Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2035/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı QSC BOKT-nun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X3ma dair sənədlər S-FK-XAÇ-56 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC - yə verilmişdir. “xxxx” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə, № 202 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 60 ay müddətinə 108000 məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Porsche panamera” minik markalı 90KK876 dövlət qeydiyyat nişanlı, avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, ******* №li ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. “xxxx” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə, 26 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsinə əsasən 108000 manat məbləğində xx xxxxxxxx 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən avtomobilin alınması məqsədi ilə istifadə etmək üçün borcalana 108000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borcverən tərəfindən borcalan üçün aşılan ssuda hesabı ilə təmin edir. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizləri şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17%-lə hesablanır. Cavabdeh1 oğlu bank qarşındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borc 45700 manat, faiz üzrə 25844,01 manat məbləğində təşkil edir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia ərizəsinin mahiyyətindən və məhkəməyə təqdim etdiyi kredit, ipoteka və zaminlik müqavilələrinin surətlərindən məlum olmuşdur ki, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 xx xxxxx 2011-ci il tarixdə 60 ay müddətinə 108.000 manat kredit götürmüşdür . Həmin müqavilənin 5.5- ci bəndində də qeyd edilmişdir ki, kredit vəsaitindən istifadə müddəti xx xxxxx 2016-cı il tarixində saat 18:00 saatda bitir. Kredit müqaviləsinin müvafiq bəndində borcalanın öhdəliyinin icrası müddətinin sonu kimi xx xxxxx 2016-cı il götürülməsini və cavabdehin 3 ildən artıq müddətdir ki, öz öhdəliyini icra etməməsi, həmçinin iddiaçı bankın hüququnun pozulmasını bildiyi an kimi kredit müqaviləsində göstərilən xx xxxxx 2016-cı il tarixi qəbul edildiyini əsas götürərək qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı QSC BOKT tərəfindən və iddiaçı olmalı bank tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür. Buradan da belə nəticəyə gəlmək olar ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görsənir ki, iddiaçı hüququnun pozulduğunu ən geci xx xxxxx 2016-cı il tarixdə bilməsinə baxmayaraq 2021-ci ilin yanvar ayında məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Mülki işin hallarına görə belə görünür ki, iddiaçı 3 illik iddia müddətini ötürərək, yəni daha dəqiq desək, cavabdehin öhdəliyinin icrası müddətinin sonu olaraq xx xxxxx 2016-cı il tarixində bitdiyini açıq-aşkar bilsə də 2021-ci il tarixdə hazırki tələb üzrə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətin ötürülməsini bilərək təxminən iki ildən sonra məhkəmədə iddia qaldırmışdır. Ona görə də hazırki mübahisəyə dair iddia müddəti tədbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın tamamilə rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki “xxxx” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixdə, 26 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin 2.1ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 202 saylı kredit müqaviləsinə əsasən 108000 manat məbləğində xx xxxxxxxx 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən avtomobilin alınması məqsədi ilə istifadə etmək üçün borcalana 108000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borcverən tərəfindən borcalan üçün aşılan ssuda hesabı ilə təmin edir. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizləri şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17%-lə hesablanır. İş materiallarında olan “xxxx” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixdə, № 202 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə illik 17 % tətbiq edilməklə, 60 ay müddətinə 108000 məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki Cavabdeh1 mülkiyyətində olan “Porsche panamera” minik markalı 90KK876 dövlət qeydiyyat nişanlı, avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, ******* №li ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». Azərbaycan Respublikası MM-nin 380.1 və 380.2-ci maddələrinə əsasən «Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir», «Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir». İşin faktiki hallarından göründüyü kimi, kredit müqaviləsi 60 ay müddətinə, yəni xx.xx.2011ci ildən xx.xx.2016-ci il tarixinədək olan müddətə bağlanmışdır. İddia ərizəsi isə məhkəməyə 22.01 2021-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, Azərbaycan Respublikası MM-nin yuxarıda qeyd olunan müddəlarını və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2016-ci ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci xx.xx.2016-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən sonra, yəni 22.01 2021ci ildə daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC BOKT-nun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2035/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2035/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver