Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2004/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsinu maraqlı şəxs qismində cəlb edilməklə «hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi aidiyyət normalarına riayət etməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 13.4-cü maddə. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1-ci maddə. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddə. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 309-cu maddə. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır.
5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, məxsusluğunun müəyyən edilməsi tələb edilən ünvan da məhz həmin ünvandır.
6. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 151-152, 263-264, 267-268, 309-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova