Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-767/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırdı ki, İddiaçı MMC ilə Nümayəndə arasında bağlanan 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı “Daxl lizinq" müqaviləsinə əsasən Cavabdeh istifadəsinə “Azərmaş" MMC-nin mülkiyyətində olan 2021-cı il buraxılışlı, "Khazar LX minik markalı”, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13900 manat dəyərində avtomobil verilib. "Daxli lizinq müqaviləsinin ayrılmaz tərkib” hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh Ramız oğlu illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat ümumilikdə isə 18151 manat məbləğində pulu "Azərmaş” MMC-nın nesabına ödəməyi öhdəsinə götürüb. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı asas məbləğ təşkil edir. Azərmaş MMC-nın mülkiyyətində olan Cavabdeh müvəqqətı istifadəsinə verilən Khazar LX minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 sentyabr 2021-cı il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilib və servis mərkəzi tərəfindən tərtib olunan qüsur aktına əsasən avtomobilə 1120 manat məbləğində ziyan, dəyib. Cavabdeh tərəfindən Lizinq şirkətinə sonuncu ödəniş 22 iyun 2021-cı il tarixdə 430 manat məbləğində olub. Eyni zamanda Cavabdeh 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı Daxılı lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istfadə edilməsinə görə 01 sentyabr 2021-ci il tarixə 442.65 manat gecikdirilən əsas, 391.44 manat gecikdirilən mükafat, 354.26 manat dəbbə pulu ümumilikdə 1188.35 manat gecikmə borcu yaranıb. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddianın qanuni və saslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanılmış 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh “Azərmaş" MMC-nin xeyrinə 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı “Daxl lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadəsinə görə 01 sentyabr 2021-ci il tarixə 442.65 manat gecikdirilmiş əsas,391.44 manat gecikdirilmiş mükafat, 354.26 manat dəbbə pulu,1120 dəymiş zərər olmaqla 2308.35 manat borcun və 43.49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasın mümkün hesab etmiş, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanana maddələrinə əsasən: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1ş Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. İddiaçı MMC ilə Nümayəndə arasında bağlanan 06 aprel 2021-ci il tarixli MAS- 3507 saylı “Daxl lizinq" müqaviləsindən Cavabdeh istifadəsinə “Azərmaş" MMC-nin mülkiyyətində olan 2021-cı il buraxılışlı, "Khazar LX minik markalı”, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13900 manat dəyərində avtomobil verilib. "Daxli lizinq müqaviləsinin ayrılmaz tərkib” hissəsi olan Lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh Ramız oğlu illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat ümumilikdə isə 18151 manat məbləğində pulu "Azərmaş” MMC-nın nesabına ödəməyi öhdəsinə götürüb. Ödənilməli olan məbləğ 18151 manat məbləğ təşkil edir. 06.04.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki,lizinq obyekti olan "Khazar LX minik markalı”, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil lizinqalana təhvil verilib. 14.102021-ci il tarixli qüsur aktından görünür ki, "Khazar LX minik markalı”, **-PV- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə 1120 manat ziyan dəyib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaçməsindən görünür ki, "Khazar LX minik markalı”, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçisi İddiaçı MMC 28.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl edib. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət edərkən 43.49 manat dövlət rüsumu ödəmişdir. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada lizinq müqaviləsi bağlanmış lizinqverən İddiaçı MMC lizinqalan Nümayəndə sahibliyinə və istifadəsinə ,"Khazar LX minik markalı”, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil vermişdir.Lakin lizinqalan müqavilə öhdəliklərinə tam və layiqincə əməl etməmiş lizinq obyektinə zərər vurmaqla onu geri qaytarmış,bundan başqa,lizinq ödənişlərini və lizinq mükafatını tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı “Daxl lizinq" müqaviləsinə əsasən lizinq obyektinsən müvəqqəti sahiblik və istifadəsinə görə 01 sentyabr 2021-ci il tarixə 442.65 manat gecikdirilmiş əsas,391.44 manat gecikdirilmiş mükafat,354.26 manat dəbbə pulu,1120 dəymiş zərər olmaqla 2308.35 manat borcu qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli , “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanılmış 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilməli , Cavabdeh “Azərmaş" MMC-nin xeyrinə 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı “Daxl lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadəsinə görə 01 sentyabr 2021-ci il tarixə 442.65 manat gecikdirilmiş əsas,391.44 manat gecikdirilmiş mükafat,354.26 manat dəbbə pulu,1120 dəymiş zərər olmaqla 2308.35 manat borcun və 43.49 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanılmış 06 aprel 2021-ci il tarixli MAS- 3507 saylı "Daxili lizinq" müqaviləsinin ləğv edilsin, Cavabdeh “Azərmaş" MMC-nin xeyrinə 06 aprel 2021-ci il tarixli MAS-3507 saylı “Daxl lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadəsinə görə 01 sentyabr 2021-ci il tarixə 442.65 manat gecikdirilmiş əsas, 391.44 manat gecikdirilmiş mükafat, 354.26 manat dəbbə pulu, 1120 dəymiş zərər olmaqla 2308.35 manat borcun və 43.49 manat dövlət rüsumu tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fikrət Mirzəyev