Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1929/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 2003-cü ildə anadan olmuş X1 psixi qüsurlarına görə hərəkətlərini idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, qızı X4 xx.xx.2003-cü il tarixdə Göyçay rayonunda anadan olmuşdur. Qızı anadan olduğu zaman travmalı doğulsa da, müəyyən müddət onun psixi vəziyyətində hər hansı bir dəyişiklik hiss etməmişlər. Təxminən 1-2 yaşlarında isə onun davranışlarında qəribəlik olduğunu müşahidə etmişlər. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-də sonuncu müayinədən sonra qızına “G80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici, tetraplegik forma. Ağırlaşma G82.4 Spastik tetraplegiya, tetraplegiya Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya, kəllə daxili hipertenziya, tez-tez b/v qıcolmaları” diaqnozu qoyulmuş və müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Qızı öz hərəkətlərinin mənasını dərk etmir və özünü idarə etmək iqtidarında deyildir. Həm özünə, həm də ailə üzvlərinə narahatçılıq yaradır. Qeyd olunan xəstəlikdən əziyyət çəkdiyindən isə onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin olunmağı üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, qızı xx.xx.2003-cü ildə anadan olmuş X1 psixi qüsurlarına görə hərəkətlərini idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. -Göyçay rayon İHB-nin İnçə kənd icra nümayəndəliyi tərəfindən verilən 15 avqust 2019-cu il tarixli, AZ-T № 100808 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, atası X5, anası Ərizəçidır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X4 birinci dərəcəli əlildir. Ona “G80.0 Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici, tetraplegik forma. Ağırlaşma G82.4 Spastik tetraplegiya, tetraplegiya Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya, kəllə daxili hipertenziya, tez-tez b/v qıcolmaları” diaqnozu qoyulmuş və müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. -AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan və 499 №-li epikrizdən görünür ki, X4 doğulandan xəstədir, xəstəliyi pis keçən hamiləliklə əlaqələndirilmişdir. 3 aylığında uşaqda qıcolma tutuması olub, huşu pozulub. 20 gün 5 №li uşaq xəstəxanasında müalicə alıb. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1310 saylı rəyindən görünür ki, X2 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1929/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1929/2022
21.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver