Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1850/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququnun tanınması və.s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Quliyev X3 Aybəniz Nəriman qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququnun tanınması və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçının anasının adına Şəmkir rayonu, Çinarlı kəndi ərazisində torpaq sahəsi olmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 364 Kod 50402016 nömrəli dövlət aktına əsasən mərhum Klara Babayevaya, iddiaçıya, eləcə də onun ailə üzvlərinə (arvadına və uşaqlarına) Şəmkir rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən torpaq sahəsi ayrılmışdır. Həmin sahə hər zaman onun sahibliyində və istifadəsində olmuşdur. Qeyd olunan sahə mərhum anasının adına olduğuna görə həmin sahəni özəlləşdirə bilmir. O, 2023-cü ildə vərəsəlik işinin açılması üçün cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Buna səbəb isə iddiaçının bununla bağlı müddətini ötürməsi və iddiaçının susmuş vərəsə hesab edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən AR MM-nin 1246-1273-1 maddələri qüvvədən düşmüş hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi, xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X6 qalan miras əmlakın qəbul edilməsinə dair müddətin ötürülməmiş hesab edilməsi, birinci dərəcəli vərəsə kimi tanınması, anası Klara Babayevadan miras qalmış Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 0.64 hektar sahəsi olan, JN364 nömrəli dövlət aktı ilə qeydə alınmış torpaq sahəsinə tam miras payının tanınması və həmin torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 43 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş olunur.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, anası X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Anasının adına Şəmkir rayonu, Çinarlı kəndi ərazisində torpaq sahəsi olmuşdur. Həmin sahə hər zaman onun sahibliyində və istifadəsində olmuşdur. Qeyd olunan sahə mərhum anasının adına olduğuna görə həmin sahəni özəlləşdirə bilmir. O, 2023-cü ildə vərəsəlik işinin açılması üçün cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Buna səbəb isə onun bununla bağlı müddəti ötürməsi göstərilmişdir. O, uzun illər savadsızlığı və məsuliyyətsizliyi ucbatından vərəsəlik işinin açılmasını tələb etməmişdir. Özü də bunu qəbul edir. Hazırda mirasın ötürülməsi səbəbini üzrlü hesab edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçının həyat yoldaşıdır.Qayınanası 2010-cu ildə vəfat edib. Dəfnində və yas mərasimində iştirak etmişdir. Onun 3 övladı olmuşdur. Oğullarından biri 1996-cı ildə həlak olmuşdur. Hazırda baldızı X5 və həyat yoldaşı onun vərəsələridir. Qayınanasının Şəmkir rayonu, Çinarlı kəndində yerləşən torpaq sahəsi vardır. Həmin sahəni onlar əkib-becərirlər.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras qoyan X12 İddiaçı anasıdır. xx.xx.2010-cu ildə kəskin koronar çatışmazlığından Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. Şəmkir rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli, 60 nömrəli qərarına əsasən Şəmkir rayonu, Çinarlı kənd sakini X7, Şəmkir rayonu, Çinarlı kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.64 hektar torpaq sahəsi ayrılmışdır. Miras Əmlaka dair mərhum X8 qızı X2 reyestr nömrəsi 814, qeydiyyat tarixi xx.xx.2012ci il olan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2010-cu ildə ölmüş anası X6 miras qalmış əmlaka dair mirasın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat ofisi İddiaçı qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və AR MMnin AR MM-nin 1273-1-ci maddəsinə əsasən İddiaçı susmuş vərəsə hesab edildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı müddətin ötürülməmiş hesab edilməsi, birinci dərəcəli vərəsə kimi tanınması və anasından qalmış torpaq sahəsinə miras payının tanınması və həmin torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini tələb edir.
b) Mülki işin materialları:
8. İş materillarında olan Şəmkir rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Şəmkir rayonu Lenin qəsəbəsində anadan olmuş, atası X15, anası X9r.
9. İş materillarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 336 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 H.Seyidzadə küçəsində yerləşən 20 saylı evin 128 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayıb, xx.xx.2010-cu ildə vəfat edib. Həmin ünvanda oğlu İddiaçı qeydiyyatda olub, başqa heç kim yoxdur.
10. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X11 xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir.
11. İş materiallarında olan AZ-İİ 242608 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə kəskin koronar çatışmazlığından Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 114 nömrə ilə qeyd edilmişdir.
12. İş materiallarında olan JN-364 Kod 50402016 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayonu, Çinarlı kənd sakini X7, Şəmkir rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli, 60 nömrəli qərarına əsasən Şəmkir rayonu, Çinarlı kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.64 hektar torpaq sahəsi ayrılmışdır. Dövlət aktında X4 6 nəfərdən ibarət ailə üzvü, o cümlədən İddiaçı adı qeyd olunmuşdur.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat ofisinin 1185 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu ildə ölmüş anası Babayeva KlaraAbuzər qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı bakı şəhəri 43 saylı notariat ofisinə müraciət etmiş, lakin həmin Notariat Ofisindən bildirilmişdir ki, mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddət ötürülmüşdür. Miras Əmlaka dair mərhum X8 qızı X2 reyestr nömrəsi 814, qeydiyyat tarixi xx.xx.2012-ci il olan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. AR MM-nin 1273-1-ci maddəsinə əsasən İddiaçı susmuş vərəsə hesab edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
14. İş materiallarına əlavə edilmiş “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin notariusu X13 tərəfindən Miras Əmlaka dair mərhum X8 qızı X2 reyestr nömrəsi 814, qeydiyyat tarixi xx.xx.2012-ci il olan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
16. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
17. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar.
18. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3).
19. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
20. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
21. Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
23. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. İddiaçı iddia ərizəsində tələbini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək əsaslandırsa da, iş materiallarından müəyyən olunur ki, iddiaçının anası X12 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Miras qoyanın öldüyü gündən mirasın açılmasına baxmayaraq, İddiaçı xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət etmişdir. Bundan başqa, mərhum X6 qalmış miras Əmlaka dair qızı X2 reyestr nömrəsi 814, qeydiyyat tarixi xx.xx.2012-ci il olan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Konstitusiya məhkəməsi isə qeyd olunan qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini nəzərdə tutmuşdur. Ona görə də məhəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı hazırki vərəsəlik işi üzrə münasibətlərə tətbiq oluna bilməz.
24. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən miras qoyan X8 ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, baxmayaraq ki iddiaçı mirasın açılmasından xəbərdar olmuş, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir, həmçinin müddətin ötürülməsini üzrlü hesab edilməsinə əsas ola biləcək dəlilləri məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir və mirasın qəbul edilməsi müddətinin uzadılması üçün heç bir hüquqi əsas yoxdur.
25. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi mirasın qəbulu müddətinin uzadılmasına (müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair) dair hissədə təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz.
26. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və.s” tələbinə dair iddia tələbinə dair iddiası təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququnun tanınması və.s” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.