Məhkəmə qərarları › İş №2(006)-1975/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1975/2022

05.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1975/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü Murad Hüseynzadənin Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehə məxsus əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evi Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 118971 saylı orderi ilə iddiaçının mülkiyyətinə keçmiş və iddiaçı oğlu ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. İddiaçının oğlu Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu səbəbdən iddiaçı cavabdehin sözügedən mənzilə pasport qeydiyyatına götürülməsinə razılıq vermişdir. Lakin sonradan cavabdeh məhkəməyə müraciət edərək, iddiaçının oğlu ilə aralarında bağlanmış nikaha xitam verilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə X9 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 03 iyul 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 649 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, Cavabdeh özü iddia ərizəsində qeyd etmişdir ki: “Son dövrlərdə tərəflər arasında meydana gələn söz-söhbətlər bir ailə kimi birlikdə yaşamalarını qeyri-mümkün etmişdir. Hazırda birlikdə yaşamırlar və nikahları formal xarakter daşıyır. İddiaçı nikahın pozulmasında israrlıdır. Tərəflər ayrı yaşadıqları gündən Murad Hüseynzadə iddiaçının himayəsindədir”. Həmçinin, sonradan onlara məlum olmuşdur ki, cavabdeh iddiaçının oğlunu uzun illər ərzində aldatmış və ailə dəyərlərini heçə sayaraq onların şərəf və ləyaqətlərini alçaltmışdır. Belə ki, iddiaçının oğlu X9 xx.xx.2010-cu il təvəllüdlü Murad Hüseynzadənin bioloji atası deyil, ona görə də X9 “atalığın müəyyən edilməsi və s.” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(006)- 3311/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-genetik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinə həvalə edilmişdir. Keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticələrinə əsasən məhkəməyə təqdim olunan ekspert rəyində belə qənaətə gəlinmişdir ki, “genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir”. Həmçinin, cavabdeh özünün məhkəməyə təqdim etdiyi ərizələrində də uşağın atasının X9 olmadığını etiraf etmişdir. Ona görə də Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X5 xx.xx.2010-cu il təvəllüdlü X3 atası olmamasının müəyyən edilməsi, genetik ekspertizanın keçirilməsi ilə bağlı ödənilmiş 2.300 manat, mənəvi zərərə görə 500 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat və dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı X6 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı cavabdehin onun evinə yalnız pasport qeydiyyatına düşməsinə icazə vermiş və aralarında istifadə hüquqlarının tanınmasına dair notarial qaydada heç bir razılaşma olmamışdır. Mənzilə dair orderdən də görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evi cavabdehlə iddiaçının oğlunun birgə nikahı dövründə əldə edilməmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlak kimi cavabdehin həmin əmlaka dair iddia hüququ yoxdur. Cavabdehlə iddiaçının oğlu arasındakı ailə münasibətləri pozulduğundan, həmçinin, iddiaçı ilə cavabdeh arasında heç bir mənəvi bağ qalmadığından, cavabdehin iddiaçının icarədar kimi mülkiyyətində olan mənzildə yaşaması və mənzildən istifadə etməsi mümkün deyil. Həmçinin, cavabdehin faktiki olaraq yaşamadığı mənzildən şəxsi əşyalarını könüllü olaraq çıxartmaq mümkün olmadığından, onun qeyd edilən mənzildə yaşamaq və istifadə hüququnun itirilmiş hesab edilərək, onun şəxsi əşyalarının mənzildən faktiki olaraq çıxarılması məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh iddiaçının icarəçisi olduğu mənzildə 2008-ci ildən yaşamağa başlamışdır. Hazırda cavabdeh mənzildən istifadə haqqı və digər kommunal xərclərin ödənilməsində iştirak etmir, iddiaçı uzun müddətdir ki, cavabdehin əvəzinə kommunal xərc ödəmək məcburiyyətində qalmışdır. Həmçinin, cavabdehin mənzildə qeydiyyatda qalması, iddiaçının digər ailə üzvlərinin də rahatlığını pozur, bundan əlavə, iddiaçının mənzilin özəlləşdirilməsi hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Beləliklə, cavabdeh icarə müqaviləsindən irəli gələn hüquqlardan istifadə etməməklə yanaşı, həmin müqavilədən irəli gələn vəzifələrini də yerinə yetirmir. Beləliklə, Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü Hüseynzadə Murad 2020-ci ilin aprel ayından etibarən sözügedən yaşayış sahəsində daimi olaraq yaşamadıqlarından istifadə hüququnu itirmişlər. Ona görə də onların mənzildə yaşamaq və istifadə hüququ itirilmiş hesab edilməli və cavabdehə məxsus cehiz əşyaları mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə görə kompensasiyanın ödənilməsi» qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi qarşılığında 5000 manat məbləğində kompensasiyanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X9 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan övladları olmamışdır. İddiaçı 2008-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən evə gəlin köçmüşdür. X9 ilə qeyd edilən mənzildə yaşadıqları müddət ərzində münasibətləri normal olmuş, adi bir ailə kimi həyatlarını davam etdirmişlər. 2021-ci ildə adi sözsöhbətlərə görə münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün sözsöhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. 2021-ci il tarixində iddiaçı ilə X5 ailəsi arasında mübahisə baş vermiş, iddiaçı nə edəcəyini bilmədiyindən, artıq dözülməz halda olduğundan, həmin evi tərk edərək atasının evinə köçmüşdür. İddiaçı mübahisələrin səngiyəcəyini düşündüyü üçün qızıl-zinət əşyaları və cehizləri həmin evdə qalmışdır. Cavabdeh onun evə daxil olmasına da maneə yaradır. İddiaçı neçə illərdir həmin ünvanda yaşamasını və istifadə hüququnun olmasını, hazırda kirayədə qalmasını nəzərə alaraq, ədalətli şəkildə 5000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Nümayəndə əlavə olaraq bildirdi ki, Cavabdeh 2019-cu ilin mart ayında COVİD-19 pandemiyası başlayanda İddiaçı order əsasında verilmiş evi tərk etmiş və ata evinə köçmüşdür. Sonradan aralarındakı mübahisələr bitmədiyindən nikah pozulmuşdur. Cavabdeh yaşamağa yeri olmadığından kirayə ev tutmuş, mübahisəli mənzilə istifadə hüququnun tanınması ilə əlaqədar məhkəməyə müraciət etməyə hazırlaşırmış. Qeyd edilənlərə əsasən, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia və qarşılıqlı iddia ərizələrini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 118971 saylı orderindən görünür ki, Bakı şəhəri, Cəbiyev küçəsi (indiki H.Seyidzadə), ev 3, mənzil 116 İddiaçı verilmiş, ünvanda yaşamaq hüququna malik olan şəxslər siyahısında İddiaçı və Hüseynov İ.H. qeyd edilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Nəsirov Arif ünvan 2 ünvanını Cavabdeh icarəyə verməyi, Cavabdeh mənzilə görə hər ay 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X9 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 03 iyul 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 649 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X5 24 noyabr 2010-cu il təvəllüdlü X3 atası olmamasının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 4 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir və məhkəmə orqanlarına müraciət etmək hüququnun olması İddiaçı nəzərinə çatdırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-7282-1222 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh xx.xx.2010-cu il tarixdən halhazıradək Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yaşayış üzrə qeydiyyatdadır. Onun qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunverciliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon MKTB 65 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 06 nömrəli cavab məktubundan görünür ki, ünvan 5 ünvan İddiaçı istifadəsində olmaqla qeyd olunan ünvanda yaşayır. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı, Cavabdeh və X7 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 8264/2022 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı, Cavabdeh və X7 üçüncü şəxs qismində cəlb edilməklə «qeydiyyatdan çıxarılma» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8264/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun xx.xx.2022-ci il tarixli 2(006)-964/2021 saylı cavab məktubundan görünür ki, iddiaçı Cavabdeh X6 qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 25 yanvar 2021-ci il tarixli 2(006)-964/2021 saylı qətnamə qəbul edilmiş və qeyd olunan qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Cəbiyev küçəsi, ev 3, mənzil 116 (hazırda ünvan 7 ünvanı Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 118971 saylı orderinə əsasən, ilkin iddia üzrə İddiaçı verilmiş, iddiaçı övladı X9 ilə birlikdə həmin ünvanda yaşamaq hüququ əldə etmişdir. X9 ilə ilkin iddia üzrə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, cavabdeh həmin tarixdən etibarən sözügedən ünvana köçüb yaşamağa başlamış və iddiaçının razılığı ilə həmin ünvana pasport qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdə cavabdehin X7 adlı övladı anadan olmuş və o da anası ilə birlikdə həmin evdə yaşamışdır. 2019-cu ilin mart ayında COVİD-19 pandemiyası başlayandan sonra cavabdehlə X9 arasında olan münasibətlər pozulduğundan, cavabdeh övladı X7 ilə birlikdə sözügedən evi tərk edərək atasına məxsus olan evə köçmüşdür. Bundan sonra, xx.xx.2020-ci il tarixdə cavabdeh ilə Nəsirov Arif arasında icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Nəsirov Arif ünvan 2 ünvanını Cavabdeh icarəyə verməyi, cavabdeh isə mənzilə görə hər ay 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X9 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 24 noyabr 2010-cu il təvəllüdlü X3 atası olmaması müəyyən edilmişdir. Məhkəmə tərəfindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablar əsasında, həmçinin, müəyyən edilmişdir ki, hazırda cavabdeh və oğlu mübahisəli mənzildə yaşamamalarına baxmayaraq, onlar order əsasında iddiaçıya verilmiş Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə əvvəlcə “Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” ilkin iddia tələbinin mahiyyəti üzrə baxılmağa qəbul edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X7 2019-cu ilin mart ayından etibarən order əsasında iddiaçıya verilmiş Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yaşamamalarına baxmayaraq, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Onların mübahisəli mənzildən istifadə hüquqlarının olub-olmamasını mülki icraat qaydasında araşdırmaq zərurəti yarandığından, məhkəmə işi mahiyyəti üzrə baxmaq üçün qəbul etmişdir. Belə ki, cavabdehin və onun yetkinlik yaşına çatmayan övladının qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və s.) hüquqlarının yaranıb-yaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələləri əmlak hüquqi xarakterli məsələlər olduğundan, mülki hüquq münasibətlərindən meydana gəlməklə mülki mühakimə icraatının predmetidir və buna görə də mülki qaydada araşdırılmalıdır. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan da göründüyü kimi, Cavabdeh X9 ilə nikaha daxil olduğu xx.xx.2008-ci il tarixdən etibarən order əsasında iddiaçıya verilmiş mənzilə köçüb yaşamağa başlamış, iddiaçının razılığı ilə həmin ünvana pasport qeydiyyatına alınmış, 2019-cu ilin mart ayından etibarən isə evi tərk etmişdir. Hazırda 3 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır. Sözügedən mənzil order əsasında iddiaçıya verildiyindən və cavabdeh həmin mənzildə 2008-ci ildən etibarən yaşamağa başladığından, hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilmişdir ki, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehin icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh icarədarın (iddiaçının) oğlu ilə nikaha daxil olan vaxtdan icarədarla birlikdə mübahisəli mənzildə yaşamağa başlamış, onlar bir ailə kimi ümumi təsərrüfat aparmışlar. Beləliklə, cavabdeh həmin mənzildən orada yaşayan digər şəxslərlə (hazırki mübahisə üzrə iddiaçı və onun oğlu) bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Burada qeyd edilməlidir ki, mənzildən istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Təsadüfi deyil ki, istinad edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır. Eyni mahiyyətdə olan mənzildən istifadə (şəxsi servitut) hüququ, hətta Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Hazırkı işdə cavabdehin 2019-cu ilin mart ayından etibarən öz iradəsi ilə mübahisəli mənzili tərk edib başqa yerdə yaşamağa başlamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, onun həmin mənzildən istifadə hüququ 2019-cu ilin sentyabr ayından etibarən aradan qalxmışdır. Həmçinin, qeyd edilməlidir ki, iş materiallarında bu mülki işdən qabaq Cavabdeh sözügedən mənzilə hüquq iddia etməsi barədə iddia qaldırmasına dair məlumat mövcud deyil. Hazırkı mübahisə isə məhz İddiaçı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nəticəsində başlamışdır. Məhz bundan sonra Cavabdeh «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranıb-yaranmadığını aydınlaşdırmaq üçün onun iddiaçı ilə 2008-ci ildən ümumi təsərrüfat aparması müəyyən edilmiş, cavabdeh 2019-cu ilin mart ayından könüllü olaraq mübahisəli mənzili tərk etmiş, həmin vaxtdan keçən 3 il ərzində onun tərəfindən mənzilə hüquq iddia etməsi barədə iddia qaldırılmamış, onun başqa ünvanda yaşaması səbəbindən həmin mənzildən istifadə hüququ 2019-cu ilin sentyabr ayından aradan qalxmışdır. Buna görə də, ilkin iddia tələbinin “Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsi təmin edilməli, belə ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, xx.xx.2010-cu il təvəllüdlü X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh himayəsinə verilmiş və o, hazırda 14 yaşına çatmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırda on dörd yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-964/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verildiyindən, mülki qanunvericiliyin normalarına müvafiq olaraq onun yaşayış yeri anasının yaşayış yeri sayıldığından, 2019-cu ildən anası ilə birlikdə mübahisəli mənzildən köçüb başqa yerdə yaşadığından, ilkin iddia tələbi “Cavabdeh himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində də təmin edilməli, belə ki, Cavabdeh himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi qarşılığında 5000 manat məbləğində kompensasiyanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi tələblə əlaqədar subyektiv hüququ olmadığından, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzilə dair yaranmış istifadə hüququ məhkəmə tərəfindən şəxsi servitut kimi qiymətləndirilir və keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi hüquq sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid edildiyindən, bu hüququn kompensasiya verilmədən aradan qalxması halı müşahidə olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçının istifadə hüququ saxlansaydı belə, onun hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmazdı. Belə ki, bu hüquq məhz ilkin iddia üzrə iddiaçıya məxsus olan hüquqdur ki, kompensasiya vermək yolu ilə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmə qaydasında tələb etsin. Hazırda isə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdehin (və övladının) mübahisəli mənzildən istifadə hüququ əvvəlcə yaranmış, sonra isə itirilmişdir və istifadə hüququnun itirilmiş hesab edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Buna görə də, ilkin iddia üzrə iddiaçının cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə deyil, istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi haqlı olmuşdur. Göstərilənlərə əsasən, “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilməsi qarşılığında 5000 manat məbləğində kompensasiyanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilən normaya əsaslanaraq, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia təmin edilmədiyindən, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh və onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 3, mənzil 116 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar