümumi, 159.6 m2 yaşayış, 120.2 m2 yardımçı sahədən və tikintialtı sahəsi 23.5 m2 olan hamam/ayaq yolu, 5.67 m2 olan hasar, darvaza qapı, qapıdan ibarət 28 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 80.000 manat, likvid qiyməti 60.000 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh ASC cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəliyi tam icra etməmişdir və borcun ödənilməsi barədə iddiaçı Cavabdeh ASC ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.09.2020-ci il tarixli, 811 saylı ekspert rəyinin qiymətləndirərək, hesab edir ki, ekspertin rəyində göstərilən “...24 aprel 2014-cü il tarixli, YF-704 saylı kredit müqaviləsi üzrə İddiaçı 24 aprel 2018-ci il tarixədək banka olan borcu 13.849,06 ABŞ doları məbləğində müəyyən olunur o cümlədən 24.04.2018-ci il tarixə əsas borc üzrə 12.998,24 ABŞ doları, faiz borcu üzrə 850,82 ABŞ dolları...” məbləğ deyil, Cavabdeh ASC-nin iddia ərizəsində tələb etdiyi məbləğ tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, 24 aprel 2014-cü il tarixli, YF-704 saylı kredit müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Lakin 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, kredit müqaviləsi üzrə onun banka qalan əsas borc 14785 manat, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləğində təşkil edir. Eyni zamanda İddiaçı onun 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, kredit müqaviləsi üzrə borcun olmamasını barədə sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4, X5 qarşı “….ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə….» tələbi ilə bağlı məhkəmə qeyd edir: Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, cavabdehlər Qanunun həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətiçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odur ki, iddiaçının həmin tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqların müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X4 və X9 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “pozulmuş hüquqları müdafiəsi, əsassız hesablanmış borcun silinməsi və müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh ASC-nin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər İddiaçı, X2 və X7 müştərək qaydada 14785 manat əsas borc, 2102 manat məbləğində faiz borcu, ümumilikdə 16887 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı ilə bank arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, YVF-83 №li, «kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Yevlax şəhəri, Məhsəti küçəsində olan 0,0419 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 120.2 kv.m yardımçı, 279.8 kv.m ümumi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Cavabdeh ASCyə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər İddiaçı, X2, X3 müştərək qaydada tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-178/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-178/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver