Məhkəmə qərarları › İş №2(006)-1963/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1963/2020

05.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1963/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC və “xxxxxxxx” ASC-nin Binəqədi RETSİ-nə qarşı "aktın ləğv edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisinin verilməsi üçün evin hasarının çöl hissəsində quraşdırılmış işıq sayğacında onun müdaxiləsi olmadan yaranan nasazlığa görə “xxxxxxxx” ASC Binəqədi RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli, NDM № 017691 nömrəli aktın və həmin aktın əsasında yaranmış bütün hüquqi sənədlərin ləğv edilərək, ona hesablanmış 6693 AZN məbləğində borcun onun abonent hesabından silinməsi və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli NDM 017691 saylı akt etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 6611,88 manat məbləğində borcun ona məxsus **********D0000 saylı abunə kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC Binəqədi RETSİ-nin nümayəndələri mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə işığın verilməsi üçün evin hasarının çöl hissəsinə quraşdırılmış işiq sayğacına baxış keçirdikləri zaman sayğacda hansısa onlara məlum olmayan qüsur aşkar edilmiş, və bu barədə xx xxxxxx 2020-ci il tarixli, NDM № 017691 nömrəli akt tərtib olunmuşdur. Bundan sonra xx xxxxxx 2020-ci il ******* saylı sayğacların yoxlanması və quraşdırılması haqqında protokolla yeni sayğac quraşdırılmışdır. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə mənə xəbərdarlıq məktubu göndərərək, keçirilmiş yoxlama zamanı aşkar edilmiş qüsurun onun təqsirindən baş verdiyi qərarına gəlinməsi və 26 ay ərzində itirilmiş enerjinin əvəzi olaraq 6693 AZN məbləğində vəsaitin xx xxxxxx 2020-ci il tarixədək ödəmədiyi təqdirdə ona verilən enerjinin kəsiləcəyi barədə məlumat verilmişdir. Sənədlərdən göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixdə ona xəbərdarlıq göndərilir və ona hesablanmış 6693 AZN məbləğində vəsaitin xx xxxxxx 2020-ci il tarixədək ödənilməsi tapşırılır. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Yəni ki, ona məxsus evdən çıxarılan sayğacda baş verən sayğacın saz vəziyyətdə olmasına nəzarət cavabdehin üzərinə düşür ki, hər ay cavabdehin nümayəndələri qeyd olunan sayğaca baxış keçirir və sərf olunmuş elektrik enerjisinə görə ona qəbz yazıblar. Əgər bu sahənin mütəxəssisləri olan şəxslər sayğacda olan problemi aşkar edə bilməyiblərsə o, necə müəyyən edə bilərdi. Bundan başqa Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 8.16-cü bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunun tələbindən göründüyü kimi hər bir halda baş vermiş qüsura görə ona 1 (bir) aylıq orta hesablama ilə sərfiyyat hesablanaraq ödənilməsi nəzərdə tutula bilərdi. Lakin cavabdeh ona məlum olmayan səbəbdən sayğacda baş verən qüsura görə xx.xx.2017-ci il tarixdən sayğacın götürüldüyü tarixədək, yəni 26 ay üçün əlavə sərfiyyat hesablayaraq, ümumilikdə ona 6693 AZN məbləğində cərimə hesablamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçıyuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdə qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC Binəqədi RETSİ-ə münasibətdə isə rədd edilməlidir. “xxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildiriş və xəbərdarlıqdan görünür ki, İddiaçı 6.693,93 manat borc hesablanmış və həmin borcun xx.xx.2020-ci il tarixədək ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin xəbərdarlıq edilmədən dayandırılacağı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli NDM 017691 saylı aktdan görünür ki, həmin tarixdə “xxxxxxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********D0000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonentin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacın dövlət və alt qapaq möhürlərinin simlərinin (traslarının) qaynaq olunduğu, simlərin qaynaq hissələrinin bintlərin dəliyində gizlədildiyi aşkar edilmişdir, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmişdir. “xxxxxxxx” ASC-nin Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, NDM 017691 saylı akta əsasən sayğac yenisi əvəz olunmuş, çıxarılan sayğacın dövlət və alt qapaq möhürlərinin simlərində qaynaq olunmuşdur. Tərəflərindən sayğac torbaya qoyulmuş və ******* nömrəli narıncı möhürlə möhürlənmişdir. Abunə kodu **********D0000 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2020-ci il tarixə İddiaçı 6611,88 manat əlavə ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, xx.xx.2020-ci il tarixli, 017691 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə (5,69 kvt x (0.7) x 24 saat x 863 gün) – 22388 kvts = 60108 kvts hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-cibəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. HəminQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Belə ki, Mülki Məcəllənin (bundan sonra - MM) 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun hesablanmasına əsas olan akt qüsurlu olduğundan etibarsız hesab edilməli, onun əsasında hesablanmış borc, 6.611,88 manat İddiaçı məxsus **********D0000 saylı abunə kodundan silinməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında sayğacın iddiaçıya məxsus həyət evinin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan borc kimi yazılmış 6611,88 manat məbləğində əlavə ödənişin tələb edilməsi sayğacdakı qüsurlara görə cavabdehlik daşımadığı üçün qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydadatəsdiqolunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iddianın “xxxxxxxx” ASC Binəqədi RETSİ-ə münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. “xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2015-ci il tarixli, 190 nömrəli qərarının 3.1-ci maddəsinə əsasən Bakı şəhərinin enerji təchizatı və satışı idarələr “xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən göründüyü kimi, vətəndaşların elektrik enerjisi ilə təchiz edilməsi, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi və s. vəzifələr “xxxxxxxx” ASC-nin səlahiyyətlərinə aid edilmişdir. “xxxxxxxx” ASC Binəqədi RETSİ Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlardan biridir. Baxmayaraq ki, mübahisələndirilən akt “xxxxxxxx” ASC Binəqədi RETSİ-nin əməkdaşları tərəfindən imzalanmışdır, həmin akt Binəqədi RETSİ adından deyil, hüquqi şəxsin adından çıxarılmış və İdarə üçün deyil, hüquqi şəxs olan “xxxxxxxx” ASC üçün müvafiq hüquqi nəticələr doğuracaq. Belə olan halda məhkəmə hesab edir ki, “xxxxxxxx” ASC Binəqədi RETSİ-nin hazırkı iddia tələbi üzrə cavabdehlik daşıması müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdəqismən təminedilməli, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDM 017691 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 6611,88 manat məbləğində borc **********D0000 saylı abunə hesabından silinməli, iddia cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdə digər hissədə və cavabdeh ASC Binəqədi RETSİ-ə münasibətdə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdə qismən təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDM 017691 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 6611,88 manat məbləğində borc İddiaçı məxsus **********D0000 saylı abunə kodundan silinsin. İddia cavabdeh “xxxxxxxx” ASC-yə münasibətdə digər hissədə və cavabdeh “xxxxxxxx” ASC Binəqədi RETSİ-ə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar