Məhkəmə qərarları › İş №2(006)-1966/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1966/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1966/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, NDM-Aktı ləğv edərək, onun hüquqlarının bərpa edilməsi və həmin akta əsasən göstərilmiş əsassız olan 887 manat cərimənin hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yuxarıda qeyd edilən (faktiki olaraq M.Ə.Rəsulzadə qəsəbəsi,15-ci sıra ,ev 97) Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi,15-ci sıra,ev 97 ünvanında yerləşən mülkün qeydiyatda olan sakinidir. X1 1995-ci ildə rəhmətə getmiş səhlənkarlıq üzündən uşaq bilməyərəkdən ölüm haqqında şəhadətnaməni yararsız hala salmış bu səbəbdən hələdə indiyənədək mülkün sahibidir. Ona görə məhkəməyə iddia ərizəsi ilə o müraciət edir. 2023-cü ilin iyul ayının təxminən ilk günlərində ona "xxxx" ASCdən bildirmişdirlər ki, güya onun 887 AZN (səkkiz yüz səksən yeddi manat) borcu vardır. O bu barədə "xxxx" ASC-yə müraciət etmiş və səbəbini izah etməyi xahiş etmişdir. "xxxx" ASC-nin **********70097 nömrəli kod üzrə elektirik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən güya məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində satışa nəzarət idarsinin əməkdaşları tərəfindən "Elektrik enerjisindən istifadə Qaydaları"na riayət olunmasının vəziyyəti yoxlanılarkən, guya fərdi yaşayış evinə məxsus sayğacın sıfır xətdindən güclü axın aşkarlanmışdır. Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac qismən dövriyyədən kənarlaşdırılmış, istifadə olunması faktı güya aşkarlanmış, NDM-aktı tərtib edilmişdir. İtirilmiş elektirik enerjisinin bərpası məqsdilə 7391kvt (887manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Bundan əlavə ASC-nin işçiləri tərəfindən tərtib olunmuş AKT hal-hazıradək ona təqdim olunmamış və təqdim olunmasından da boyun qaçırılmışdır. Göstərmək istəyir ki,bu akt və bildiriş tamamilə saxta və əsassız, "Elektirik enerjisində istifadə" qaydalarının tələblərinə zid tərtib olunmuşdur. O, bu Aktla razı deyil, çünki ona maddi ziyan vurmuşdur. Bundan əlavə "xxxx"ASC-nin NDM-Aktı tərtib edən əməkdaşları həmin Aktı hadisə yerində deyil , "xxxx"ASC-nin İdarə binasında tərtib etmişlər. "xxxx"ASC-nin Aktı tərtib edən əməkdaşları onun evindəki elektirik sayğacına ailə üzvlərinin heç birinin,o cümlədən nə onun özünün nə də hal şahidlərinin-qonşuların iştirakı olmadan baxış keçirmişlər (əgər buna baxış keçirmək demək olarsa) və bununlada "Elektirik enerjisindən istifadə qaydaları"nın tələblərini kobud surətdə pozmuşdurlar. Çünki onun tərəfindən elektirik sayğacına heç bir müdaxilə edilməmişdir. Həmin tarixidə ailəsi ilə birlikdə Tovuz rayonunda istirahətdə olmuş, sayğacın sxem ardıcıllığı pozulmamış və dövriyyədən kənarlaşdırılmamışdır. Sual olunur, Bakı "xxxx" ASC-nin əməkdaşları onun evində öz əməkdaşları tərəfindən qoyulmuş sayğaca nə səbəbə görə onun özünün, qonşularının və yaxud hal şahidlərinin iştirakı ilə baxış keçirməmişdirlər? Həmin aktı halhazırda da ona niyə təqdim olunmur və təqdim etməkdən də boyun qaçırırlar. Bundan əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində "xxxx"ASC tərəfindən evə xəbərdarlıq gəlmişdir ki, xx.xx.2024-cü ildə olan borc ödənilməsə heç bir xəbərdarlıq edilmədən 12:00 dan elektirik enerjisinin verilməsi dayandırılacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (xxxxxxx) surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixində doğulmuşdur. Onun atası X4r. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyul 2011-ci il tarixli verilmiş AZ-İ seriyalı 477101 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 iyul 2011-ci il ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş CD-diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı X5 məxsus Binəqədi rayonu, Xutor qəsəbəsi (abonent kodu **********70097) ünvan üzrə yerləşən elektrik sayğaca baxış keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 033588 №-li 15 iyul 2023-cü il tarixli aktına əsasən abonent X5 məxsus Snəqədi rayonu, Xutor qəsəbəsi (abonent kodu **********70097) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti çəkilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən X5 886,77 (641x0,08=52,28 + 618x0,09= 55,62 + 5999x0,13=779,87) manat cərimə yazılmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, X2 xx.xx.2024-cü il tarixə 1083 manat borcu vardır. Borcun ödənilmədiyi halda elektrik enerjisinin xx.xx.2024-cü il tarixə saat 12:00 da dayandırılacaqdır. İş materiallarında olan "xxxx" ASC-nin “abunə haqqında” çıxarışından görünür ki, X2 (abonent kodu **********70097) 1076,44 manat borcu var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Binəqədi rayonu, Xutor qəsəbəsi ünvanında X2 adına qeydiyyata alınmış **********70097 abunə kodlu sayğacına 15 iyul 2023-cü il tarixdə keçirilən baxış zamanı sayğac sxemindən kənar faza xəttinin keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş baxış zamanı “Elektrik enerjisindən istifadə qaydaları”nın müddəalarına əsasən akt tərtib edildiyinə və texniki vasitələrdən istifadə edildiyinə görə (iş materiallarına əlavə edilmiş CD-disk) məhkəmə hesab edir ki, həmin akt qanunun tələblərinə uyğun olaraq tərtib edilmişdir. Lakin məhkəmə qeyd edir ki, "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.1.17-ci maddəsinin müddəalarına riayət etməyərək, (sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alınmaqla yenidən hesablanır) 270 gün üçün cərimə hesablamışdır. Məhkəmə hesab edir ki, iddia məhz bu hissədə qismən təmin edilməklə "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyəti 033588 saylı, 15 iyul 2023-cü il tarixli akt tərtib edərkən 270 günlük deyil, üç aylıq istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alaraq X2 abunə hesabına (kod **********70097) 295 manat məbləğində cərimə tətbiq etməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 033588 saylı, 15 iyul 2023-cü il tarixli akt üzrə hesablanmış borcun yalnız 295 manatı əsaslı olduğundan, qalan 592 manat (887-295=592) X2 abunə hesabından silinməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilməli, 033588 saylı, 15 iyul 2023-cü il tarixli akt əsasında hesablanmış 887 manat borcdan 592 manatı məbləğində pul "xxxx" ASC tərəfindən X2 abunə hesabından (kod **********70097) silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilsin. 033588 saylı, 15 iyul 2023-cü il tarixli akt əsasında hesablanmış 887 manat borcdan 592 (beş yüz doxsan iki) manat məbləğində pul "xxxx" ASC tərəfindən X2 abunə hesabından (kod **********70097) silinməlidir. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar