Məhkəmə qərarları › İş №2(006)-203/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-203/2022

31.03.2022 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-203/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, D062 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə eldiyi müddəti ərzində hesablanmış 20439 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu. Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev20, mənzil 44 saylı (Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 2, M11, m4) mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X3 İddiaçı MMC-nə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev20, mənzil 44 (Bakı şəhəri, Nəsimi rayonu,Nəsibbəy Yusifbəyli küç., 2, M11, m4) saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdir. Bundan sonra mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 30 sentyabr 2020-ci il alqısatqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə cavabdeh X3 arasında 30.09.2020-ci il tarixdə D062 saylı daxili zinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC-nin mükiyyətində olan qeyd edilən mənzil (lizinq obyekti) lizinq məbləği 120.000 (yüz iyirmi min) ABŞ dolları, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 22 faiz olmaq şərti ilə lizinqə verilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. X6 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazimi qaydada yerinə yetirməmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 0072/21 saylı 11.03.2021-ci il tarixli borca dair arayışdan görünür ki, cavabdehin İddiaçı MMC-yə arayış tarixinədək lizinq məbləği üzrə 124659 (yüz iyirmi dörd min altı yüz əlli doqquz) ABŞ dolları, lizinq mükafatı faiz məbləği üzrə 5919 ABŞ dolları və 8312 ABŞ dolları hesablanmış cərimə olmaqla ümumilikdə 138890 ABŞ dolları öhtəliyi mövcuddur. Lizinq predmeti 6 ay istifadədə olmuşdıur. Bu müddət ərzində cəmi 3 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq 5308 manat nəzərə alınmaqla, cəmi 20439 ABŞ dolları borc hesablanmışdır. Cavabdehə müqavilə öhdəliklərinin icrası ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunmuş, öhdəliklərin icrası tələb olunmuş və əks təqdirdə müqavilənin ləğv edilərək əmlakın geri alınacağı barədə xəbərdar edilmişdir. Odur ki, lizinq müqaviləsinin ləğv edilməsi lizinq obyektinin cavabdehin istifadəsindən geri alınmalı və lizinq üzrə ödənilməmiş lizinq məbləği, hesablanmış lizinq mükafatı və cərimə tututlaraq İddiaçı MMC-yə ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli D062 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" MMC-nin mülkiyyəti olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev 20, mənzil 44 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 2, M11, mənzil 4.) saylı mənzilə olan istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq "xxxx" MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1, 747-5.1 və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən yuxarıda sadalanmış normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 30.09.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küç. 2, M 11, 4 saylı mənzili alıcı İddiaçı MMCyə satmışdır. Alıcı həmin əmlakı Cavabdeh lizinqə vermək üçün almışdır. Alıcı bu müqavilə üzrə mənzili lizinq alana 30.09.2019-cu il tarixli, D062 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə edir. Daxili maliyyə lizinqi üzrə lizinq alan Cavabdehdur. Satıcı daşınmaz əmlakı 300.000 manat qiymətə satmış, alıcı isə həmin qiymətə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəzsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev 20, mənzil 44 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 2, M11, mənzil 4.) saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 3570 nömrəli reyestr kitabının 334947 nömrəli vərəqində 13.10.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh X3 (cavabdeh-lizinq alan) arasında bağlanmış 30.09.2020-ci il tarixli, D062 saylı X2 əsasən iddiaçı, yəni lizinq verən lizinq obyektini - Bakı şəhəri, Nəzsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev 20, mənzil 44 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 2, M11, mənzil 4.) saylı mənzili lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 12 ay müddətinə illik 22% dərəcəsi ilə hər ay 4.583,00 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. 17.03.2021-ci il tarixli 0078/21 saylı arayışdan görünür ki, İddiaçı MMC ilə 30.09.2019-cu il tarixli D062 saylı X2 əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev.20, mənzil 44 (Yeni qaydalarla AZ1078, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün 120.000 (yüz iyirmi min) manat həcmində vəsait ayrılmışdır. Qeyd olunan müqavilə üzrə öhdəliklər 6 aydan çoxdur ki, yerinə yetirilməməkdədir və lizinq üzrə gecikmə, qrafik üzrə hesablanmış faiz borcu və hesablanmış cərimələr mövcuddur. Hazırda Lizinq müqaviləsi üzrə 124659 (yüz iyirmi min altı yüz əlli doqquz) ABŞ dolları, faiz məbləği üzrə 5919 (beş min doqquz yüz on doqquz) ABŞ dolları, 8312 (səkkiz min iki yüz on iki) ABŞ dolları hesablanmış cərimə, ümumilkdə 138890 (yüz otuz səkkiz min səkkiz yüz doğsan) ABŞ dolları məbləğində öhdəlik mövcuddur. Lizinq preqmenti 6 ay istifadədə də olmuşdur. Bu müddət ərzində cəmi 3 ay ödəniş olunmuşdur. İstifadə olunmuş və ödənilməyən müddət üçün aylıq manat nəzərə alınmaqla cəmi manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli 9/8643 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza tədqiqatı ilə təqdim edilmiş iş materiallarında olan ödənişləri və silinmələri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli D062 saylı Daxili lizinq Müqaviləsinin şərtlərinə əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə məhkəməyə müraciət edilən tarixə, yəni 17.03.2021-ci il tarixinədək Cavabdeh iddiaçı “Faktor Lizinq" MMC-yə qrafik üzrə ödənilməli olan borcu (6ay x 4583,0 = 27498,0 ABŞ dolları çıxılsın faktiki cəmi ödənilmiş məbləğ 7058,82 ABŞ dolları) 20439,18 ABŞ dolları məbləğində müəyyən edilir. Eyni zamanda ekspert qeyd edir ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri və silinmələri özündə əks etdirən çıxarış məlumatlarından göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 17.03.2021-ci il tarixdən sonra lizinq alan tərəfindən 21.05.2021-cİ il tarixdə 21235,29 ABŞ dollarında ödəniş edilmişdir ki, həmin ödəniş məbləği nəzərə alındığı halda 30 sentyabr 2020-ci il tarixli D062 saylı Daxili lizinq Müqaviləsinin ayrılmaz hissəsi olan 01 saylı əlavəyə əsasən 21.05.2021-ci il tarixədək Cavabdeh iddiaçı “Faktor Lizinq" MMC-yə qrafik üzrə ödənilməli olan borcu (8ay x 4583,0 = 36664,0 ABŞ dolları çıxılsın faktiki cəmi ödənilmiş cəmi məbləğ 28294,11 ABŞ dolları) 8169,89 ABŞ dolları məbləğində əsas borc və lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq məbləğinin gecikdirilməsinə görə 1099,92 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilkdə 9269,81 ABŞ dolları məbləğində müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 30.09.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə satıcı X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küç. 2, M 11, 4 saylı mənzili alıcı İddiaçı MMC-yə satmışdır. “Faktor Lizinq" MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli, D062 saylı X2 əsasən lizinq obyekti - dəyəri 120.000 ABŞ dolları olan mənzil lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində lizinq verənə təqdim edilmişdir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmişdir. Cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 07.03.2021-ci il tarixli maliyyə arayışına əsasən 124.659 ABŞ dolları, faiz məbləği üzrə 5.919 ABŞ dolları, 8.312 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 138.890 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alan İddiaçı MMC məhkəməyə müraciət edərək, D062 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 20.439 ABŞ dolları məbləğində borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu. Nəsihhəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev20, mənzil 44 saylı (Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 2, M11, m4) mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 sentyabr 2020-ci il tarixli, D062 saylı Daxili lizinq müqaviləsi üzrə cavabdehin yarandığı borcun müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən aparılmış ekspertiza təqdqiqatı nəticəsində Cavabdeh tərəf olduğu müqavilə üzrə məhkəməyə müraciət edilən tarixə yaranmış borcun 20.439,18 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 17.03.2021-ci il tarixdən sonra lizinq alan tərəfindən 21.05.2021-ci il tarixdə 21235,29 ABŞ dollarında ödəniş edildiyi, yəni yaranmış borcun ödənilməsinə dair öhdəliyin könüllü olaraq icra edildiyi müəyyən edilmişdir. Hazırda iddiaçı iddia tələblərini azaldaraq, Mülki Məcəllənin 748-1.12.4, 748-1.8, 748-2.1 və 748-2.3-cü maddələrinə istinadən cavabdehin öhdəliyini yerinə yetirmədiyindən özünün lizinq obyektini geri almaq, bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnun yarandığını vurğulayır və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2020-ci il tarixli D062 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 998-ci məhəllə, ev 20, mənzil 44 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 2, M11, mənzil 4) saylı mənzilə olan istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq "xxxx" MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Mülki Məcəllənin lizinq müqaviləsinə həsr edilmiş maddələrində göstərilənləri nəzərə alan məhkəmə razılaşır ki, lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Lakin məhkəmə iddiaçının məhkəməyə müraciət edərkən, mənzildən istifadə etdiyi müddət üçün hesablanmış 20.439 ABŞ dolları məbləğində borcun ödənilməsini xahiş etdiyini, cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı 21.235,29 ABŞ dolları məbləğində ödəniş edildiyini və bununla da ona münasibətdə əvvəlki rəftara ümüd etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırda şərtlərin əhəmiyyətli dərəcədə dəyişdirildiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" MMC-yə məxsus mənzilə olan istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq "xxxx" MMC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən öz hüququndan sui-istifadə etməsinə yol verir. Belə ki, tərəflərdən biri onun mənafeyinə uyğun olan münasibətin əlverişli nəticələrinə ümid etdiyi halda, qarşı tərəf belə münasibətin ziddinə olan özünün digər hüququndan istifadə edərək, onun mənafeyinə ziyan vurur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X1 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar