Məhkəmə qərarları › İş №2(006)-1839/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1839/2021

05.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1839/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Xəzər Gənclərin X3 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Xəzər Gənclərin X3 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə ümumilikdə 12513.15 manat məbləğində olan borc Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi, Xəzər GETYM tərəfindən əmək haqqı ödənişləri üzrə 12513.15 manatın vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 2608.88 manat hesablanması və Xəzər GETYM-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən Xəzər GETYMdə mühasib vəzifəsində xx.xx.2019-cu il tarixə qədər işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixli 216/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib olunmasında və təqdim edilməsi kimi işlər görmüşdür. 2018-ci ilin dekabr ayı üzrə 1303.50 manat, 2019-cu ilin yanvar ayı üzrə 1418.10 manat, fevral ayı üzrə 1037.10 manat, mart ayı üzrə 1428.10 manat, aprel ayı üzrə 1428.10 manat, may ayı üzrə 1428.10 manat, iyun ayı üzrə 1428.10 manat, iyul ayı üzrə 1428.10 manat və avqust ayı üzrə 2403.95 manat, cəmi 2019-cu il üzrə 12009.65 manat ödənilməmiş əmək haqqı borcu vardır. xx.xx.2019cu il tarixədək ona 13313.15 manat əmək haqqı üzrə cavabdeh – Xəzər GETYM tərəfindən əmək haqqı ödənilməmişdir. Yaranan borcdan ötən dövr ərzində xx.xx.2019-cu il tarixdə 500.00 manat və 2020-ci ilin may ayında 300.00 manat, cəmi 800.00 manat vəsait ödənilmiş və hal-hazırda borc 12513.15 manat təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini, yəni Əmək Məcəlləsinin 12.1 a və b bəndlərini yerinə yetirməmişdir. Digər tərəfdən ödənilməmiş əmək haqqı – 12513.13 manat üzrə 761 gün ödənişin gecikdirilməsinə yol verilmişdir. Qeyd olunanları nəzərə alsaq və ən minimum illik 10%-lə hesablasaq, əmək haqqı üzrə 1251.32*2,0849=2608.88 manat gecikmə faizi ödənilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı tərəfindən cavabdeh XƏZƏR X1rşı əmək haqqı tələbinə dair mülki iş üzrə iddia ərizəsi verilmişdir. İddiaçının xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ona görə də iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Xəzər” Gənclərin X2 xx xxxxxx 2018-ci il tarixli 893/K saylı əmrindən görünür ki, İddiaçı – xx.xx.2018-ci il tarixdən "Xəzər" GETYM mərkəzinə (Əlavə iş yeri olaraq) 1580 manat əmək haqqı ilə mühasib vəzifəsi ilə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı qanunvericiliklə məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulan 1 il iddia müddətini ötürməklə pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xəzər Gənclərin X3 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddia ərizəsi ilə 1 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair vəsatət təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Xəzər Gənclərin X3 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Xəzər Gənclərin X3 qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar