Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1939/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilərin tələbi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, "Ərizəçi1" ilə "X8”nun və “Ərizəçi2 Hacəbədəl qızı" ilə “X21” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçilərin nümayəndəsi dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN1433B, kod 30800118 nömrəli şəhadətnamənin üçüncü bəndə (X31) aid olan hissədə Ərizəçi1, dördüncü bəndə (X22) aid olan hissədə X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Bakı şəhəri, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 168-də yerləşən ünvan torpağın Mülkiyyətə verilməsinə dair JH-1433B saylı şəhadətnaməyə əsasən Ərizəçi1 atası X4 məxsusdur. Atası xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Atasına məxsus torpağı sənədləşdirmək istəyir. Lakin mülkiyyətə verilməsinə dair JH-1433B saylı şəhadətnamədə onların adı yəni Ərizəçi1 adı Nazim kimi, Ərizəçi2 adı isə Leyla kimi qeyd olunmuşdur. Bu səbəbdən də ona imtina məktubu verilmişdir. Ərizəçi2 nikaha daxil olduqdan sonra soyadı Quliyeva olmuşdur. Nikahı pozulduqdan sonra qızlıq soyadına keçmişdir. Nikahı pozulduqdan sonra da Abdullayeva soyadında qalmışdır. O, X2 bacısıdır. Ərizəçi1 isə X2 oğludur. Onlar maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, İdarə həmin sənədləşməni etmir və onlara aşağıdakı qaydada imtina verilmişdi: Sumqayıt şəhəri, Novxanı bağ massivi, 168 ünvanında yerləşən üzərində hüquqlar qeydiyyata alınmış, ümumi sahəsi 0.0966 ha olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi ilə bağlı "Daşınmaz 1 Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəy baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, təqdim etdiyi sənədlərin araşdırılması zamanı JN-1433B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində 3-cü sırada mülkiyyətçi adı "X16" kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Ərizəçi1" kimi və 4-cü sırada mülkiyyətçinin adı “X13" kimi qeyd edildisə də, şəxsiyyət vəsiqəsində “X14" kimi qeyd edildiyi müəyyən olunmuşdur. Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında müəyyən olunmalıdır. Bundan əlavə inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə» əlaqədar idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Ədliyyə Nazirliyi 14 saylı Notariat Ofisiııə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və aşağıdakı kimi cavab verilmişdir: X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2009-cu il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7-ci bəndinə əsasən, Ərizəçi1, X6, X17 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X41 ifadəsində göstərmişdir ki, halhazırda Siyəzəndədir. Abdullayev Balamirzənin bacısı oğludur. Ərizəçi2 onun anasıdır. Torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Onlar onun satılmağına razılıq vermişlər. Sənəddə adları göstərilən Abdullayev Ceyhun dayısı oğludur. Quliyev Ağamirzə atasıdır. Quliyev Niyazi və Quliyev Nizami onun qardaşlarıdır. Abdullayeva Səbinə dayısı qızıdır. Ərizəçi1 də dayısı oğludur. Sənəddə adları qeyd edilən Nazim Abdullayev və Leyla Quliyevanın kim olduğunu bilmir, elə şəxsləri tanımır. X23 adlı oğlu olmayıb. Anası Zeyvənin əvvəl soyadı Abdullayeva, sonradan nikaha əsasən Quliyeva olmuş, boşanmadan sonra isə yenidən Abdullayeva soyadına qayıtmışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 816095 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi1 xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X5 və anası X24 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 413721 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2009-cu il tarixdə baş beyin törəməsindən vəfat etmişdir. 1 saylı Bakı Asan xidmət X38 tərəfindən verilmiş AZ-İ seriyalı 806403 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Siyəzən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 247614 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X33 ilə X25 arasındakı nikahın ləğv edilməsi haqqında qeyd akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1433B, KOD:30800118 saylı xx.xx.2005-ci il tarixli şəhadətnamənin surətinə əsasən Sumqayıt şəhəri İK bağ sahəsinin verilməsi üzrə Komissiyasının xx.xx.1993-cü il tarixli 15 saylı qərarı və xx.xx.1993-cü il tarixli 13185 saylı icarə müqaviləsi ilə 0.0966 hektar Novxanı bağlar massivindəki 168 saylı bağ sahəsi X2 mülkiyyətinə verilmişdir. Ailə üzvləri: X15, X16, X22, X33, X34, X35, X41, X10. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1436B, KOD:30800118 saylı xx.xx.2005-ci il tarixli şəhadətnamənin surətinə əsasən Sumqayıt şəhəri İK bağ sahəsinin verilməsi üzrə Komissiyasının xx.xx.1985-cü il tarixli 15 saylı qərarı və xx.xx.1993-cü il tarixli 4252 saylı icarə müqaviləsi ilə 1.1082 hektar Novxanı bağlar massivindəki 168 saylı bağ sahəsi Ərizəçi1 mülkiyyətinə verilmişdir. Ailə üzvləri: X7, X15, Ərizəçi2, X33, X34, X35, X41, X10. Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı JN-1433B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də 3-cü sırada mülkiyyətçinin adı ‘X16” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Ərizəçi1” kimi və 4-cü sırada mülkiyyətçinin adı “X13” kimi qeyd edilsə də; şəxsiyyət vəsiqəsində “X14” kimi qeyd edildiyi müəyyən olunmuşdur. Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Bundan əlavə inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “Bağlar təsərrüfatı İdarəsi” adlandırılacaq Sumqayıt şəhər İcraiyyə Komitəsinin “Bağlar təsərrüfatı İdarə”sinin rəisi ilə X7 arasında bağlanmış Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 13185 saylı xx.xx.1993-cü il tarixli müqavilənin təsdiq olunmuş surətinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 168-də yerləşən bağ sahəsi X4 icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli 3- 48-DA-10F/2-97-2025 nömrəli məktubuna əsasən Sumqayıt şəhər İcraiyyə Komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyanın arxiv sənədləri AR Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Tərəflərindən Sumqayıt şəhər İHB-nın xx.xx.1993-cü ilə dair sərəncamlarına və Sumqayıt şəhər XDS Rəyasət heyətinin xx.xx.1993-cü ilə dair iclas protokoluna baxılmış, sorğu olunan məsələ barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli 3- 48-DA-10F/2-98-2025 nömrəli məktubuna əsasən Sumqayıt şəhər İcraiyyə Komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyanın arxiv sənədləri, həmçinin xx.xx.1993-cü il tarixli qərarı və 15 nömrəli protokolu AR Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Tərəflərindən əlavə olaraq Sumqayıt şəhər X43 Rəyasət Heyətinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli iclas protokollarına baxılmış, sorğu olunan məsələ barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X7 ilə Abdullayeva (İskəndərova) Əsbə Gülhüseyn qızının nikahının xx.xx.1958-ci ildə Siyəzən rayon qeydiyyat şöbəsində, həmin nikahın pozulmasının isə xx.xx.1962-ci ildə Şabran rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda bildirilir ki, Balamirzə Abdullayev ilə Abdullayeva Umsalma (Quliyeva) Müzəffər qızının nikahı xx.xx.1965-ci ildə Səadət Sarayında (Bakı nikah evi), həmin nikahın pozulması isə xx.xx.1968-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Qeyd edir ki, Balamirzə Abdullayev ilə X45 nikahı xx.xx.1988-ci ildə, bu nikahın pozulması isə xx.xx.1989-cu ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmçinin informasiya sistemində Balamirzə Abdullayevin övladları haqqında məlumat aşkar edilmədi. Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən sorğu etdiyiniz 11,09.1969-cu il təvəllüdlü Ərizəçi1 xx.xx.1990-cı il tarixdən hazıradək Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 4, ev 3-də; xx.xx.1957-ci il təvəllüdlü X14 xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri, Səbail rayonu, Buxtinski-1 döngəsi, ev 4, mənzil 7-də, xx.xx.2025-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-31/2-2606/2025 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər bələdiyyəsi tərəfindən təhvil təslim aktı əsasında 2 saylı Sumqayıt Ərazi İdarəsinə bağ sahələrinə dair yalnız icarə müqavilələrinin arxiv qovluqları təhvil verilmişdir. Onların verilməsinə əsas olmuş qərar və protokollar təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X7 ilə Abdullayeva (İskəndərova) Əsbə Gülhüseyn qızının nikahının xx.xx.1958-ci ildə Siyəzən rayon qeydiyyat şöbəsində, həmin nikahın pozulmasının isə xx.xx.1962-ci ildə Şabran rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda bildirir ki, Balamirzə Abdullayev ilə Abdullayeva (Quliyeva) Umsalma Müzəffər qızının nikahı xx.xx.1965-ci ildə Səadət Sarayında (Bakı nikah evi), həmin nikahın pozulması isə xx.xx.1968-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. X20 Varya Akopovna ilə növbəti nikahı xx.xx.1988-ci ildə, bu nikahın pozulması isə xx.xx.1989-cu ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmçinin hazırki müraciətlə bağlı təqdim olunmuş sənədlər əsasında arxiv sənədlərinin kağız daşıyıcıları üzrə yoxlama aparılmış və valideynləri X7 ilə X26 olan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi1 və xx.xx.1978-ci il təvəllüdlü Samirə Abdullayevanın doğumunun Nəsimi rayon qeydiyyat şöbəsində, xx.xx.1968-ci il təvəllüdlü Ceyhun Abdullayevin və xx.xx.1972-ci il təvəllüdlü Səbinə Abdullayevanın doğumunun isə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığına dair məlumatlar aşkar olunmuşdur. Qeyd edilir ki, Balamirzə Abdullayevin adıçəkilən övladlarının doğumu haqqında akt qeydləri vaxtilə kiril qrafikasında tərtib edildiyindən və aydın xətlə yazılmadığından akt qeydlərinin proqram vasitəsilə azərbaycan dilinə dəqiq tərcüməsi mümkün olmamış və bu hal akt qeydlərinə dair məlumatların informasiya sistemində əks olunmaması ilə nəticələnmişdir. Məlumat üçün bildirilir ki, Balamirzə Abdullayevin övladlarına dair məlumatlar fərdi qaydada informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən oxşar məzmunlu xx.xx.2025-ci il tarixli 2(006)- 1939/2025 nömrəli müraciətə Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-102270/2025 nömrəli məktubu ilə Balamirzə Abdullayevin bacı və qardaşı istisna olmaqla digər məlumatlar təqdim olunmuşdur. Hazırki müraciətlə bağlı qeyd edilir ki, 1936cı ilə (B.Abdullayevin ölümü haqqında akt qeydində təvəllüdü 1934-cü il qeyd edilib) dair doğum haqqında akt qeydləri Bakı şəhərinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadığınan B.Abdullayevin doğumu haqqında akt qeydinin olubolmamasının yoxlanılması və aşkar edildiyi halda həmin akt qeydi əsasında onun bacıqardaşına dair məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1957-ci il təvəllüdlü X14 xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri, Səbail rayonu, Buxtinski-1 döngəsi, ev 4, mənzil 7-də, xx.xx.2025-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə 4252 saylı xx.xx.1993-cü il tarixli müqavilənin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 168-də yerləşən bağ sahəsi Ərizəçi1 icarəyə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivnin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən valideynləri X11 ilə X12 olan xx.xx.1957-ci il təvəllüdlü Zeybə Abdullayevanın doğumunun Şabran rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Maddə 195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Maddə 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçilərdən Ərizəçi1 mərhum X2 övladı, Ərizəçi2 isə bacısıdır. Novxanı bağlar massivindəki 168 saylı bağ sahəsinə aid 0.0966 hektar hissə Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1433B, KOD:30800118 saylı xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmişdir. Ailə üzvləri qismində X15, X16, X22, X33, X34, X35, X41, X10 göstərilmişdir. Həmin bağ sahəsinə aid digər 1.1082 hektar hissə Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1436B, KOD:30800118 saylı xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən Ərizəçi1 mülkiyyətinə verilmişdir. Ərizəçi1 ailə üzvləri qismində X7, X15, Ərizəçi2, X33, X34, X35, X41, X10 göstərilmişdir. Ərizəçilər göstərilən sahəyə dair çıxarış almaq üçün Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2025-ci il tarixli məktubunda sənədlərin araşdırılması zamanı JN-1433B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də 3-cü sırada mülkiyyətçinin adı “X16” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi və 4-cü sırada mülkiyyətçinin adı “X13” kimi qeyd edilsə də; şəxsiyyət vəsiqəsində “X14” kimi qeyd edildiyi bildirilmiş, adlar arasındakı uyğunsuzluğun Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə qaydasında həll olunması tövsiyə edilmişdir. Hazırda ərizəçilər Ərizəçi1 və Ərizəçi2, X4 verilmiş yuxarıda adıçəkilən şəhadətnamədə adların səhv yazılmasına istinad edib, həmin sənədin, üçüncü bəndə (X31) aid olan hissədə Ərizəçi1, dördüncü bəndə (X22) aid olan hissədə X9 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd edir ki, ərizəçilərin hüquqmüəyyənedici sənədin onlara məxsus olmasından ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6-cı bəndində sadalanan halların hər biri işdə mövcuddur. Belə ki, ərizəçilərin sənəddə (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) göstərilən adları ilə onların şəxsiyyətini təsdiq edən sənədlərdəki adları düz gəlmir (üst-üstə düşmür), ərizəçilərin adları şəxsiyyətini təsdiq edən sənədlərdə Ərizəçi1 və Ərizəçi2 olsa da, şəhadətnamədə müvafiq olaraq Nazim Abdullayev və Leyla Quliyeva kimi göstərilmişdir. Ərizəçilərin onlara məxsus olması faktının müəyyən olunmasını istədikləri sənəd, yəni Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquqmüəyyənedici sənəddir, ərizəçilərin mülkiyyət hüquqlarının realizə olunmasında böyük əhəmiyyətə malikdir. Maraqlı şəxs ərizəçiyə həmin sənəddə olan uyğunsuzluq səbəbindən, sənədlə yaranan mülkiyyət hüququnu rəsmiləşdirməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN1433B, kod 30800118 nömrəli şəhadətnamənin üçüncü bəndə (X31) aid olan hissədə Ərizəçi1, dördüncü bəndə (X22) aid olan hissədə X9 məxsus olduğu tam təsdiqini tapır. Şəhadətnamə adına verilən şəxs- Balamirzə Abdullayevin ailə üzvlərinin siyahısının dəqiqləşdirilməsindən müvafiq sorğular verilmiş, məhkəmə tərəfindən şəhadətnamənin verilməsinə əsas olan sənədlər tələb edilərək, müvafiq icarə müqaviləsi əldə olunmuş, müqavilədə Balamirzə Abdullayevin ailə üzvləri göstərilməsə də, eyni bağ sahəsinə dair oğlu Ərizəçi1 adına (bir gün fərqlə - xx.xx.2025-ci il tarixdə) verilmiş digər şəhadətnamədəki adlarla Balamirzə Abdullayevə məxsus şəhadətnamədəki adlar müqayisə edildikdə, ailə üzvləri arasında Balamirzə Abdullayevin şəhadətnaməsində yanlışlıqla göstərilən Nazim Abdullayev və Leyla Quliyeva adlı şəxslərin olmadığı müəyyən edilmişdir. Bundan başqa şəhadətnamədə adı keçən şəxslərdən biri – X41 şahid qismində dindirilmiş, ifadəsində Balamirzə Abdullayevin bacısı oğlu olduğunu, Nazim Abdullayev və Leyla Quliyeva istisna olmaqla, şəhadətnamədə adları göstərilən digər şəxsləri tanıdığını və qohumluq münasibətlərinin olduğunu, X30 adlı oğlunun olmadığını, anası Zeyvənin soyadının əvvəl Abdullayeva, sonradan nikaha əsasən Quliyeva olduğunu, boşanmadan sonra isə yenidən Abdullayeva soyadına qayıtdığını bildirmişdir. İşdə olan Siyəzən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 247614 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən də görünür ki, X33 ilə X25 arasındakı nikaha xitam verildikdən sonra Zeyvəyə Abdullayeva soyadı verilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN1433B, kod 30800118 nömrəli şəhadətnamənin üçüncü bəndə (X31) aid olan hissədə Ərizəçi1, dördüncü bəndə (X22) aid olan hissədə X9 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN1433B, kod 30800118 nömrəli şəhadətnamənin, üçüncü bəndə (X31) aid olan hissədə Ərizəçi1, dördüncü bəndə (X22) aid olan hissədə X9 məxsus faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva