Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-203/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı, 27.10.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı, 27.10.2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə aramızda bağlanmış 36199 saylı 02 mart 2007-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 11/12-3754/3755 saylı bağ sahəsi mənim istifadəmə verilmişdir. 12 ildir ki, sözügedən bağ sahəsi onun istifadəsindədir. X7 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 13/3756 saylı bağ sahəsini Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin alqı-satqı müqaviləsi əsasında aldığı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı 27.10.2015-ci il tarixli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş çıxarışda onun aldığı bağ sahəsinin koordinatları ilə onun istifadəsində olan bağ sahəsinin koordinatları üst-üstə düşür. Bununla bağlı cavabdehlə aralarında gərginlik yaranmış və cavabdeh istifadəsində olan bağ sahəsindən onun istifadəsinə maneəçilik yaradır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etmədi və məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, İddiaçı Cavabdeh1 və X4 qarşı «alqı-satqı miiqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayonu. Şüvəlan qəsəbəsi, 123756 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli 29.09.2015-ei il tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şiivəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında onun adına qeyd olunan bağ sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Rexestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən RX serixalı, ******* saylı, 27.10.2015-ci il tarixli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin tarixdən hal-hazıradək mülkiyyətində olan bağ sahəsindən istifadə edir. Məhkəmənin diqqətinə çatdırır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 1112-3754/3755 nömrəli bağ sahəsi 02 mart 2007-ci il tarixdə İddiaçı istifadəsinə verilmişdir. Onun mülkiyyətində olan bağ sahəsinin nömrəsi isə 13 nömrəli bağ sahəsidir. Onun bağ sahəsinin iddiaçının bağ sahəsi ilə üst-üstə düşməsi qeyri-mümkündür. Ona görə də cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 isə işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahış etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci və 259.0.7-ci maddələrinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 22.10.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan ünvanında yerləşən ümumi sahəsi ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verirlər. Satıcı Cavabdeh2 alıcı Cavabdeh1 adına daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışından görünür ki, X6 ünvan xüsusi mülkiyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışından görünür ki, Cavabdeh1 ünvan xüsusi mülkiyyətdədir. İş materiallarında olan X2 29 oktyabr 2019-cu il tarixli, №33 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan 0,12 ha torpaq sahəsinin bütövlükdə X5 məxsus bağ sahəsi ilə üst-üstə düşdüyü və onun tərəfindən mişar daşından divar inşa edilərək əhatəyə alındığı və küçə tərəfdən metal darvazanın quraşdırıldığı müəyyən edilir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu. Şüvəlan qəsəbəsi, 123756 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli 29.09.2015-ei il tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeyd olunan bağ sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Rexestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən RX seriyalı, ******* saylı, 27.10.2015-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən müqavilə 22 oktyabr 2015-ci il tarixdə imzalanmış və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 4 ildən artıq müddət keçdikdən sonra 26.11.2019-cu il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqaviləsinin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-203/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-203/2021
13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver