Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-186/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmammədin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC Bank Olmayan Kredı̇ t Təşkı̇ latının nümayəndəsi X3, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İmanı̇ yev Nı̇ yazi Bağı oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı "kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə 31 yanvar 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İmanı̇ yev Nı̇ yazi Bağı oğlu cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı "kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC Bank Olmayan Kredı̇ t Təşkı̇ latının nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.12.2021-ci il tarixli, 2(103)-6278/2021 saylı məktubundan görünür ki, iddiaçı “X4 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə ki, mülki işin hallarından göründüyü kimi, “kredit müqavilələrinin etibarsızlığı” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəmədə iddia qaldıraraq hazırda etibarsız hesab edilməsi tələb edilən kredit müqavilələri üzrə yaranmış borcun tələbinə dair iddia irəli sürmüşdür. Həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə borcun tutulmasına dair tələblər təmin edilmişdir. Bu qətnamədən apellyasiya şikayəti verilmiş, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən icraatın təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəy alınanadək dayandırılması qərara alınmışdır. Nəzərə alınmalıdır ki, kredit müqavilələrinə əsasən yaranmış borcun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı kredit müqavilələrinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsini daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra kredit müqavilələrinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxıldığından hazırki iddia ərizəsi baxılmamış saxlanmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Tərəfə izah edilməlidir ki, o, tərəf olduğu kredit müqavilələrinin etibarsızlığına dair hər hansı dəlil və sübutları iddiaçı “X4 Edilməsi Agentliyi” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxan Bakı Apellyasiya Məhkəməsinə bildirmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İmanı̇ yev Nı̇ yazi Bağı oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredı̇ t Təşkı̇ latına qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-186/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-186/2022
31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver