Məhkəmə qərarları › İş №2(006)-193/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-193/2021

19.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-193/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ASC-nin Mərkəz X1 11800 manat məbləğində, 36 ay müddətinə, illik 29,84 faiz olmaqla bağlanmış kredit müqaviləsinə görə Z- 102GTKR172230504 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra X2 17441.51 manat, 60 ay müddətinə illik 22 faiz olmaqla xx.xx.2018-ci il tarixli, 102RCTK180960001 nömrəli kredit müqaviləsi bağlanmışdır. X2 öhdəliyini icra etməmiş, bununla bağlı xx.xx.2018-ci il tarixdən başlayaraq onun əmək haqqından tutlmalar başlamışdır. Cavabdeh ASC-nin Mərkəz filialında bağlanmış xx.xx.2018-ci il tarixli Z- 102RGTK18096001 saylı zaminlik müqaviləsi onun razılığı olmadan həmin öhdəlik dəyişdirilərək onun məsuliyyətinin artmasına səbəb olmuşdur. Məhkəmə iclasında vəkili X6 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 məhkəməyə vəsatət təqdim edərək bildirdi ki, İddiaçı xx.xx.2018-ci il tarixli, Z-102rgtk180960001 nömrəli zaminlik müqaviləsini imza etmədiyini bildirərək, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Ekspertin xx.xx.2020-ci il tarixli rəyindən xx.xx.2018-ci il tarixli Z-102RGTK180960001 saylı zaminlik müqaviləsinin zamin qrafasında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsini barədə rəy vermişdir. Ekspertin rəyindən belə nəticəyə gəlmək olur ki, zaminlik müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır. Həmin imzanın kim tərəfindən saxtalaşdırılması isə məlum deyil. İmzanın saxtalaşdırılmasında ifadə olunan əməldə cinayətin əlamətləri vardır. İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə üzrə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Mərkəz Filialı ilə X9 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Z-102GTKR172230504 saylı zaminlik müqaviləsindən görünür ki, 11800 manat məbləğində pul vəsaitini 36 ay müddətinə illik 29,84 faiz olmaqla kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Mərkəz Filialı ilə borclu İddiaçı xx.xx.2018-ci il tarixli, 102RCTK180960001 saylı zaminlik müqaviləsindən görünür ki, 17441.51 manat məbləğində pul vəsaiti 60 ay müddətinə illik 22 faiz olmaqla kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2018-ci il tarixli razılıq ərizəsindən görünür ki, X9 ilə bağlanmış xx.xx.2018-ci il tarixli 102RGTK180960001 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etira etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/1036 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqində olan xx.xx.2018-ci il tarixli Z- 102RGTK180960001 saylı “zaminlik müqaviləsi”nin “zamin” qrafalarında olan imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/1036 saylı ekspert rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş, mülki işin 57-ci vərəqində olan xx.xx.2018-ci il tarixli Z-102RGTK180960001 saylı “zaminlik müqaviləsi”nin “zamin” qrafalarında olan imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Z-102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z- 102RGTK180960001 saylı zaminlik müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar