Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1869/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "cərimənin silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd edilən 5663 (beş min altı yüz altmış üç) manat 92 (doxsan iki) qəpik borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidə yerləşən fərdi yaşayış yaşayış evi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evi yarı tikilidir və həmin evdə bu günə kimi yaşayış olmamışdır. “Azərişıq“ ASC-nin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidəki evinə yaxınlaşaraq heç bir səbəb olmadan 5663 (beş min altı yüz altmış üç) manat 92 qəpik məbləğində əsassız borc yazmışlar. “Azərişıq“ ASC-dən iddiaçıya bildirildi ki, guya ki, sayğaca baxış keçirilən zaman evə quraşdırılan sayğacdan kənar xətt aşkar edilmişdir. Bunun nəticəsində də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ərazidəki evə 5663 (beş min altı yüz altmış üç) manat 92 qəpik məbləğində borc yazılmışdır. İddiaçı hesab edir ki, "xxxx" ASC-nin işçiləri tərəfindən tərtib edilən borc ədalətsiz hərəkətdir. O bildirmişdir ki, həmin ev yarım tikilidir və bu günə kimi də həmin evdə yaşayış olmamışdır. Sadəcə olaraq evə bütün növ komunallar çəkilmiş lakin istifadə edilməmişdir. Yalnız ev tikilən zaman evin təmiri üçün istifadə edilən işıq üçün az miqdarda qəbz vasitəsi ilə ödəniş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Elfak oğlu iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, İddiaçı məxsus sayğaca qanunsuz olaraq cərimə yazılmışdır. Belə ki, İddiaçı evi hələ tikilməkdədir, bununla bağlı fotoşəkilləri məhkəməyə təqdim etmişdir, heç bir sayğacdan istifadədən söhbət gedə bilməz. Həmin sayğaca heç bir müdaxilə də olmamışdır. Ona görə də həmin borc tamamilə silinməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı adına olan abunə kodu üzrə sayğac qeyri-yaşayış sahəsində quraşdırılmışdır. Digər abonent Əzizxan Hüseynova məxsus sayğaca gələn qidalandırıcıdan isə kənar xətt çəkilərək həmin obyekt elektrik enerjisi ilə təmin olunur. Həmin əraziyə baxış keçirilən zaman nəzarətçilər müəyyən etmişlər ki, İddiaçı adına olan sayğacda sərfiyyat yoxdur. Buna görə də abunəçi barəsində akt tərtib edilmiş, hesablama aparılmış və cərimə yazılmışdır. Tərtib edilmiş akt tamamilə qanunidir və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərişıq” ASC-nin Satışa nəzarət idarəsinin mühəndisi Şahid ifadəsində bildirmişdir ki, iş planına uyğun olaraq tərəflərindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ünvanında abunəçi İddiaçı məxsus abunə kodu üzrə sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sayğacın əlaqəli olduğu qeyri-yaşayış obyekti olan market tam fəaliyyət göstərsə də, sayğacda sərfiyyat olmamışdır. Marketin hansı mənbədən elektrik enerjisi ilə qidalanması tərəflərindən müəyyən edilmişdir. Belə ki, marketin digər divarında olan digər abunəçi Əzizxan Hüseynova məxsus sayğaca gələn qidalandırıcıdan həmin marketə kənar xətt çəkilmişdir. Bu barədə tərəflərindən akt tərtib edilmişdir. Akt tərtib olunarkən marketin sahibi və adına sayğac quraşdırılmış İddiaçı orada iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli 960992 nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında yerləşən yaşayış məntəqəsinin enerji ilə təchiz edilməsi üçün İddiaçı (abonent kodu: **********10066) və "xxxx" ASC arasında müqavilə bağlanmışdır. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli 037079 nömrəli aktının surətindən görünür ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında yerləşən yaşayış məntəqəsinə baxış keçirərkən fərdi yaşayış evinə və qarşısındakı obyektə (marketə) sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmişdir. Kənar xətt sayğacları qidalandıran 0,4 kvtlıq xəttdən budaqlanma yolu ilə (izolyasiya pozularaq) götürülmüşdür. Qoyulmuş güc kənar xəttin en kəsiyi sahəsinə görə (S=2x10 mm² alüminium) Pqay≈11 kvt təşkil edir. Kənar xətt abonent tərəfindən ləğv edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları Şahid və A.Əlizadə tərəfindən imzalanmış, abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Qeyd olaraq göstərilmişdir ki, əhali kodu altında quraşdırılmış elektrik enerjisi sayğacı həm fərdi yaşayış evinə, həm də qarşısındakı qeyri-əhali obyektinə xidmət göstərir. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı sənədindən müəyyən edilir ki, Suraxanı RETSİ, Hövsan qəsəbəsi, İddiaçı aid **********10066 abunə kodu üzrə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə və qarşısındakı obyektə sayğac sistemindən kənar xətt daxil olur.Qərar:11kvtx24saatx0,7x240 gün-44352 kvts, Tarif (0,08 man)-16000 kvtsx0,08=128,0 manat, tarif (0,09 man)-800 kvtsx0,09=72 manat, tarif (0,13 man)-41952 kvtsx0,13=5453,76 manat, cəmi 5653,76 manat. Qeyd: Kənar xətt ləğv edilsin. "xxxx" ASC-nin müvafiq elektron sistemindən abunə İddiaçı (**********10066)haqqında çıxarışından görünür ki, elektik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı tərtib olunan akt əsasında xx.xx.2024-cü il tarixində abunəçiyə 5653,76 manat cərimə hesablanmışdır. Abunə vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sayğac üzrə göstərici olmamışdır. xx.xx.2023-cü il tarixdə göstərici 76, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 127, xx.xx.2024-cü il tarixdə isə 345, xx.xx.2024-cü il tarixdə isə 1016 kvt olmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1406 nömrəli arayışından görünür ki, 1 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən abonent kodu **********10066 olan yeni tikilmiş evdə heç bir yaşayış olmamışdır. İddiaçı tərəfindən məhkəməyə tikintisi davam edən fərdi yaşayış evinə aid fotoşəkillər təqdim edilmişdir. Bildirilmişdir ki, həmin tikili İddiaçı məxsusdur və sayğac da həmin ünvan üzrə quraşdırılmışdır. Tikinti işləri davam edir, yaşayış yoxdur. Sayğacdan istifadə olunmur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya məxsus sayğacın yerləşdiyi ünvanda keçirilmiş nəzarət tədbirləri zamanı lentə alınmış videoçəkilişə baxılmışdır. Videoçəkilişdən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə (ticarət obyektinə) daxil olan elektrik enerjisini təmin edən xətt həmin obyektin sağ divarında olan sayğacı qidalandıran xəttdən çəkilmişdir. İddiaçı nümayəndəsinin (vəkili) vəsatəti əsasında İddiaçı (nümayəndənin iştirakı olmadan), cavabdehin nümayəndəsi R.Hüseynovanın və xx.xx.2024-cü il tarixli aktın tərtib edilməsində iştirak etmiş "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin mühəndisi Şahid iştirakı ilə Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu adlanan ünvana məhkəmə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Əzizxan Hüseynova məxsus fərdi yaşayış evinin qarşısında qeyri-yaşayış sahəsi (market) yerləşir. Əzizxan Hüseynova məxsus abunə kodu üzrə sayğac həmin qeyri-yaşayış sahəsinin sağ tərəfində olan divara bitişik hasar üzərində quraşdırılmışdır. Həmçinin həmin qeyri-yaşayış sahəsinin sol divarında İddiaçı məxsus abunə kodu üzrə sayğac quraşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında iddiaçıya məxsus olan yaşayış sahəsi üçün quraşdırılmış elektrik enerjisi sərfiyyatını ölçən sayğaca xx.xx.2024-cü il tarixdə keçirilən baxış zamanı sayğacın sərfiyyat aparmaması və sayğacın əlaqəli olduğu sahənin isə qeyri-yaşayış sahəsi olması, həmin qeyri-yaşayış sahəsinin isə öz növbəsində digər sayğaca daxil olan qidalandırıcıdan kənar xətt vasitəsilə elektrik enerjisi isə təmin edildiyi müəyyən edilmişdir. Faktla bağlı müvafiq akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Bununla belə qeyd edilən qaydaların müddəalarına əsasən müəyyən edilmiş faktla bağlı videoçəkiliş aparılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin ünvana keçirilmiş yerində müayinə ilə aydın olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında faktiki olaraq yaşayış evi və yaşayış evinə bitişik yola baxan hissədə isə qeyri-yaşayış sahəsi-ticarət obyekti fəaliyyət göstərir. Qeyd edilən ünvan vahid ünvan olsa da, həmin ünvanda iki sayğac mövcuddur. Sayğaclardan biri Əzizxan Hüseynova məxsus **********10117 abunə kodu üzrə və digəri isə İddiaçı məxsus **********10066 abunə kodu üzrə sayğacdır. Faktiki olaraq Əzizxan Hüseynova məxsus **********10117 abunə kodu üzrə sayğacın fərdi yaşayış evini, İddiaçı məxsus **********10066 abunə kodu üzrə sayğacın isə qeyri-yaşayış sahəsini qidalandırması aydın olsa da, İddiaçı məxsus **********10066 abunə kodu üzrə sayğacın həmin qeyri-yaşayış sahəsini hansı qanuni əsasla elektrik enerjisi ilə təmin etməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, hər iki sayğaca münasibətdə rəsmiləşdirilmə aparılması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu yerdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisəli əraziyə baxış keçirilməsi barədə vəsatəti iddiaçının nümayəndəsi (vəkili) irəli sürmüş, məhkəmə heyətini isə baxış keçirilməsi nəzərdə tutulmuş ünvana məhz iddiaçının özü müşayiət etmişdir. Məhz iddiaçı özü məhkəmə heyətinə hər iki sayğacın yerləşdiyi ünvanı işarə vermişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında təkidlə mübahisəli ünvanda tikinti işlərinin davam etməsini, həmin ünvanda hər hansı sayğacdan istifadə edilmədiyini qətiyyətlə bildirsə də, məhkəmə tərəfindən iddiaçının özünün müşayiəti ilə yerli baxış keçirilən ünvan cavabdeh tərəfindən müvafiq aktın tərtib edildiyi və videoçəkiliş aparılan ünvanla eynilik təşkil etmişdir. Məhkəmə nəzərə çatdırır ki, müəyyən edilmiş faktlar məhz cavabdeh tərəfindən aktın tərtib edildiyi ünvan üzrə aşkarlanmışdır. Yəni iddiaçının nümayəndəsinin məhkəmə tərəfindən tikintisi davam edən hər hansı ünvan üzrə baxış keçirilməsinin zəruriliyi, habelə İddiaçı aid abunə kodu üzrə sayğacın məhz həmin tikintisi davam edən yaşayış sahəsinə aid olmasına dair gətirdiyi dəlillər tamamilə əsassızdır və aparılmış məhkəmə araşdırması zamanı tamamilə təkzib olunmuşdur. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə uyğun olaraq bu nəticəyə gəlir ki, iddia tələbi yalnız təyin edilmiş cərimənin azaldılması çərçivəsində həll edilə bilər. Bütövlükdə müəyyən edilmiş hallar onu deməyə əsas verir ki, İddiaçı məxsus abunə kodu üzrə sayğac faktiki olaraq təmin etməli olduğu qeyri-yaşayış sahəsini elektrik enerjisi ilə təmin etməmiş, digər şəxsə məxsus qidalandırıcı xəttdən qeyri-yaşayış sahəsinə kənar xətt çəkilmişdir. Həmçinin abunə vərəqində İddiaçı məxsus sayğac üzrə xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək göstəricinin dəyişməz olması, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə artıq sayğac göstəricinin dəyişməsi onu deməyə əsas verir ki, faktiki olaraq həmin sayğac məhz qeyri-yaşayış sahəsinin elektrik enerjisi təmin edilməsi məqsədilə quraşdırılmışdır. Baxmayaraq ki, məişət abonenti kimi İddiaçı məxsus abunə kodu üzrə qeyri-yaşayış sahəsinə (hazırki halda ticarət obyektinə) sayğac quraşdırılmasında pozuntu halları ehtimal olunur. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 960992 nömrəli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilədən görünür ki, Hövsan qəsəbəsi 1 nömrəli Zeytun Sovxozu ünvanında yerləşən yaşayış məntəqəsinin enerji ilə təchiz edilməsi üçün İddiaçı (abonent kodu: **********10066) və "xxxx" ASC arasında müqavilə bağlanmışdır. Halbuki işin araşdırılmış halları sayğacı qeyri-məişət, yəni məhz ticarət obyektini elektrik enerjisi ilə təmin etməsi məqsədilə quraşdırılması aşkar edilmişdir. Üstəlik də abunəçi Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında-hazırki halda İddiaçı (abonent kodu: **********10066)- elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin tarixi xx.xx.2024-cü il olsa da, Abunə haqqında vərəqələrdə həmin abunəçinin kodu ilə bağlı hesablaşmaların xx.xx.2022-ci il (vərəqinin sayğaca dair qrafasında tarix xx.xx.2022-ci il göstərilmişdir) tarixdən aparıldığı aydın olur. Bütün müəyyən edilən hallar İddiaçıla enerji təchizatı müəssisəsi arasında olan xx.xx.2024-cü il tarixli müqavilənin etibarlılığı, (müqavilədə "xxxx" ASC Suraxanı RETSİ möhürü və imza olsa da, həmin imzanın kimə məxsusluğu müəyyən edilmir, həmçinin möhür üzərində tarix qeydiyyatı da aparılmamışdır), sayğacın tərəflər arasında rəsmiləşdirilmiş münasibətlərə uyğun olaraq müəyyən edilmiş ünvanda quraşdırılıb-quraşdırılmaması barədə məsələlər ziddiyyətli olduğundan, bu məhkəmə araşdırması çərçivəsində qiymət verilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçıya hesablanmış cərimə 240 gün üçün 5453,76 manat məbləğində hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə bu məbləğin 120 gün müddəti üçün (11kvtx24 saatx0,7x120 gün=22176 kvts; 22176 kvts-1600 kvts=20576 kvts, 1600 kvtx0,08 man.=128 manat, 20576kvts-800kvts=19776 kvts, 800kvtsx0,09 man.=72 manat, 19776x0,13 man.=2570,88 manat; 2570,88+72+128=2770,88 manat) iddiaçıya cərimə hesablanmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********10066 abunə kodu üzrə NDM 037079 nömrəli akta əsasən İddiaçı hesablanmış cərimə məbləği azaldılsın və 2770,88 (iki min yeddi yüz yetmiş manat səksən səkkiz qəpik) manat məbləğdə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1869/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1869/2024
21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver