Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1794/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan X1rşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktorunun xx xxxxxx 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməyinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərər görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X11 uzun illər ərzində Azərbaycan SSR KP-nın Gəncə şəhər Komitəsinin 1-ci katibi, anası Əliyarbəyli Fəridə Azərbaycan SSR Yazıçılar ittifaqının sədri işləmişdir. Həbs olunana kimi Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktor müavini işləmişdir. Müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuşdur. Baytralıq Elmlər namizədi elmi dərəcəsini almışdır. Eyni zamanda həbs olunan zaman doktorluq dissertasiyası elmi işini tamamlamaq üzrə olmuşdur. xx.xx.2013-cü il tarixdə Nəsmi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və ilk izahatını orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adgözəlovun xx.xx.2014-cü il tarixli qərar ilə cinayət cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİnin İŞ-nin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xx.xx.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olunmuşdur və Bakı şəhəri, Səbail rayon Pİnin İŞ-nin müstəntiqi N.Şiriyevin xidməti otağına gətirilmişdir. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarala alınmışdır, təhqirlərə fiziki zorakılığa məruz qalmışdır. Müstəntiqin bu qanunsuz hərəkərlərindən Səbail rayon prokuroruna Azərbaycan Respublikasının Baş Rpokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazmışdır. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aprılmamış, ona rəsmi cavab verilməmişdir. Şübhəli şəxs qismində saxlanılmışdır, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxxxx 2016-cı il tarixli qərarı ilə müdafiəçisi Abşeron rayon hüquq məsləhətxanasının vəkili N.N.Abasovun apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə müdafiəçisi N.N.Abasovun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırlması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməyi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 gündən sonra icra olunmuşdur və o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2020-cı il tarixli hökmü ilə müdafiəçisi N.N.Abasovun apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab olumaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2020-cı il tarixli hökmündən kassasiya protesti və şikayəti verilməmişdir, hökm qanuni qüvvəyə mimişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2020-cı il tarixli bəraət hökmü çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər işlədiyi Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktor müavini vəzifəsində işləyən zaman aldığı əmək haqqından, mükafatlardan 13-cü əmək haqqından məhrum olunmağı, təhqiqata, istintaqa və məkhəmə instasiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə Azərbaycanın tanınmış şəxslərin (Azərbaycan Cümhuriyyətinin qurucu F.X.Xoyskinin şəcərəsindən) ailə üzvü kimi qanunsuz və əsassız həbs olunmaqla istintaq tədricxanasında saxlanıdığı, məhkum olunmağı ilə bağlı cəzaçəmə müəssisəsində çəza çəkməyi, ailə üzvüləri, qohumlarının və dostlarının yanında biyabır olmağını, həbsdə saxlanılan zaman depresiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Bu dəllilərini məhkəmə baxışı zamanı daha ətraflı izahatı ilə sübut edəcək. Bundan başqa, həbs olunana kimi işlədiyi BETİ-nin direktoruna xx.xx.2020-ci il tarixdə rəsmi ərizə yazaraq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2020-cı il tarixli bəraət hökmü də əlavə edərək əvvəlki BETİ-nin beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Lakin, onu vəzifəsinə bərpa edilməsi yox, ərizə ilə işə qəbul edə biləcəklərini bildirmişlər. Bununla bağlı, AR X10 cənab İ.Kərimova rəsmi olaraq xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə ərizə yazaraq əvvəlki işinə bərpa olunmağını xahiş etmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərinin imzaladığı məktub ilə cavab verilmiş və Bakı Apellyasiya Məhkəməsinin CK-nın xx xxxx 2020-cı il tarixli bəraət hökmündən kassasiya şikayəti və protesti verilməməsi barədə sənəd tələb edilmiş, bundan sonra Ali Məhkəməyə müraciət edərək həmin hökmdən kassasiya protesti və verilməsinə dair sənədi də AR Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmişdir. Buna baxmayaraq BETİ-nin direktorunun xx.xx.2020-ci il tarixli 85 saylı əmri ilə həmin tarixdən informasiya təminatı və xəstəlikləri proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Əsas kimi onun ərizəsini götürmüşlər. Əslində o, bu vəzifəyə bərpa olunmağını xahiş etmişdir. Cavabdeh isə onu vəzifəyə qəbul etmişdir. cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərər görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X7 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın xx.xx.2019-cu il tarixli, 1(102)-2/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, İddiaçı və X8 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, ittihamın İddiaçı və X5 zərərçəkmiş şəxs Dilarə Əhmədovaya 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq törətmələri hissəsi üzrə təqsirlilikləri sübuta yetirilmədiyinə görə barələrində cinayət işinin icraatına (cinayət təqibinə) həmin hissədə xitam verilmiş, X8 dərhal həbsdən azad edilmiş, İddiaçı verilmiş ittihamın, zərərçəkmiş şəxs Dilarə Əhmədovanın etibarından sui-istifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq törətməsi üzrə hissəsində cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal həbsdən azad olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)- 191/16 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cİ maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan məhkumun müdafiəçisi X7 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(101)-191/16 saylı il tarixli hökmünün ləğv edilməsini, İddiaçı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə təqsirləndirilən İddiaçı müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx xxxxx 2016-cı il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş İddiaçı “cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020—ci il tarixli, 3c-233/2020 saylı ərizəyə cavabdan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmündən kassasiya şikayəti və kasasiya protesti bu günə kimi Ali Məhkəməyə daxil olmamışdır. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovanın xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı - xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Tağıyev X3 Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovaya ərizə ilə müraciət edərək onu xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı sınaq müddəti ilə xx.xx.2020-ci il tarixdən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru və şöbə müdiri tərəfindən tərtib olunmuş k- 1/05 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda informasiya təminatı və beynəlxalq əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində işləyir. İş materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan məhkumun müdafiəçisi X7 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 1(101)-191/16 saylı il tarixli hökmünün ləğv edilməsini, İddiaçı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin CK-nın xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə təqsirləndirilən İddiaçı müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx xxxxx 2016-cı il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş İddiaçı “cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)- 20/2020 saylı hökmündən kassasiya şikayəti və kasasiya protesti bu günə kimi Ali Məhkəməyə daxil olmamışdır. İddiaçı 4 il, 7 ay (xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək) müddətində həbsdə saxlanılmışdır. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı sınaq müddəti ilə xx.xx.2020-ci il tarixdən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmiş və hal-hazırda İnstitutun “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləməkdədir. O, həbs olunmamışdan əvvəl İnstitutun “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə seçilərək xidmət göstərmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktorunun xx xxxxxx 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməyinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərər görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddianın “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və məhkum olunması nəticəsində həbsdə saxlanılarkən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktorunun xx xxxxxx 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsinə” barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 57.1-ci maddəsinin tələblərinə görə cnayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 59.1.1-ci və 59.1.2-ci maddələrinə görə şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq; azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, o, işdən çıxarılmışdır. Lakin işdən çıxarılmasına əsas olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı xx xxxxx 2016-cı il tarixli ittiham hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək bəraət almışdır. Beləliklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyi üçün, işəgötürən tərəfindən İddiaçı işdən çıxarılması qanunsuz və əsassız hesab edilmiş, o, əvvəlki iş yerinə qəbul olunmuşdur. Lakin göründüyü kimi, əmək və cinayət prosessual qanunvericiliyində cnayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəyə bərpa olunmaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək və s. kimi hüquqları vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilərək, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktorunun xx xxxxxx 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsi ləğv edilməli, əmrin bu hissəsi “onun xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi göstərilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun direktorunun xx xxxxxx 2020-ci il tarixli 85 saylı əmri “İddiaçı xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilsin, əmrin bu hissəsinin “İddiaçı xx xxxxxx 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsi Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna həvalə edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 (üç min beş yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1794/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1794/2021
19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver