Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-294/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı "X6 müqaviləsinin ləğvinə, avtomobilin təhvil verilməsinə və pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh qarşı "X6 müqaviləsinin ləğvinə, avtomobilin təhvil verilməsinə və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Azadlıq Filialı ilə Cavabdeh arasında bağlanmış 03 Dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X6 Müqaviləsi bağlanaraq "xxxx" ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı əlavəsində göstərilən əmlakı, yəni “X8” minik marxalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqət sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X3 (bundan sonra satıcı) arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli X5-Satqı Müqaviləsinə əsasən satıcı "X8" minik markalı (Tip Universal, Ban JTMHU9J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobili "Amrahbank” ASC-yə satılmasını, İddiaçı ASC isə avtomobilin dəyəri olan 67.000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "Amrahbank” ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq Müqaviləsinin ümumi məbləği 42500 (qırx iki min beş yüz) manat, o cümlədən lizinq obyektinin qiyməti 67.000 (altmış yeddi min) manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 25 (iyirmi beş) faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********175 saylı 17.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 10 iyun 2021-ci il tarixə kredit üzrə cəmi borcu 47855.92 (qırx yeddi min səkkiz yüz əlli beş manat 92 qəpik) manat təşkil edir. Bundan 40036.26 (qırx min otuz altı manat 26 qəpik) manat əsas, 7763.71 (yeddi min yeddi yüz altmış üç manat 71 qəpik) manat faiz və 55.95 manat cərimə borcu təşkil edir. Beləliklə, Lizinq alana dələlərlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 (iki) dəfədən artıqdır ki, lizinq ödənişlərini eləməmişdir. Lizinq alan sonuncu dəfə 16 sentyabr 2020-ci il tarixində 4984 manat ödəniş etmişdir. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən “Müqavilənin 16.1-ci bəndində sadalanmış hallar baş verdikdə lizinq verən həmçinin Lizinq alandan lizinq obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman Lizinq verənə ödənilmiş lizinq ödənişləri lizinq alana geri qaytarılmır". Lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən "Bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə Lizinq alan Lizinq verənə hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1%-i miqdarında dəbbə pulu ödəyir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.12.4-cü maddəsinə əsasən “Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsi geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır”. Həmin müddəalar Lizinq Müqaviləsinin 16.1-ci bəndində də öz əksini tapmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi 19.01.2022-ci il tarixdə texniki yalnışlığın aradan qaldırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X6 Müqaviləsinə xitam verilməsi, cəmi 47855.92 manat bundan 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “X8" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, gecikmə olmuşdur. Bankın müqavilənin 16-cı bəndinə əsasən borcu vaxtından əvvəl tələb etmə hüququ var. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 266/LA saylı X6 müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı X8 minik markalı, X10 JHMHU09J7B5051892 rəngi Ağ mirvari buraxılış ili 2011 olan avtomobilini (bundan sonra- Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən Lizinq obyektini Lizinq alanın yekun sifarişi əsasında (Əlavə № 1) müqavilə ilə (bundan sonra 03.12.2019cuı il tarixli Alqı-satqı müqaviləsi) əldə edir. Lizinq obyekti və Satıcı Lizinq alan tərəfindən seçilib. Lizinq verən Lizinq obyektinin Satıcısına onun Lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. Bu lizinq müqaviləsinin ümumi məbləği 42500 (qırx iki min beş yüz ) AZN, o cümlədən Avadanlığın dəyəri 67000 (altmış yeddi min) AZN, Lizinq mükafatı 0 (sıfır) manatdır. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. - 03.12.2019-cu il tarixli 266/LA saylı X6 müqaviləsinə 1№ Əlavədən görünür ki, bu 1 №-li Əlavənin predmetini tərəflər arasında bağlanmış 03 Dekabr 2019-cu il tarixli 266 LA №-li Daxili Lizinq müqaviləsinə 03 Dekabr 2019-cu il tarixli əlavə razılaşma müqaviləsinə əsasən lizinqə verilmiş lizinq obyektinin siyahısı təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 67000 (altmış yeddi min) manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: avtomobilin X9 minik markalı, X10.JTMHU09J7B5051892 rəngi Ağ mirvari buraxılış ili 2011 olan avtomobili. - 03.12.2019-cu il tarixli 266/LA saylı X5-satqı müqaviləsindən görünür ki, satıcı bu Müqavilənin İ saylı Əlavəsində göstərilmiş avtomobilin X8 minik markalı, X10,JTMHU09J7B505l892 rəngi Ağ mirvari buraxılış ili 2011 (bundan sonra “Əmlak” adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 2.1 bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Alıcı İddiaçı ASC Azadlıq filialı əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə edir. Bu Müqavilənin predmeti olan Əmlakın qiyməti 67000 manat təşkil edir. Əmlakın qiyməti təhvil-qəbul aktı imzalandıqdan sonra 7 gün ərzində Alıcı tərəfindən Satıcıya ödənilir. Bu Müqavilə üzrə bütün ödənişlər manatla aparılır. - AD seriyalı 672094 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı ASC-dir. - 03.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 42500 manat krediti hər ayın 03-dən gec olmayaraq 1689.79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 266/LA saylı X6 müqaviləsinin 16.1-ci bəndindən görünür ki, Lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinqverənin təşəbbüsü ilə, lizinq alan hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləni ləğv edə bilər. - 03.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 67000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin 17.06.2021-ci il tarixli bildirişindən görünür ki, LPO İddiaçı ASC ilə borclu arasında 03.12.2019-cu il tarixində kredit verilməsi haqqında 266/LA saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcluya illik 25(iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ilkin məbləğ 42500 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri borclu tərəfindən pozulmuş, kredit ödənişlə qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində borclunun 10 iyun 2021-ci il tarixinə LPO İddiaçı ASC 40036.26 AZN məbləğində əsas borc, 7763.71 AZN məbləğində faiz borcu, 55.95 AZN məbləğində cərimə borcu ümumilikdə isə 47835.92 AZN məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə borclu tərəfindən 47855.92 AZN məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi təmin edilməlidir. - 22.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.12.2019-cu il tarixli 266/LA saylı X6 müqaviləsi üzrə 10.06.2021-ci il tarixə İddiaçı ASC-yə 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 47855.92 manat borcu vardır. - 16.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03.12.2019-cu il tarixli 266/LA saylı X6 müqaviləsi bağlanaraq "xxxx" ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı əlavəsində göstərilən əmlakı, yəni “X8” minik marxalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X3 arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli X5-Satqı Müqaviləsinə əsasən satıcı "X8" minik markalı (Tip Universal, Ban JTMHU9J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011ci il) olan avtomobili "Amrahbank” ASC-yə satılmasını, İddiaçı ASC isə avtomobilin dəyəri olan 67000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "Amrahbank” ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq Müqaviləsinin ümumi məbləği 42500 manat, o cümlədən lizinq obyektinin qiyməti 67000 manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25 faiz olmaqla lizinqə verilmişdir. Lakin iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin banka 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu, cəmi 47855.92 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə həmçinin tələbin lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Həmçinin iddia tələbi lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınması hissəsi əsaslıdır və təmin edilməldir. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, 266/LA saylı X6 müqaviləsinin 16.2-ci maddəsinə əsasən Lizinq verən Lizinq alanın lizinq obyektinin geri tələb edilməsi hüququnamalikdir. Bu zaman Lizing verənə ödənilmiş lizinq ödənişləri lizinq alana geri qaytarılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X6 müqaviləsinə xitam verilməli, Cavabdeh 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu, cəmi 47855.92 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “X8" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X6 müqaviləsinə xitam verilsin. Cavabdeh 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu, cəmi 47855.92 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh sahiblik və istifadəsinə verilmiş “X8" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-294/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-294/2022
21.01.2022 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver