Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1853/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə Ərizəçimaraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçimaraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası xx.xx.1955-ci il təvəllüdlü X7 1980-ci illərdə hərbi xidmətdən qayıtdıqdan sonra ağır yol-nəqliyyat hadisəsi keçirmişdir. Bundan sonra onun psixi pozuntuları daha da ciddiləşmişdir.xx.xx.2013-cü il tarixində Maraqlı şəxs tərəfindən verilmiş 115 saylı rəylə ərizəçinin atası xx.xx.1955-ci il təvəllüdlü X3 psixi pozuntularının olması müəyyən edilmiş və onun anlaqsız elan edilməsi tövsiyə edilmişdir.Lakin ərizəçinin atasının 1980ci illərdə keçirmiş olduğu yol-nəqliyyat hadisəsi və onun müalicəsi ilə bağlı sənədlər ərizəçidə saxlanmamışdır. Göstərilənlərə əsasən ərizəçinin atası xx.xx.1955-ci il təvəllüdlü X3 1980-ci ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 572573 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2013-cü il tarixli, 115 saylı rəyindən görünür ki, X7 öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Belə ki, X7 anlaqsız hesab edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş 571 saylı, xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1978-1980-ci illərə aid arxivdə heç bir karta yoxdur. 1981-1985-ci illərdə 1955-ci il təvəllüdlü X5 aid xəstəlik tarixi arxivdə yoxdur. İş materiallarında olan Səbail rayonu 1 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qısa epikrizdən görünür ki, X4 baş beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular (intellektin qabarıq enməsi ilə) xəstəliyi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 702 saylı ekspert rəyindən görünür ki, vətəndaş F.S.Ələkbərovun məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilmədi. Lakin, xx.xx.2020-ci il tarixdə rentgenoloji müayinə zamanı çəkilmiş kəllənin yan, döş qəfəsinin və onurğanın bel şöbəsinin düz proyeksiyalı rentgenoqrammalarında arxa təpə-ənsə sümüyü nahiyəsinin kortikal sümük qatı əhatə olunmaqla sümük toxumasının yenitörəmə xarakterli qalınlaşmasını xarakterizə edən postravmatik periostitdən sonrakı kirəcləşmiş zolaqşəkilli kölgəliyi aşkar edildi. Qeyd edilən postravmatik dəyişikliklə əlaqədar hər hansı bir tibbi sənəd olmadığından onun konkret müddəti barədə fikir söyləmək mümkün olmadı, lakin kölgəliyin xüsusiyyətlərinə görə bu dəyişikliyin yaranma müddəti 25-30 ildən yuxarıdır və 1985-90-cı illərə də təsadüf etməsi inkar olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Maraqlı şəxs” X9 xx.xx.2020-ci il tarixli, 2336 saylı ekspert rəyindən görünür ki, X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. X4 mövcud olan üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsi onun 1985- 1990-cı illərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən aldığı travma nəticəsində yarana (və ya kəskinləşə) bilərdi. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1955-ci il tarixdə anadan olmuş X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə ərizənin “X3 1980-ci ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Ərizəçi atası xx xxxxxx 1955-ci il təvəllüdlü X3 həqiqətən də 1980-ci ildən etibarən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla əlaqədar iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-psixiatrik və məhkəmə-travmotoloji ekspertizaları, məhkəmə-travmotoloji ekspertizası, məhkəmə-psixiatriya ekspertizası keçirilmişdir. Ekspert rəylərindən görünür ki, X4 mövcud olan üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsi onun 1985-1990-cı illərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı baş nahiyəsindən aldığı travma nəticəsində yarana bilməsi ehtimal olunur. Beləliklə, məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx xxxxxx 1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilsin. xx xxxxxx 1955-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1853/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1853/2020
23.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver