Məhkəmə qərarları › İş №2(006)-1859/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1859/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1859/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi 90 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli çıxarışda «X7»nun X9 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi 90 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair «X7»nun adına verilmiş xx.xx.2011-ci il tarixli ******* nömrəli çıxarışın X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X4 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoruna müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə mərhum atasının vəfatı ilə əlaqədar kontorda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Hazırda isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsi daşınmaz əmlakın dövlət reyestrində «X7»nun adına qeydiyyata alınmışdır. O, reyestr idarəsinə müraciət edərək verilmiş çıxarışda X7 ilə X5 eyni şəxs olması və sadəcə adın qeyd olunması ilə bağlı mexaniki səhvə yol verildiyini və hazırda bu səhfin düzəldilməsi zəruriliyini bildirmişdir. Belə ki, adın səhv qeyd olunması ona mənzilə dair hüquqi sənədləşmə işlərinin aparılmasında maneə yaratmışdır. 1 saylı Bakı Ərazi İdarəsindən ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, «X7»nun X9 ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələnin qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin sənəd hüquqi faktın müəyyən edilməsi barədə qanuni qüvvəsini almış müvafiq məkhəmə qətnaməsidir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə məktub göndərərək, məhkəmə proseslərinin çox olması ilə bağlı işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçi atası Abuzər Həsənovu uzun müddət tanımış və onunla qonşu olmuşdur. Onun adı sənədlərdə X3 yazılsa da o, onu X2 tanımışdır. Məhkəmə iclasınla şahid qismində dindirilmş X8 şahid X10 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin atası, X1 şəxsiyyətini təsdiq edən sənədlərdə adında hər hansı uyğunsuzluq mövcud deyil. Lakin, iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, ərizəçinin atasının adında səhvə yol verilərək, «Abuzər» kimi qeyd edilmişdir. Həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, ərizəçinin atasının Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi 90 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsi üzərində mülkiyyət hüququnu təsbit edir. İş materiallarına əlavə olunmuş 19 may 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 074888 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 19 aprel 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir, bu barədə 09 iyun 2019-cu il tarixdə 1070 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı «ASAN xidmət» Mərkəzində notariat ofisinin 10 oktyabr 2022-ci il tarixli 1531 saylı məktubundan göründüyü kimi, notariat ofisinin xüsusi notariusu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, mərhum X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat kontoruna oğlu Ərizəçi tərəfindən müraciət olunmuşdur. X1 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə, oğlu Ərizəçi ərizəsi əsasında notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Xüsusi notarius «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi 90 saylı ünvanda yerləşən, paylı mülkiyyət hüququ üzrə X1 adına çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********78 saylı məktubundan görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, mərhum atasının adının qeyri-düzgün yazılması səbəbindən, daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin aparılması mümkün olmamışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçinin mərhum atasının adı qeyri-düzgün yazılmışdır. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ərizəçinin mərhum atası X6 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçinin mərhum atası X6 məxsus olması və həmin sənəddə yanlışlığa yol verilərək hüquq sahibinin adının Abzar əvəzinə «Abuzər» kimi yanlış yazılması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/20 hissəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ərizəçinin mərhum atası X6 məxsus olması və həmin sənəddə yanlışlığa yol verilərək hüquq sahibinin adının Abzar əvəzinə «Abuzər» kimi yanlış yazılması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar