Məhkəmə qərarları › İş №2(006)-1790/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1790/2024

19.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1790/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 May həkim ambulatoriyasi fəaliyyət göstərməklə Qaradağ rayon 13 saylı şəhər poliklinikasına əmək müqaviləsinin bağlanılmasına, bugünə kimi buraxılan bütün əmək haqlarının hesablanaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ tərəfindən ödənməsinin təmin edilməsi; Xocasən sağlamlıq mərkəzinin qanunsuz, əsassız, səlahiyyətsiz, müddəti keçmiş, əsaslandırılmamış intizam tənbehi maddəsi (7*-in «ç» bəndi) ilə verilən onun əmək müqaviləsinə aid olmayan başqa bir əmək müqaviləsi ilə olan (xxxxxxx***2*1) xitam əmrinin etibarsiz hesab edilməsi; Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ, X15, Qaradağ rayon 13 saylı şəhər poliklinikası tərəflərindən dəymiş mənəvi ziyana görə 3.*** manatın, maddi ziyana görə 6.*** manatın müştərək qaydada ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı 15 fevral 2*24-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına əmək müqaviləsinin bağlanılması, bugünə kimi buraxılan bütün əmək haqlarının hesablanaraq Cavabdeh2 PŞH tərəfindən ödənilməsinin təmin edilməsi; Xocasən sağlamlıq mərkəzinin qanunsuz, əsassız, səlahiyyətsiz, müddəti keçmiş, əsaslandırılmamış intizam tənbehi, Əmək Məcəlləsinin 186-cı maddəsi ilə verilən 7*-ci maddənin ç bəndi əsasında onun əmək müqaviləsinə aid olmayan başqa bir əmək müqaviləsi ilə olan (xxxxxxx***2*1) xitam əmrinin etibarsız hesab edilməsi; Səhiyyə Nazirliyi, Cavabdeh2 PHŞ, Xocasən sağlamlıq mərkəzi, Qaradağ rayon 13 saylı şəhər poliklinikası tərəfindən vurulmuş mənəvi ziyana görə 3.*** manat, vurulmuş maddi ziyana görə 6.*** manatın müştərək qaydada ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı 11 mart 2*24-cü il və 12 mart 2*24-cü il tarixlərdə iddia ərizəsinin həcminin artırılması barədə ərizələr ilə (ərizələrdə ərizənin MPM-nin 53-cü maddəsinə əsasən verildiyi, iddia tələbinin həcminin artırılması xarakterli olduğu qeyd olunsa da, mahiyyət etibarı ilə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əlavə izahatlar qeyd olunmuşdur) məhkəməyə müraciət etmişdir. Həmin ərizələr iş materiallarına xronoloji (daxil olma / təqdim edilmə tarixlərinə uyğun) ardıcıllıqla əlavə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi profilaktika İİ fakültəsini bitirmişdir. Son olaraq, Binəqədi rayonu 28 May həkim ambulatoriyasında 1 nömrəli protokol əsasında müsabiqədən keçmişdir, daimi olaraq müddətsiz əmək müqaviləsi ilə işləmiş, sertifikasiya imtahanından keçmiş, 28 May həkim ambulatoriyasının 1.* ştat vakansiya vəzifə tutma ilə ilk, tək və son həkimi olaraq fəaliyyət göstərmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin və həmin zamanda baş həkim olan Loğman Əliyevin ona təqdim etdiyi daimi əmrlər və Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları ilə 171 saylı əmri təsdiqləyən və 171 saylı əmrlə müddətsiz əmək müqaviləsinin tam təsdiqi əsaslanaraq, 2*16-cı il tarixdə 28 May həkim ambulatoriyasına aid 135 saylı daimi əmr 21 saylı cavabdehlik əmri verilmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinə həmin işlədiyi zamanda baş həkim vəzifəsində olan Loğman Əliyev tərəfindən 28 May həkim ambulatoriyasına 171 saylı əmrlə daimi müddətsiz sertifikasiya imtahanından və müsabiqədən keçmişdir, 1 nömrəli protokol ilə 28 May həkim ambulatoriyasının artıq rəsmi və qanuni olaraq nazirlik səviyyəsində qəbul edilmişdir, təsdiqlənmiş və bu halların hər biri əmək kitabçasında son olaraq işlədiyi fəaliyyət göstərdiyi müəssisə və əmrləri, yəni 171 saylı əmrinin qüvvədə olaraq təsdiqlənməsi əmək kitabçasında tam qanuni olaraq qeyd edilmişdir. Fəaliyyət göstərdiyi vaxtda qeyd etdiyi son olaraq 171 saylı əmrlə fəaliyyət göstərmişdir. Qeyd etdiyi 171 saylı əmrdən başqa və həmin əmri təsdiqləyən son olaraq 2*16-cı il məktubları və həmin məktublar əsasında 171 saylı əmri təsdiqləyən müddətsiz bağlanan 135 saylı əmək müqaviləsi olmuşdur. Həmçinin, əmək kitabçasında son olaraq qeyd olunan əmr 171 saylı 28 May həkim ambulatoriyasının daimi həkim terapevt vəzifəsində çalışdığı əmr olan 171 saylı əmr qeyd edilmiş və öz təsdiqini əsaslı qaydada tapmışdır. 2*16-cı ildə Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları, 2*16-cı ildə verilən 28 May həkim ambulatoriyasına aid 135 saylı əmr, 2*21-ci ildə verilən Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayon 13 saylı şəhər poliklinkasının həkimi olması barədə təsdiq məktubu, 2*16-cı ildə verilən 21 saylı 28 May həkim ambulatoriyasına aid cavabdehlik əmri və sadaladığı əmrlər və məktublar *4.*4.2*18-ci il əsasında Qaradağ rayon 13 saylı şəhər poliklinikasına verilməsi barədə 11 nömrəli əmr təsdiqlənmişdir. *4.*4.2*18-ci il tarixdə Səhiyyə Nazirliyinin verdiyi 11 nömrəli əmrlə və həmin əmrdən gələn bütün məsələlərin həll edilməsini Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Elmira Əliyeva təyin etmişdir. Həll edilməsi üçün Xocasən sağlamlıq mərkəzinin müvəqqəti baş həkimi Rahilə Həsənova, Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi Elnarə Hüseynova və Bakı Baş Səhiyyə İdarəsinin müavini Mamed Cəfərov məsələni həll etmək üçün tapşırıq almışlar. Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi olan Elmira Əliyeva həmin ərəfədə işdən azad olunmuşdur deyə həmin əmri öz qulluq mövqeyindən sui-istifadə edən 28 May həkim ambulatoriyasına tamahkarlıqla mənimsəmə niyyəti ilə göz dikərək onu işə buraxmayaraq fəaliyyətini dayandıraraq qapısını bağladıb gizlədərək, 11 nömrəli əmri icra etməmişlər. Səhiyyə Nazirliyi və Bakı Baş Səhiyyə İdarəsi *4.*4.2*18-ci il 11 nömrəli əmrdə belə yazmışlar - «Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin Qaradağ rayon ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilərək fəaliyyətini davam etdirsin. Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin ümumi tibb işçiləri öz ştat vahidləri ilə birlikdə Qaradağ rayonunun ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilsin. Maliyyə iqtisadiyyat sektorunun müdiri R.Cəfərova, Xocasən sağlamlıq mərkəzinin baş həkimi əvəzi Rahilə Həsənovaya və 13 saylı şəhər poliklinikasının baş həkimi Elnarə Hüseynovaya tapşırılsın. Bu əmrdən gələn bütün məsələlər həll edilsin. Əmrin icrasına nəzarət Bakı Şəhəri Baş Səhiyyə idarəsinin müavini Mamed Cəfərova həvalə edilsin». Lakin bu əmrdən gələn məsələlər, Elmira Əliyevanın işdən azad olunmasını fürsət bilən və Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozan vəzifəli şəxslər tərəfindən həll edilməyərək gizlədilərək fəaliyyətsiz qapısı bağlı olaraq bu günə qədər ört-basdır etmişlər. Hətta ona bildirirlər ki, hal-hazırda məntəqə TƏBİB-in balansında müəyyənləşdirilməmişdir. 28 May həkim ambulatoriyası Qaradağ rayon 13 saylı poliklinikanın tabeçiliyinə verilərkən əmək müqaviləsini Qaradağ rayon 13 saylı poliklinikaya bağlamamışlar. Xocasən sağlamlıq mərkəzinə aid heç bir əmrin olmadığı halda Xocasən sağlamlıq mərkəzində məcburi əməyə cəlb etmişlər, məcburi əməyə cəlb edildikdən sonra 12 iyul 2*18-ci il tarixdə ilk olaraq istintaq başladı və 23 aprel 2*19-cu il hökm verilmişdir. Qeyd edir ki, o, məhkəmə hökmündən əvvəl, öncə məhkəmə istintaqı zamanı Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu ilə sənədləşmə aparılmışdır. Sənədlər məhkəməyə toplanaraq verilmiş və qəti imkan tədbiri olaraq istintaq tərəfindən vəzifədən kənarlaşdırılmışdır. Lakin, o, işdən kənarlaşdırıldığında belə, Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb edirdi və bu ərəfədə eyni əməl ilə eyni xəta, Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu əsasında onu istintaq zamanı qanuna zidd şəkildə məhkəmə qərarını gözləmədən işdən azad etmişlər. 23 aprel 2*19-cu il tarixli Binəqədi rayon Məhkəməsinin hökmü əsasında cəzası yalnız 1.5** manat cərimə cəzası olmuşdur. Heç bir vəzifədən məhrum olma cəzası verilməmişdir. Fəaliyyət hüququndan məhrum olmamışdır, iş fəaliyyətinə aid heç bir məhkəmə tərəfindən məhdudiyyət qoyulmamışdır. Məhkəmə tərəfindən işə götürənə məlumat verilmiş və bildirilmişdir ki, cəza yalnız 1.5** manat cərimə cəzası olmuşdur və işləyərək cəriməni işci ödəməlidir. İşə götürən məhkəmə tərəfindən məlumatlandırılsa da, etdiyi qanunsuzluqları gizlədərək özbaşınalıq edərək, bu halları nəzərə almamışdır. Məhkəmə qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq o, hökmdə yazdığı kimi işdən heç bir qərar əsasında azad olunmamış və vəzifəsinə heç bir məhdudiyyət qoyulmamışdır və bu halda da o, işləməli və cəriməni ödəməli idi. Səlahiyyətsiz şəxs belə bir qanunsuzluq edərək onun həkimi olmadığı halda məhkəməni aldadaraq işinə buraxılmadığı müddətdə əmək haqqını kəsmişdir və belə olan halda da sağlamlığına ciddi ziyan dəymişdir. İşləmədiyi halda bütün əşyalarını satmış, övladının təhsili yarımçıq qalıb icraçı tərəfindən cərimə ödəyə bilmədiyinə görə əmlakı həbs olunmuşdur, lakin icraçı buna baxmayaraq vəziyətini nəzərə alaraq öhdəlik borcunu təxirə salaraq möhlət hüququ vermişdir. Sonradan cərimə cəzası amnistiyanın təsiri altına düşdükdə, əmlakı həbsdən çıxarılmışdır və bu hallar ilə ona və azyaşlı övladına ciddi maddi və mənəvi ziyan dəymişdir. Bütün bu qanunsuzluqları edən səlahiyyətsiz Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov onu məcburi əməyə cəlb edən müavini Rahilə Həsənova ilə əlbir olmuşdur. Hal-hazırda Əliyar Məmmədov 9 il cəza evində törətdiyi qanunsuz əməllərə görə cəza çəkməkdədir və onun kimi bir çox vətəndaş Əliyar Məmmədovdan ciddi zərər çəkmişdir. Qeyd edir ki, 8 noyabr 2*21-ci ildə Zəfər Münasibəti ilə 23 aprel 2*19-cu il tarixli Binəqədi rayon Məhkəməsinin qeyd etdiyi hökmü 1.5** manat cərimə amnistya fərmanının təsiri altına düşərək cərimə cəzasından və ümumiyyətlə cəzadan birdəfəlik tamamilə azad olaraq, hökm qüvvədən düşmüşdür və məhkumluğu tamamilə aradan qaldırılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozaraq onu özünün işçisi kimi tanıdan Xocasən sağlamlıq mərkəzinin keçmiş baş həkimi Əliyar Məmmədov özünün həkimi və ya müəssəsinin həkimi olmadığı səlahiyyətsiz ziddiyətli qanunsuz əsassız halda işdən azad etmişdir. Müəssənin həkimi olmadığını 2*21-ci ildə rəsmi olaraq Bakı Baş Səhiyyə İdarəsinin ona təqdim etdiyi məktubu əsasında təsdiqlənmişdir. 28 May həkim ambulatoriyasını Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik tamamilə qanuna uyğun şəkildə çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciətinə baxıldı və 11 saylı əmr verildi ki, 28 May həkim ambulatoriyası və ambulatoriyanın ümumi işçiləri Qaradağ rayonu 13 saylı poliklinikaya keçirilərək fəaliyyətini Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik çıxarılaraq 13 saylı poliklinikanın tabeçiliyində olan Binəqədi rayonu 28 May həkim ambulatoriyasında davam etsinlər. Ölkənin qanunvericiliyinə əsasən Xocasən sağlamlıq mərkəzində yox, 13 saylı poliklinikanın tabeçiliyində olan 28 May həkim ambulatoriyasında işləyərək fəaliyyətinə davam etməli olduğu halda, işçi hüquqları sərt şəkildə pozulmuş və Xocasən sağlamlıq mərkəzi tərəfindən məcburi əməyə cəlb olunmuşdur. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt şəkildə pozaraq onu *4.*4.2*18-ci il tarixdən 28 May həkim ambulatoriyasına buraxmayaraq, məhkəmə tərəfindən yox, vəzifəli şəxslər tərəfindən qanunsuz məhdudiyyət qoyulmuşdur. *4.*4.2*18-ci il tarixli 11 saylı əmrdə göstərilənlərə əsasən əmək müqaviləsini dəyişməyərək, onu qanunsuz şəkildə məcburi əməyə cəlb edərək, Xocasən sağlamlıq mərkəzinin xidmətlər otağında məcburi oturdaraq «Sən artıq buranın həkimisən, sən orda işləməyəcəksən» deyərək onun hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt, ciddi şəkildə pozaraq onun iradəsinə zidd, hədə-qorxu ilə, ən əsası artıq onun rəhbərliyi olmadığı halda səlahiyyətsiz ziddiyətli məcburi əməyə cəlb etmişdir. Bu zaman Xocasən sağlamlıq mərkəzinə yeni direktor, baş həkim vəzifəsinə gələn Əliyar Məmmədov yuxarıda qeyd etdiyi, 23.*4.2*19-cu il məhkəməsinin istintaq zamanı onu qanunsuz şəkildə məhkəməyə təqdim edilən ittiham edildiyi sənədlər, əsaslar ilə onu işdən çıxarmışdır. Yuxarıda qeyd etdiyi kimi, Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb etdiyi üçün *4.*4.2*18-ci il tarixdən artıq əmrləri və müəssisəsi onlara aid olmadığı halda özlərini hələ də onun rəhbərliyi kimi saxta şəkildə göstərərək, işdən azad etmə görüntüsü yaratmışlar. Ona bu haqda məlumat verilməmiş, heç bir xəbərdarlıq edilməmişdir. İşində əsla əvvəlcədən müəssisəsi və işçiləri ilə Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olduğu müddətdə əsla heç bir zaman töhmət, şikayət kimi heç bir hal və qüsuru olmamışdır. Əksinə, əhali onları çox sevdiyi, qayğısına layiqincə qaldığı, vəzifəsini layiqincə təmsil edərək yerinə yetirdiyi üçün çox saylı təşəkkürnamələr onun adından Səhiyyə Nazirliyinə göndərmişlər. Xocasən sağlamlıq mərkəzinin onunla qərəzli davranmasının əsas səbəbi, onun 28 May həkim ambulatoriyasını Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etməsindən sonra yaranmışdır, çünki öz mənafe xidmətlərinə qulluq edərək, tamah niyyəti ilə tək işlədiyi 28 May həkim ambulatoriyasını onun əlindən alaraq başqa bir şəxsə küllü miqdarda pula satmaq idi. Əliyar Məmmədov əmək kitabçasını, son haqq-hesabını ona verməmiş və xitam əmri ilə tanış etməmişdir. Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov və müavini Rahilə Həsənova onu məcburi əməyə cəlb etmişlər və bu halları onu işdən qanunsuz çıxardana qədər davam etdirmişlər. Əmək kitabçası və son haqq-hesabı ona bu günə kimi verilməmişdir. X16 Xidməti aylar ilə araşdırma aparmışdır, araşdırma nəticəsində işdən səlahiyyətsiz şəkildə çıxaran baş həkimin Əmək Məcəlləsinin 83, 84 və 296.3-cü maddələri əsasında düzgün sənədləşdirmə aparılmamışdır və əmək kitabçasının, son haqq-hesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim etməmişlər. X16 tərəfindən təsdiq edilmişdir ki, baş həkim işdən azad edərkən ölkənin qanunvericiliyini pozaraq, məcburi əməyə cəlb edərək, məhkəmə hökmünü icra etməyərək, düzgün sənədləşmə aparmayaraq, 11 saylı və 171 saylı əmrləri icra etməyərək, ciddi ziyan vurmuşdur. Ona vurulan mənəvi zərər 65** manat, maddi ziyan isə 3*** manatdır. 28 May həkim ambulatoriyasına aid müddətsiz bağladığı əmək müqaviləsi hal-hazırda qüvvədədir, etibarlıdır və ən əsası, notarial qaydada təsdiq olunmuşdur. Həmin əmək müqaviləsi ilə işdən azad olunmamışdır. 29.*8.2*18-ci il xitam əmrində isə səlahiyyətsiz şəxsin əmək müqaviləsini ləğv etdiyi nömrə tamamilə başqa bir nömrədir. Onun kontrakt bağladığı nömrə ilə eyniləşməmişdir. Səhiyyə Nazirliyinin insan resursları departamentinin rəhbəri Səidə Rüstəmovanın 2*.12.2*23-cu il tarixli Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi 3-28/2-9*99/2*23 nömrəli məktubunda tam sübuta yetirilmişdir ki, o, 28 May həkim ambulatoriyasının sahə terapevti vəzifəsində fəaliyyət göstərmişdir, bu da *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmrin göstərişlərini və tələblərini yerinə yetirməyərək məcburi əməyə cəlb etmələrinin sübutlarının və faktlarının əsasıdır. Onun sağlamlığına ciddi zərər vurduqlarına və bu günə kimi qanunsuz, əsassız 28 May həkim ambulatoriyasında iş fəaliyyətinə məhdudiyyət qoyduqları üçün ciddi ziyan vurmuşlar. Məhkəməni məlumatlandırır ki yuxarıda göstərilənlərə əsasən *9.12.2*22-ci il tarixdən bugünədək işə baxan hakimlər onun iddia tələbini dəyişərək, mahiyyəti üzrə baxılmasına mane olmuşlar. Cavab məktubunda onun 28 May həkim ambulatoriyasının həkimi işləməsi təsdiqlənmişdir və cərimə cəzası ilə işdən azad olunması əsas göstərilmişdir və bununla da cavabdehlər Səhiyyə Nazirliyi və TƏBİB Binəqədi rayon məhkəməsinin 23.*4.2*19-cu ildə verilən hökmünü nəzərə almamış və hökmdə qeyd edilən heç bir vəzifədən məhrum olmadığı halda, heç bir vəzifə məhdudiyyəti qoyulmadığı halda, fəaliyyət hüququna məhdudiyyət qoyulmadığı halda yalan məlumatlar ilə şərəfləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişlər. *4.*4.2*18-ci il tarixdə 11 nömrəli əmr əsasında 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayon 13 saylı şəhər poliklinikasına əmək müqaviləsini bağlamamışlar, bu azmış kimi əmək müqaviləsinin kontrakt nömrəsini dəyişərək onun xəbəri olmadan Əmək Məcəlləsinin 186-cı maddəsi ilə işinə xitam vermişlər. 23.*4.2*19-cu il tarixli Binəqədi rayon Məhkəməsinin hökmünü nəzərə almamışlar. Əmək Məcəlləsinin 79-cu maddəsi ilə qadağan olunan halları nəzərə almamışlar və əmək kitabçası verilməmişdir. Bu barədə ona və X16 Xidmətinə heç bir məlumat verilməmişdir. Dəfələrlə əmək kitabçasını tələb etdikdə heç bir cavab almamışdır. Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyinə dəfələrlə ünvanladığı məktublar əsasında heç bir onu qane edən cavab almamışdır. Dolayı yollarla başını aldatmışlar, 23.*4.2*19-cu il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü əsasında verilən 1.5** manat cəriməni ödəməsini bildirmişlər və bildirmişlər ki, heç bir məhkəmələrə müraciət etmə cərimə ödəndikdən sonra əmək müqaviləsi Qaradağ rayon 13 saylı şəhər poliklinikasına bağlanılacaqdır. Vəzifədən məhrum olmadığı halda, heç bir məhdudiyyət qoyulmadığı halda, bu günə kimi onun vaxtını alaraq, sağlamlığına ciddi ziyan vuraraq əmək kitabçasının qaytarılmasını tələb etdikdə heç bir doğru cavab verməyərək, yalan məlumatlarla başını aldadaraq, bu günə kimi onu məhkəməyə müraciət etməyə qoymayaraq və 2*22-ci il tarixdə cərimə cəzasından tamamilə azad olduqdan sonra yenidən müraciət etdiyində, məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bu günə kimi vaxtını uzatmışlar və bunun nəticəsində də ona ciddi ziyan dəymişdir, yuxarıda qeyd etdiyi məktublar sonuncuların ona ünvanladığı cavablardır. Hesab edir ki, bütün bu günə kimi buraxılan əmək haqları Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyi tərəfindən ödənilməlidir və ona dəymiş ziyan TƏBİB tərəfindən ödənilməlidir. Cavabdeh 13 saylı şəhər poliklinikasının baş həkimi bilə-bilə onun əsaslı əmrlərini görən halda və 2*12-ci ildən 2*18-ci ilin 6-cı ayına qədər tabel jurnallarına 28 May həkim ambulatoriyasında imza atdığı halda, onu zorla iş otağında olan əşyaları, maddi sübutları gizlədərək, poliklinikanın açarını dəyişərək Binəqədi rayon 4*-cı polis bölməsinin əməkdaşı ilə hədə-qorxu gələrək işinə məhdudiyyət qoymağı və əşyalarını gizlətməyi nəticəsində ona ciddi ziyan vurulmuşdur. Tabel jurnalları Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi tərəfindən gizlədilmişdir. Xocasən sağlamlıq mərkəzi ilə əlbir olaraq onun əmək müqaviləsini *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmr əsasında əmrdə qeyd olunan əsaslarla əmək müqaviləsini bağlamamışlar. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sosial Müdafiə Nazirliyinin yanında X16 Xidmətində ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Orada həmçinin bildirilmişdir ki, onların məhkəməyə qədər araşdırma aparmağa səlahiyyətləri yoxdur. Məhkəməni məlumatlandırır ki, mediasiya şurasına müraciət etdiyi zaman yuxarıda qeyd etdiyi cavabdehlər lazımi qaydada çağırılmış, poçt və telefon vasitəsilə xəbərdar edilmişlər, lakin buna baxmayaraq onlar mediasiyada iştirak etməmişlər və hər biri imtina ərizəsi yazmışlar. Qeyd edir ki, mediasiyaya 5* manat əmək mübahisəsi predmeti ilə əlaqədar onun tərəfindən ödəniş olunmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, İddiaçı vurulan maddi və mənəvi ziyanı əsaslandıra bilməmiş, əsassız iddia tələbi irəli sürmüşdür. İddia ərizəsində adı çəkilən «Xocasən Sağlamlıq Mərkəzi», «13 nömrəli Şəhər Poliklinikası» Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyildir. Həmin tibb müəssisələləri Cavabdeh2 tabeliyindədir. Belə ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 2* dekabr tarixli 418 nömrəli Fərmanı ilə yaradılmışdır. Həmin fərmanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı şəhər Baş Səhiyyə İdarəsi, Gəncə şəhər Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Milli Hematologiya və Transfuziologiya Mərkəzi (X2* Gəncə bölməsi, X2* Şəki bölməsi, X2* Quba bölməsi, X2* Sumqayıt bölməsi, X2* Lənkəran bölməsi, X2* Bərdə bölməsi, X2* Şirvan bölməsi, X2* Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına X3, Akademik C.M.Abdullayev adına X2, V.Y.Axundov adına X5 İnstitutu, X4 İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan X14 İnstitutu, Akademik M.A.Topçubaşov adına X17, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və X12 və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, X18 adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, «Tibb» qəzeti, «Azərbaycan Tibb Jurnalı», Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, X11, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, X9 Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, X1, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*19-cu il 12 aprel tarixli 163 nömrəli Cavabdeh2n tabeliyindəki tibb müəssisələrinin Siyahısı»nın təsdiq edilməsi barədə qərarına əsasən TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda yuxarıda adları çəkilən tibb müəssisələri də vardır. Siyahıdan da məlum olduğu kimi, həmin müəssisələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyil, Cavabdeh2nin tabeliyindədir. Onu da qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən 29.*8.2*18ci il tarixində 1*8–K nömrəli Əmr ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsində əmək mübahisəsi zamanı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş müddət ərzində şəxs məhkəməyə bu barədə müraciət etməmişdir. Göründüyü kimi, şəxsin iddia tələbi tamamilə əsassız, eləcə də iddia müddəti ötürülmüşdür. Şəxs Əmək Məcəlləsinə əsasən həmin tarixdən 1 ay müddətinə fərdi əmək mübahisəsi ilə bağlı, 1 il müddətinə isə pul tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı qeyd edilən müddətlərdə bu barədə məhkəməyə müraciət etməmiş və bununla da məhkəməyə müraciət üçün prosessual müddəti ötürmüşdür. Bu səbəbdən, iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 PHŞ-nin nümayəndəsi X13 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının əmək müqaviləsinə 29.*8.2*18-ci il tarixdə xitam verilmişdir. İddiaçıya işəgötürən tərəfindən dəfələrlə müraciət edilsə də, əmək kitabçasını qəsdən götürməmişdir ki, bununla da hüquqdan sui-istifadəyə yol vermişdir. Mülki Məcəllənin 56*-cı maddəsinə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən - Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 24 iyun 2*23-cü il tarixli, TƏBİB tərəfindən ünvanlanan 12 may 2*23-cü il tarixli məktublarda da İddiaçı işdən çıxarılması barədə ətraflı məlumat verilmişdir. Qeyd olunan məktublardan da başa düşülür ki, əslində iddiaçı hüququnun pozulduğu hesab etdiyi işdən çıxarma barədə əmrlə tanış olmuşdur. İddia ərizəsindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 29.*8.2*18-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni 29.*8.2*18-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı isə qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti ötürərək, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq bildirir ki, iddiaçı iş yerində peşə fəaliyyətini həyata keçirən zaman cinayət əməli törətmiş, müvafiq olaraq Binəqədi rayon Məhkəməsi tərəfindən hökm çıxarılaraq cərimə cəzası verilmişdir. İ.Həşimova vəzifə funksiyasını yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğu üçün Məcəllənin 7* «ç» maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir, xitam əmri əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinə müddət tətbiq olunmaqla, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 PHŞ-nin nümayəndəsi X13 19 mart 2*24-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə çatdırmışdır. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə Cavabdeh2 PHŞ-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh2 PHŞ-nin 12.*5.2*23-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19-cu il hökmü əsasında sizinlə bağlanmış əmək müqaviləsinə 29.*8.2*18-ci il tarixdə ƏM-nin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bildirir ki, 23.*4.2*19-u il Binəqədi Rayon Məhkəməsinin hökmü ilə bağlı CM-nin 31* və 313 maddələri ilə 15** manat cərimə cəzasına məhkum edilmisiniz. Hökmə aid əlavə cəza təyin olunmamışdır. Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-k saylı əmrindən görünür ki, Terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı ilə bağlanmış xxxxxxx***2*1 nömrəli Əmək müqaviləsinə 29.*8.2*18-ci il tarixdən xitam verilməsi, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi X.S.M-də keçirilən Tibbi Şuranın 4 nömrəli Protokolu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli 1(**1)-123/2*19 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19-cu il tarixli 1(**1)-123/2*19 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 31* və 313cü maddələri ilə təqsirli bilinərək, CM-nin 31*-cu maddəsinə əsasən 1.5** manat, CM-nin 313-cü maddəsinə əsasən 1.5** manat cərimə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 2.*** manat cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökm qüvvəyə minmişdir. Hökmə əsasən onun hər hansı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə bağlı əlavə cəza təyin edilməmişdir. Bununla bağlı məhdudiyyət yoxdur. Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *5 dekabr 2*22-ci il tarixli arayışdan görünür ki, cavabdehlərin nümayəndələri *5.12.2*22-ci il tarixdə saat 15:**-dan 16:**-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 5* manat məbləğində mediasiyaya dair xərci və 1* manat poçt-kargüzarlıq xərcini ödəmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, barəsində çıxarılmış və qanun qüvvəsini almış hökmdə onun hər hansı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə bağlı əlavə cəza təyin edilmədiyi, bununla bağlı hər hansı məhdudiyyət olmadığı halda o, qanunsuz olaraq işdən azad edilmişdir və s. Yuxarıda qeyd edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *3.*3.2*22-ci il tarixli məktubundan göründüyü ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19cu il tarixli 1(**1)-123/2*19 saylı qanuni qüvvəsini almış hökmü ilə müəyyən edilir ki, İddiaçı vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) və vəzifə saxtakarlığı (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) cinayət əməllərinin törədilməsində ittiham edilmişdir. Göründüyü kimi iddiaçı barəsində ittiham edici əsaslarla hökm çıxarılmış və hökm qanun qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin Tibbi şurasının və Həmkarlar təşkilatının razılığı alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən 29.*8.2*18-ci il tarixdə xitam verilmişdir (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə). Göründüyü kimi, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Yuxarıda qeyd edilən hökmlə əlavə olaraq təsdiq olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermişdir. Göründüyü kimi, mübahisələndirilən əmr hökmün qəbul olunmasından əvvəl, iddiaçının iş yerində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə verilmişdir. Hökmlə isə iddiaçının mübahisələndirliyi əmrdə (Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri) yol verdiyi nöqsanlara görə (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) işdən azad edilməsinin əsaslı olması bir daha təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işdən azad edilməsinə dair düzgün sənədləşdirmə aparılmaması və əmək kitabçasının, son haqq-hesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim edilməməsi ilə bağlı X16 tərəfindən müvafiq araşdırma aparılmış. Lakin bu araşdırmalar nəticəsində iddiaçının barəsində verilmiş işdən azad olunmaya dair əmr verilən zaman müəyyən nöqsanlar olmasına baxmyaraq ümumilikdə əmrin verilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuş və iddiaçı bunun əksini təkzib edən hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 5*-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işəgötürənin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri əsaslı olmaqla, həmin əmrin ləğv edilməsi üçün qanuni əsas yoxdur. Bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulması halı da mövcud deyil. Məhkəmə bu qənaətə gələrkən iddiaçı barəsində verilmiş əmrin qanunauyğun olmasını və bu tələblərin də məhz qeyd edilən əmrlə bağlı verilən tələbdən törəmə tələblər olmasını da nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla bilməz. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə *8 may 2**8-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2**9-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar