Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1840/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Muzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1368,82 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, Şirvanlı kəndində yerləşən Əmlak Kompleksi 2011-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin vaxtdan hal-hazıra qədər Əmlak kompleksinin yalnız 60 kv.m. hissəsində mağaza kimi istifadə olunur, yerdə qalan hissələr tam qapalı vəziyyətdədir. 60 kv.m. hissəyə aid elektrik enerji sərfiyyatı tərəfindən vaxtı-vaxtında ödənilir. xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin bir qrup əməkdaşı əraziyə baxış keçirərkən mülkiyyətində olan obyektin sayğacına müdaxilə edildiyini, o cümlədən obyektə kənar elektrik xəttinin qoşulması müəyyən edilərək, müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında xx.xx.2020-ci il tarixdə obyektində olan sayğac daxildən sökülərək, bayırdan yenisi ilə əvəz edilmiş və sayğacın giriş kabelində yaranmış qüsur aradan qaldırılaraq, həmin sayğacın təkrar möhürlənməsi barədə 215626 saylı akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin Neftçala rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən onun ünvanına xəbərdarlıq göndərilməklə 1368,82 (bir min üç yüz altmış səkkiz manat səksən iki qəpik) manat debitor borcunun olmağı ona bildirilmiş və xx.xx.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə enerji təchizatının dayandırılması qeyd edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatının əməkdaşları tərəfindən ona təyin olunmuş cərimə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi obyekt 2011-ci ildən hazırki vaxta qədər fəaliyyət göstərməmiş, fəaliyyət göstərdiyi hissədə elektrik enerjisinin sərfiyyatına görə ödəniş vaxtı-vaxtında həyata keçirilmişdir. Tərəfindən obyektin sayğacına heç vaxt müdaxilə edilməmiş, cavabdeh təşkilatın nümayyəndələri tərəfindən tərtib edilmiş aktda qeyd edilən kənar xətt mövcud olmamışdır. xx.xx.2020-ci il tarixdə yazılmış akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş, nə o, nə də ki, nümayəndəsi həmin aktı imzalamamışlar. Bütün bunlar bir daha onu deməyə əsas verirlər cavabdeh təşkilatının nümayəndələri qanunsuz yoxlama keçirtməklə AR Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd edildiyi kimi cavabdeh təşkilatın əməkdaşları tərəfindən aparılan yoxlama mövcud normativ aktlarına zidd apanldığından həmin yoxlama əsasında tətbiq olunmuş cərimə ləğv edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********21006) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli NDQ 008111 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 1368,82 manat əlavə ödəniş hesablanmışdır. Həmin aktdan göründüyü kimi qusur aşkar edilmiş sayğacın yerləşdiyi obyektin fəaliyyət növü ticarət xidməti kimi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, obyektin sahibi İddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) mülkiyyətində olan əmlak kompleksindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yuridiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1840/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1840/2021
16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver