Məhkəmə qərarları › İş №2(006)-1969/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1969/2023

14.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1969/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X21 Anar Ağakişiyev” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X21 Anar Ağakişiyev" MMC-dən cəmi 27434,40 manat əmək haqqı, gecikmə faizləri və son haqq hesab üzrə borc və 50 manat mediasiya xərcinin tutularaq onun xeyrinə edənilməsi və işdən azad olunma əmrimin əsasının “Tərəflərdən birinin təşəbbüsü” olaraq dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi 28 may küçəsi 33 ünvanında yerləşən Cavabdeh MMC-də makiyaj ustası vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə nə müştərilər nə də müəssisənin rəhbərliyi ilə hərhansı problem mövcud olmamışdır. xx.xx.2023-cü il tarixində işlədiyi MMC-nin nümayəndəsi təyinatını bilmədiyi sənədlər imzalatdıqdan sonra isə ona işdən azad olunduğu deyilmişdir. Hüquqi savadı olmadığı üçün imzaladığı sənədlərin təyinatını da anlamamışdır. Təbiət olaraq konfliktli işçi olmadığı üçün işəgötürənin fikrinə hörmətlə yanaşmışdır. xx.xx.2023-cü ildə digər işəgötürən tərəfindən işə qəbul edilmişdir. Həmin zaman işəgötürən tərəfindən onun Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunduğunu ona bildirmişlər. O, xx.xx.2023-cü ilə kimi Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad olunduğunu bilməmişdir. X15 Məcəlləsinin 70 “ç” bəndi ilə ləğv edilməsi üçün işlədiyi dövrdə heç bir əsas olmamışdır. Cavabdeh MMC tərəfindən X15 Məcəlləsinin 70 “ç” bəndi ilə nə üçün ləğv edildiyi ona məlum deyildir. Həmin bəndin hansı əsas olduğunu öyrəndikdən sonra qərar vermişdir ki, şikayıt etsin. Bununla bağlı 08 fevral 2023cü il tarixdə Əmək müfəttişliyinə şikayət ərizəsilə müraciət etmişdir. Müraciəti ilə əlaqədar izahatını təqdim etmişdir. Hazırda müraciət baxılmaqdadır. Eyni zamanda məhkəməyə müraciət etməyə qarar vermişdir. Qeyd etmək istəmişdir ki, Cavabdeh MMC-də işlədiyi müddətdə onun bir sıra əmək hüquqları pozulmuşdur. Belə ki, işə daxil olarkən əmək kitabçası tələb etmədilər və ya yeni kitabça açmadılar. O, işlədiyi müddətdə əmək haqqı kartına sahib olmamışdır. Ona əmək haqqı əvəzinə yalnız hər müştəriyə görə cüzi faizlər verilmişdir. Sonradan e-sosial portalında öz şəxsi hesabına daxil olarkən ona verilməli olan əmək haqqının miqdarını görmüş, hansını ki, heç vaxt almamışdır. Bundan başqa işlədiyi bir il bir ay ərzində əmək məzuniyyətində olmamış, işdən çıxarılaranda ona əmək məzuniyyəti əvəzində pul kompensasiyası və son haqq-hesab da ödənilməmişdir. Eyni zamanda məlumat üçün bildirmək istəmişdir ki, o, Əmək Müfəttişliyinə şikayət etdikdən və mediasiya prosesinə başladıqdan sonra qarşı tərəfin nümayəndəsi onunla əlaqə saxlayıb ondan təyinatını bilmədiyi digər sənədləri imzalamağı tələb etmişlər, əvəzində isə işdən azad olunduğu Əmək Məcəlləsinin 70 (ç) bəndinə dəyişiklik edəcəklərini vəd etdilər. Bu təklifi Razılaşma şəklində medialarda rəsmiləşdirməyi təklif etmiş, lakin qarşı tərəf imtina etmişdir. Beləliklə anlamışdır ki, vədlərini yerinə yetirməyəcəklər. Onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə Cavabdeh MMC ödənişin hər gecikdirilmiş gün üçün faizlər daxil olmaqla cəmi 27 434. 40 manat məbləğində ödəniş verilməlidir. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə “16” fevral 2023-cü il tarixində mediasiya təklifi tərəfindən sifarişli məktubla göndərilmişdir. Eyni zamanda qeyd elmək istəmişdir ki, barəsində Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən çıxarma Əmri tərtib olunaraq işdən çıxarılmışdır. Yuxanda qeyd edilənərə baxmayaraq işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zaman qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, o, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İşəgötürən ona intizam tənbehi tətbiq edərək onu işdən azad edərkən onun uzun müddət bu sahədə qüsursuz çalışmasını işində heç bir nöqsana yol verməməklə, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərini intizam tənbehlərinin verilməsi sahəsində əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" həndi ilə xitam vermişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin bəndi ilə xitam vermişdir. Bu zaman qanunvericiliyin konkret olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin "İntizam tənbehi verilməsi qaydaları" adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəyə əsasən "intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz”. Göründüyü kimi, işəgötürən intizam xətası güman edilən haldan uzun müddət keçdikdən sonra bu halı əmrlə təsmiləşdinnək qərarı almışdır. Belə ki, o, əmək müqaviləsinə hansı bəndlə xitam verildiyini öyrəndikdən sonra əmək müqaviləsinə niyə bu formada xitam verildiyini soruşduğunda ona deyilmişdir ki, iş yerində spirtli içki içmiş və intizam qaydalarını pozmuşdur. Eyni zamanda vurğulamışlar ki, bu hal videə görüntü ilə təsdiq edilib. Lakin, öz tərəfindən qeyd etmişdir ki, işəgötürənin bu dedikləri tamamilə əsassızdır. Belə ki, onun nə intizam pozuntusu törətdiyi nə də sərxoşluq halı təsdiq edilməmişdir. Eyni zamanda işəgötürən bir sıra digər qanun pozuntularına da yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 83- cü maddəsinin 2-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, ona münasibətdə işəgötürən hüquq normasının bu imperativ tələbini də kobud şəkildə pozmuşdur. Ona nə əmr təqdim edilib nə də son haqq hesabın ödənilməsi həyata keçirilmişdir. 17 mart 2023-cü il tarixdə ilkin mediasiya sessiyasına cavabdeh gəlməmiş və bu barədə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən cəmi 27434.4 manat əmək haqqı, gecikmə faizləri və son haqq hesab üzrə borc, 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi və işdən azad edilmə əmrinin ləğv edilərək işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən dəlillər həqiqəti əks etdirməyən məlumatlara əsaslanmaqla mötəbər deyildir. Belə ki, iddiaçının iddia ərizəsində guya onun heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə göstərdikləri yalnız özünün şəxsi mülahizəsinə əsaslanır. Halbuki iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması təqdim edəcəkləri subutlarla tam təsdiqini tapmışdır. Belə ki, iddiaçı əmək funksiyasını yerinə yetirdiyi xidməti otağda iş zamanı xidmət göstərdiyi müştəri ilə birlikdə spirtli içki qəbul edərək iş rejimini pozmuş, digər işçilərin də normal əmək fəaliyyətinə mənfi təsir göstərmişdir. Bu hal xidməti otaqda quraşdırılmış video görüntü, həmçinin iddiaçının özünün daxili araşdırma zamanı etirafı ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə əsasən işçinin tərəfindən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və İigər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır. Son haqq-hesabın verilməməsi barədə tələbinə gəldikdə isə həmin tələb həqiqəti əks etdirməməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək əmək haqqı almadan davamlı olaraq işləməsi məntiqi əsası olan fakt hesab edilə bilməz. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, iş vaxtı spirtli içki qəbul etməmiş yalnız müştərinin spirtli içki qəbul etməsinə icazə vermişdir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, o, Cavabdeh MMC-də admisintrator vəzifəsində çalışır. İddiaçı Cavabdeh MMC-də işlədiyi zaman əmək haqqını nəğd formada və iddiaçı tərəfindən müştəriyə göstərilən xidmətdən əlavə olaraq faiz müəyyən olunmaqla almışdır. İddiaçı xidməti otaqda müştəriyə spirtli içki təklif etməsi və onunla birlikdə spirtli içki qəbul etməsi müşahidə kamerası görüntüləri ilə müəyyən olunmuşdur. İddiaçıya əmək haqqını mühasibatlıq şöbəsi müəyyən edəndən sonra o, ödəmişdir və iddiaçının əmək haqqını almasına dair qəbzə imza atmışdır. İddiaçının əmək müqaviləsi üzrə əmək haqqı 2023-cü ilin yanvar ayına kimi əlavələr çıxıldıqdan sonra 276 manat olmuşdur. İddiaçı tərəfindən müştəriyə göstərilən xidmətdən əlavə olaraq aldığı faizlər əmək haqqından daha çox təşkil etmişdir. İddiaçı işlədiyi zaman bütün işçilər eyni qaydada əmək haqqı almışdır. Hazırda işçilər əmək haqqını kart vasitəsilə və müştəriyə göstərilən xidmətdən əlavə olaraq aldıqları faizlərlə müəyyən olunur. İddiaçı işlədiyi zaman kart sistemi olmamış və onun adına kart mövcud olmamışdır. İddiaçının işdən çıxmasının səbəbi iş vaxtı iş qaydasının pozulması və müştəriyə spirtli içki təklif etməsi, onunla birlikdə spirtli içki qəbul etməsi müşahidə kamerası görüntüləri ilə müəyyən olunmuşdur. İddiaçı başqa zamanda iş vaxtı spirtli içki qəbul etmişdir. İddiaçı vizaj ustası kimi işləmiş və ortalama aylıq 1500-3000 manat gəlir əldə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işəgötürən Cavabdeh MMC ilə bağladıqları müqavilə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Müqavilənin qüvvədən düşmə səbəbi kimi “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerin yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir. Həmçinin görünür ki, İddiaçı işəgötürən X14 ilə xx.xx.2023-cü il tarixdən qüvvədə olan əmək müqaviləsi bildirişi qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə şikayətlə müraciət edərək, “X21 Anar Ağakişiyev" MMC tərəfindən qanunsuz və əsassız olaraq X15 Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi barədə əmrin dəyişdirilməsi, ödənilməmiş əmək haqqının və ödənilməmiş məzuniyyət haqlarına görə pul kompensasiyasının verilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh MMCnin rəhbərliyi tərəfindən təqdim olunmuş məktub və sənədlərdə onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində iş yerində nizamintizam qaydalarını pozduğunuza görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Tərəfindən əmək və İcra intizamı 2022-ci ilin sentyabr ayında pozulduğuna baxmayaraq, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş və onun son haq-hesabı ödənilməmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin direktoru X1 barəsində əmək müqavilənizə “xitam”-verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci maddəsinin tələbləri pozulduğuna və əmək müqavilənizə xitam verilərkən son haqq-hesabının ödənilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4. və 192.6. maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN1497221 saylı protokol tərtib edilərək, bu Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş materialda olan xx.xx.2021-ci il tarixdə işəgötürən “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsi(kontrakt)ndən görünür ki, həmin müqavilə işçinin “X21 Anar Ağakişiyev" MMC-yə “makiyaj ustası” vəzifəsinə işə qəbul edilməklə ona hər ay 300 manat əmək haqqı ödənilməsi haqqında bağlanmışdır. Həmin materialda olan xx.xx.2023-cü il tarixdə direktor X2 tərəfindən imzalanmış əmr №03-dən görünür ki, makiyaj ustası vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Həmin materialda olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə ünvanlandığı məktubda göstərilmişdir ki, İddiaçı şirkətə xx.xx.2021-ci il tarixində makiyai ustası vəzifəsinə işə qəbul edilmişdir. Aylıq hesablanan əmək haqqı 300.00 manat olmuşdur. xx.xx.2022-ci il tarixində Duma Daşdəmirova əmək vəzifələrini kobud şəkildə pozaraq iş saatında spirtli içkidən istifadə edərək, gələn müştəriyə də təklif etmişdir. Müştəri onun təklifini qəbul edərək birlikdə spirtli içki qəbul etmişlər. Bu hadisə salonda aparılan video çəkilişdə də öz əksini tapmışdır, xx.xx.2022-ci il tarixindən başlayaraq bir neçə dəfə şirkətdə nizam-intizam qaydalarını pozaraq şifahi xəbərdarlıqlara məhəl qoymayaraq işə məsuliyyətsiz yanaşmışdır, spirtli içki qəbul etmişdir. Bu hal şirkətə CavabdehMMC-nin işgüzar nüfuzuna böyük xələl gətirmişdir. Yuxarıda sadalananları nəzərə alaraq işçi İddiaçı xx.xx.2023-cü ildə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bandinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsindən 2 ay öncə İddiaçı iş axtarmağa möhlət verilmişdir. Hesablanan son haqqhesabı ödəmək, əmək kitabçasını təhvil vermək istədiklərini dəfələrlə və təkidlə deməklərinə baxmayaraq, İddiaçı ödənişi və əmək kitabçasını götürməkdən imtina etmişdir. Həmin materialda olan “X21 Anar Ağakişiyev" MMC-nin xadiməsi X4, saç ustası X6 və makiyaj köməkçisi X8 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, “X21 Anar Ağakişiyev" MMC-nin makiyaj ustası vəzifəsində işləyən İddiaçı iş saatında spirtli içkidən istifadə etmiş və gələn müştəriyə də içməyə təklif etmişdir. Müştəri də onun təklifini qəbul etməklə içkidən istifadə etmişlər. Həmin materialda olan “X21 Anar Ağakişiyev" MMC-nin administratoru X5, çayçısı X3 və administrator X9 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktdan görünür ki, “X21 Anar Ağakişiyev" MMC-nin makiyaj ustası vəzifəsində işləmiş İddiaçı saat 11:01də ofisə gəlmişdir, əmək kitabçasını təhvil vermək və son haqq-hesabdan imtina etmişdir. Bildirmişdir ki, o Anar müəllimdən artıqlaması ilə ödəniş almış və onun əsas istəyi əmək kitabçasında yazılmış 70 ç bəndinin silinməsidir. Bu hadisə salonda aparılan video çəkilişdə də öz əksini tapmışdır. Həmin materialda olan İddiaçı adına açılmış əmək kitabçasının iş haqqında məlumat qrafasında onun xx.xx.2021-ci il tarixdə əmr№ 13-lə “X21 Anar Ağakişiyev" MMC-yə makiyaj ustası vəzifəsinə qəbul edilməsi, xx.xx.2023-cü il tarixdə əmr№ 03-lə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli son haqq-hesabdan görünür ki, ələ veriləcək yekun məbləğ 336.1 manat təşkil etmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №15/01-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 250 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı dekabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №15/02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı dekabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 13-dən görünür ki, 15/01 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 250 manat ödəniş və 15/02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı dekabr ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, dekabr ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №16-dan görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 220 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı yanvar ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli bildiriş 14-dən görünür ki, xx.xx.2022-ci il tarixində müştəridən gələn 220 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı yanvar ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, yanvar ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №14-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 320 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı noyabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 12-dən görünür ki, xx.xx.2022-ci il tarixində müştəridən gələn 320 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı noyabr ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, noyabr ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №13-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 350 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı oktyabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 11-dən görünür ki, xx.xx.2022-ci il tarixində müştəridən gələn 350 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı oktyabr ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, oktyabr ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №11-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 300 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı avqust ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 09-dan görünür ki, xx.xx.2022-ci il tarixində müştəridən gələn 300 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı avqust ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, avqust ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №12-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 300 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı sentyabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 10-dan görünür ki, xx.xx.2022-ci il tarixində müştəridən gələn 300 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı sentyabr ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, sentyabr ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №10/01-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyul ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №10/02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyul ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №10/03-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyul ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 08-dən görünür ki, 10/01 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödəniş, 10/02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödəniş və 10/03 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyul ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, iyul ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №09/01-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyun ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №09/02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyun ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 07-dən görünür ki, 09/01 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödəniş və 09/02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı iyun ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, iyun ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №08/01-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı may ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №08/02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı may ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №08/03-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 150 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı may ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 06-dan görünür ki, 08/01 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödəniş, 08/02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi və 08/03 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 150 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı may ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, may ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №07/01-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 200 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı aprel ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №07/02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı aprel ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 05-dən görünür ki, 07/01 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 200 manat ödəniş, 07/02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı aprel ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, aprel ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №05-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 200 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı mart ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №06-dan görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı mart ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 04-dən görünür ki, 5 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 200 manat ödəniş, 6 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı mart ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, mart ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №04-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 300 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı fevral ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 03-dən görünür ki, 04 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 300 manat ödəniş makiyaj ustası vəzifəsində çalışan İddiaçı fevral ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, fevral ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №01-dən görünür ki, xx.xx.2021-ci il tarixində növbəti müştəridən gələn 200 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı dekabr ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, 01 nömrəli müraciətə əsasən xx.xx.2021-ci il tarixində müştəridən gələn 200 manat ödəniş makiyaj ustası vəzifəsində çalışan İddiaçı dekabr ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, dekabr ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №02-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 200 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı yanvar ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin rəhbərliyinə adminstrator X9 tərəfindən ünvanlanmış müraciət №03-dən görünür ki, xx.xx.2022-ci il tarixində növbəti müştəridən gələn 100 manat ödənişi makiyaj ustası vəzifəsində çalışan İddiaçı yanvar ayı üçün avans olaraq əmək haqqı qismində ödəniş olunması, ödənişin işçi İddiaçı imzası ilə təsdiqlənməsi qeyd edilmişdir. İş materiallarında olan “X21 Anar Ağakişiyev" MMC-nin direktoru X2 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli bildiriş 02-dən görünür ki, 02 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 200 manat ödəniş və 03 nömrəli müraciətə əsasən xx.xx.2022-ci il tarixində müştəridən gələn 100 manat ödəniş makiyaj ustası vəzifəsində çalışan İddiaçı yanvar ayı üçün əmək haqqı avans olaraq tam ödənilmiş, yanvar ayı müəssisənin İddiaçı əmək haqqı öhdəliyi yoxdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN №0023520 saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqından qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 1600 manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işçi tərəfindən əmək və icra intizamı 2022-ci ilin sentyabr ayında pozulduğu halda intizam məsuliyyətinə xx.xx.2023-cü il tarixində cəlb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilməklə qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b)İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c)Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Belə ki, iddiaçı tərəfindən əmək intizamını pozması sübutu kimi cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman spirtli içkinin İddiaçı tərəfindən deyil müştəri tərəfindən qəbul etməsi müşahidə olunmuş, eyni zamanda həmin hadisə 2022-ci ilin sentyabr ayında olduğu halda, intizam məsuliyyətinə xx.xx.2023-cü il tarixdə cəlb edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respubılikasının Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yuxarıda göstərilən hallar əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, bu hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda da öz əksini tapmışdır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən hissədə iddia tələbi əsaslı olmaqla “X21 Anar Ağakişiyev" MMC-nin xx.xx.2023-cü il tarixli əmr №03 ləğv edilməklə İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “27434.4 manat əmək haqqı, gecikmə faizləri və son haqq hesab üzrə borc” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının işə qəbul olunduğu tarixdən (xx.xx.2021) işdən azad olunduğu (xx.xx.2023) tarixədək ötən 01 il 29 gün ərzində əmək haqqı almamaqla əmək münasibətlərinə davam etməsi inandırıcı deyildir. Eyni zamanda cavabdeh tərədindən təqdim edilmiş müraciət və bildirişlərdən müəyyən olunur ki, İddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən tərəfindən orta hesabla 300-350 manat əmək haqqı ödənilmişdir. Bunun əksi isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işə bərpa edilməklə cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli olması müəyyən edildiyindən iddianın “son haqq hesab üzrə borc tələbi” hissəsinin təmin edilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 50 manat Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 03 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də makiyaj ustası vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 03 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də makiyaj ustası vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar