Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2039/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2649,55 manat və 10.000 manat mənəvi zərərin məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, 27.01.2020-ci il tarixindən 02.12.2020-ci il tarixinədək müddətsiz bağlanmış əmək müqaviləsi üzrə “X1" MMC-də ticarət nümayəndəsi vəzifəsində çalışmışdır. 27.02.2020-ci il tarxində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) əsasən onunla müddətsiz əmək müqaviləsinə xitam vermişdir. (Əmrin surəti əlavə edilir). Lakin bildirmək istəyir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə görə əmək haqqını bütün ödəmələr və vergilər daxil olmaqla 700 manat olduğu halda cəmi 1 dəfə noyabr ayında tam şəkildə-640,50 manat ödənilmişdir. Hətta iyul, sentyabr və oktyabr aylarında heç bir əmək haqqı ödənilməmiş, dəfələrlə tələb etsə də ödəmə aparılmamış və nəhayət onu ixtisar edərək işdən azad etmişlər. Əmək Məcəlləsinin 195-ci maddəsinin d-ci bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Məcəllənin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 290-cı maddənin 3-cü bəndinə görə də işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, qadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Odur ki, İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC və sizin aranızda bağlanmış əmək müqaviləsinə cari gün – 02.12.2020-ci il tarixində ARƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyini nəzərə alaraq bildirmək istərdik ki, əmək kitabçanızın əslini "xxxx" MMC-nin ünvan 1 ünvanından təhvil ala bilərsiniz. Eyni zamanda bildirmək istərdik ki, rəsmi müraciət əsasında əmək kitabçanızın istədiyiniz ünvana göndərilməsini tələb etmək hüququnuz var. İşdən çıxma əmrinin surəti məktuba əlavə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC bununla bildirir ki, sizinlə bağlanmış 27.01.2020-ci il tarixli əmək müqaviləsinə 02.12.2020-ci il tarixində Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağınıza imkan yaradılması məqsədilə ən azı 1 iş günü əmək funksiyasının icrasından azad ediləcəksiniz. Razı olduğunuz təqdirdə iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli qədər ödənilə bilər. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 1222/12 ünvanda yerləşən ofosonə müraciət etməyiniz təklif olunur. Nəzərinizə çatdırırıq ki, Cavabdeh MMC-nin ofisinə müraciət etmədiyiniz halda əmək müqaviləsinə yuxarıda qeyd olunmuş formada xitam veriləcəkdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasına bağlanmış 27.01.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərinə 3 gün əvvəl xəbərdarlıq etməklə, əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İşçi 27.01.2020-ci il tarixində işə başlayır. İş materiallarında olan Cavabdeh MMC-nin 22.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh MMC işçisi olan İddiaçı əmək haqqı kartına köçürülən məbləğlər aylar üzrə aşağıdakı kimi bölünmüşdür: yanvar – 187.63, fevral – 622, mart – 641, aprel – 478,01, may – 629.85, iyun – 377.10, iyul – 0, avqust – 367, sentyabr – 0, oktyabr – 0, noyabr – 640,50, dekabr -1194.58. İş materiallarında olan Cavabdeh MMC-nin 02.12.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı 02.12.2020-ci il tarixdən cəmiyyətin ticarət nümayəndəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq onunla 27.01.2020ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqı miqdarında işdənçıxartma müavinəti və 27.01.2020-ci iş ili üçün istifadə olunmayan əmək məzuniyyətinə görə 26 təqvim günü üçün pul əvəzi verilsin. 02.12.2020-ci il son iş günü hesab edilsin. Son haqq-hesabın ödənilməsi mühasibatlığa tapşırılsın. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.07.2021-ci il tarixli, 9/4887 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı ilə yuxarıda qeyd edilənləri nəzərə alaraq, təqdim edilmiş iş materialları və ona əlavə edilmiş sənədlərə, yəni tərəflər arasında bağlanmış əmək müqaviləsi, əmək haqqı cədvəli, əmək haqqı hesablanmasına dair arayış, əmək haqqı kartında çıxarış məlumatlarında əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi 2020-ci ilin yanvar-dekabr ayları ərzində hesablanmış və ödənilməmiş əmək haqqı məbləği 2009,05 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin d-ci bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 290-cı maddənin 3-cü bəndinə görə də işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.07.2021-ci il tarixli, 9/4887 saylı ekspert rəyindən göründüyü kimi hazırki ekspertiza tədqiqatı ilə yuxarıda qeyd edilənləri nəzərə alaraq, təqdim edilmiş iş materialları və ona əlavə edilmiş sənədlərə, yəni tərəflər arasında bağlanmış əmək müqaviləsi, əmək haqqı cədvəli, əmək haqqı hesablanmasına dair arayış, əmək haqqı kartında çıxarış məlumatlarında əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi 2020-ci ilin yanvar-dekabr ayları ərzində hesablanmış və ödənilməmiş əmək haqqı məbləği 2009,05 manat məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı 10000 manat mənəvi zərərin ödənilməsi tələbi əsassizdır və rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMCdən 2009,05 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Dövlət büdcəsinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 2009,05 (iki min doqquz manat 05 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2039/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2039/2021
17.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver