Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1893/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh" x12 nümayəndələri x8 və x1 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" x5rşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x5rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən və iddiaçının oğlu x2 məxsus olan mənzil dövlət tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar söküldü və onlara müəyyən olunmuş qaydada kompensasiya ödənildi. İddiaçı həmin pulun bir hissəsini ailənin ehtiyacları üçün xərclədi. Pulun digər hissəsini isə çətin günləri nəzərə alaraq, banka qoymağı qərara aldı. Bu məqsədlə də bir vətəndaş olaraq iddiaçı evində olan pulunu — ölümlü günü üçün saxladığı 20.000 (iyirmi min) ABŞ dolları məbləğindəki pulu banka etibar edərək ayrı-ayrı vaxtlarda, yəni 24.04.2016-cı il tarixdə 5000 ABŞ dolları (qəbz № 500), 10.05.2016-cı il tarixdə (qəbz № 501) 5000 ABŞ dolları, 01.07.2016-cı il tarixdə 10.000 (qəbz № 502) ABŞ dolları məbləğində pulu (cəmi 20.000 ABŞ dolları) “xxxxxxxxxxxxxxx”ın Gəncə filialının Yeni Gəncə şöbəsinə depozitə qoydu. İddiaçının adına bank hesabı açıldı və hər ay faizinin ona verilməsi barədə plastik kart da verildi. Eyni zamanda, iddiaçıya Cavabdeh ASC-nin adından həmin bankın depozitinə pul qoyduğuna görə təşəkkür məktubu verildi. 2016-cı ilin aprel ayına kimi 1 il ərzində bank tərəfindən iddiaçının depozitə qoyduğu pulun faizi kimi ona kartla 3700 (üç min yeddi yüz) manat məbləği pul ödənilmişdir.Birinci kartın bir illik müddəti bitdikdən sonra 2017-ci ilin aprel ayında iddiaçıya 2-ci kart verdilər. Lakin 3 ay müddətində iddiaçının hesabına pul daxil olmadığı üçün yenidən Bankın “Gəncə” filialına müraciət etdi. Bankın “Gəncə” filialının Yeni Gəncə şöbəsinin müdiri Əlizadə Cəlil iddiaçıya bildirdi ki, faizlər nağd şəkildə ödəniləcəkdir. Beləliklə, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayına qədər iddiaçıya hər ayda 600 ABŞ dolları məbləğində faiz verdilər. 2016-cı ilin mart ayının 31-də yenidən nağd şəklində ələ almaq üçün Bankın “Gəncə” filialının Yeni Gəncə şöbəsinə müraciət etdikdə ona bildirdilər ki, x9 cinayət işi qaldırılıb.Bununla əlaqədar, iddiaçı dəfələrlə müxtəlif hüquq-mühafizə orqanlarına müraciət edərək, pulunun bankdan qaytarılmasına köməklik göstərməklərini xahiş etmiş, lakin x14 barədə cinayət işinin istintaqı və məhkəməsi getdiyinə görə pulun ödənilməsi məsələsinə baxmamışlar. Bu iş üzrə Gəncə şəhərinin Nizami rayonunda keçirilən məhkəmə iclasında iddiaçı iştirak etmiş, bütün faktlar barədə ətraflı məhkəməyə məlumat vermiş, məhkəmənin və istintaqın aparılmasından narazı qalaraq işin obyektiv aparılması üçün rəsmi vəsatət qaldırmışdır. Ancaq məhkəmənin obyektivliyinə inanmadığına görə dəymiş ziyanın ödənilməsi barədə rəsmi mülki iddia qaldırmamışdır. Gəncə şəhərinin Nizami Rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli qərarına əsasən x15 CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və digər maddələri ilə təqsirli bilinərək, ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. “xxxxxxxxxxxxxxx”ın Gəncə filialının Yeni Gəncə şöbəsi cinayət işi qaldırılması ilə əlaqədar ləğv edildiyinə görə iddiaçı 06.11.2019-cu ildə ona dəymiş ziyanın və depozitə qoyduğu 20.000 (iyirmi min) ABŞ dolları) məbləğindəki pulun ona ödənilməsi barədə “xxxxxxxxxxxxxxx” ASC-nə müraciət etdi. “ABB”-nin direktoru Taleh Nəhmədov tərəfindən 29.12.2019-cu il tarixli, 13/8999 cavabı ilə Bankın depozitində olan 20000 ABŞ dolları pulun və dəymiş ziyanın ödənilməsindən imtina edilmişdir. Hazırda iddiaçının dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, təqsirkar T.Nəhmədov iddiaçıya dəymiş ziyanın könüllü olaraq ödənilməsindən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin “Gəncə” filialının Yeni Gəncə şöbəsinin bağlanması ilə əlaqədar iddiaçının banka qoyduğu 20.000 (iyirmi min) ABŞ dolları pulun, 2018-ci ilin mart ayından indiyə kimi Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanmış faizin, istintaqın və məhkəmənin gedişatı zamanı çəkilmiş əzab-əziyyətə, yollarda xərclənmiş, habelə digər məsələlərin həlli ilə bağlı iddiaçıya dəymiş maddi ziyana görə 2000 manatın Cavabdeh ASC-dən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" x12 nümayəndələri x18 və x3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "Cavabdeh" ASC tərəfindən verilmiş 26.04.2016-cı il tarixli, 500 №-li, 10.05.2016-cı il tarixli, 501 №-li, 01.07.2016-cı il tarixli 502 №-li mədaxil qəbzlərindən görünür ki, İddiaçı Banka ümumilikdə 20.000 ABŞ dolları məbləğində pul yerləşdirmişdir. İşin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli, 1(044)-15/2019 saylı hökmü ilə x6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.1-ci həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə x10 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən x10 Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə x10 qəti olaraq 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, x11 cəza cinayətlərin məcmusu üzrə təyin edildiyindən və Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(104)-139/2019 saylı qərarı üzrə C.T.Əlizadənin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkməsinin qərara alınmasının nəzərə alınması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu tarixdən, yəni 10 aprel 2018-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək x7 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, x10 təyin edilmiş 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum etmə əlavə cəzasının əvvəlinin əsas cəzanın çəkilib qurtardığı andan hesablanması, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Cavabdeh ASC-nin mülki iddiası əsaslı olduğundan tam təmin edilməsi, təqsirləndirilən şəxs x4 13836,15 (on üç min səkkiz yüz otuz altı manat on beş qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 20.02.2012-ci il tarixli, 16.04.2012-ci il tarixli, 25.04.2012-ci il tarixli, 14.05.2012-ci il tarixli, 28.06.2012-ci il tarixli və 08.12.2017-ci il tarixli, 10.05.2016-cı il tarixli 501 №-li, 01.07.2017-ci il tarixli, 22.08.2016-cı il tarixli 501 №-li və 29.11.2017-ci il tarixli kassa məxaric orderləri, 26.04.2016-cı il tarixli 500 №-li, 10,05.2016- cı il tarixli 501 №-li, 01.07.2016-cı il tarixli 502 №-li, 22 avqust 2016-cı il tarixli 501 №-li kassa-mədaxil qəbzləri, Elçin Süleymanovun istintaqa təqdim etdiyi səs yazıları qeyd olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş cəmi 140 (bir yüz qırx) manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxs C.T.Əlizadədən tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, x16 13 yanvar 2016-cı il tarixdən Cavabdeh ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən isifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2016-cı ilin aprel ayında tanışı Gəncə şəhər sakini İddiaçı müraciətinə əsasən sonuncunun adına Cavabdeh ASC-nin Gəncə filialında **********241219 №-li kart hesabı açaraq, həmin hesaba mədaxil etmək adı ilə 26 aprel 2016-cı il tarixdə İddiaçı 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7503 manat, 10 may 2016-cı il tarixdə İddiaçı oğlu Azad Məmmədovdan 5000 ABŞ dolları, 10 may 2016-cı il tarixdə İddiaçı oğlu Azad Məmmədovdan 5000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 7547 manat və 01 iyul 2016-cı il tarixdə İddiaçı 10000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 15.425 manat olmaqla, cəmi 30.475 manat pulu Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şəbəsinin inzibati binasında alaraq həmin vəsaiti İddiaçı bankdakı qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib İddiaçı məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə yolu ilə vahid qəsdlə ələ keçirərək dələduzluq etmiş, özünün qanunsuz əməllərini pərdələmək üçün İddiaçı 5000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 26 aprel 2016-cı il tarixli, 500 №-li, sonuncunun oğlu Azad Məmmədova 5000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 10.05.2016-cı il tarixli, 501 №-li və İddiaçı 10000 ABŞ dolları pulun sonuncunun hesabına mədaxil olunmasını özündə əks etdirən 01.07.2016-cı il tarixli, 502 №-li qəbzləri Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şəbəsinin inzibati binasında tərtib edib həmin qəbzlərə tamah niyyəti ilə pulların guya İddiaçı hesabına köçürülməsi barədə bilə-bilə yalan məlumatlar daxil edərək, imzalamaqla və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiqləməklə İddiaçı və onun oğlu Azad Məmmədova vermiş, həmin hərəkətləri ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdeh "Cavabdeh" x12 keçmiş işçisinin iddiaçıya qarşı cinayət əməlini, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin “2018-ci ilin mart ayından indiyə kimi Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanmış faizin, istintaqın və məhkəmənin gedişatı zamanı çəkilmiş əzab-əziyyətə, yollarda xərclənmiş, habelə digər məsələlərin həlli ilə bağlı iddiaçıya dəymiş maddi ziyana görə 2000 manatın Cavabdeh ASC-dən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələblərinin əsaslı olmasını təsdiq edən sübutları (faizlərin dərəcəsini müəyyən edən müqavilə, maddi ziyanla bağlı sənədlər) məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,cavabdeh "Cavabdeh" ASC-dən 20.000 (iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" ASC-dən 20.000 (iyirmi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1893/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1893/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver