Məhkəmə qərarları › İş №2(006)-2058/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2058/2025

19.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2058/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin, qızı X2 qəyyumu təyin olunmağı ilə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Maraqlı şəxs başçısının aparatı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin tələb olunduğu bildirilmişdir. xx.xx.2006-cı il təvəllüdlü qızı X6 epilepsiya, beynin üzvü xəstəliyi nəticəsində yaranan orta ağıl zəifliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutumaları diaqnozu qoyulmuşdur. Qızının 18 yaşı tamam olsa da, o, hərəkətlərinin mahiyyətini və mənasını anlaya bilmir, öz hərəkətlərini idarə bilmir və onun fəaliyyət qabliyyəti olmaması və qəyyum təyin olunması zərurəti yaranmışdır. Qızına qoyulmuş diaqnoza əsasən və öz hərəkətlərini idarə edə bilməməsi səbəbindən təhsilini əqli qüsurlu uşaqlar 268 saylı xüsusi məktəbdə yalnız 9-cu sinifə kimi ala bilmişdir və davam etdirə bilməmişdir. Həmçinin, qızı tək qala bilmir, kordinasiya pozulması səbəbi ilə tək harasa gedə bilmir, bu səbəbdən itmək ehtimalı yaranır, qorxu hissinin olmaması, baş verməyən hadisələrdən danışması fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslardandır. xx.xx.2024-cü il tarixdə qızı X2 18 yaşı tamamlanmışdır və qanunvericiliyin tələbinə əsasən 18 yaşdan etibarən şəxs tam fəaliyyət qabiliyyətini əldə etməsini nəzərə alaraq, hesab edilir ki, qızına qoyulmuş diaqnozla bağlı fəaliyyət qabiliyyətli olmaması məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənlərə əsasən, xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin onun qəyyumu təyin olunmağı barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, əlavə suala cavab olaraq övladının əlilliyə görə müavinətinin artıq ödənilmədiyini, atasının da vəfat etdiyini, dərman xərclərini tək başına qarşılaya bilmədiyini, lazımi sənədləri topladığı zaman ona qəyyum olaraq təyin edilməli olduğu deyildiyini bildirmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 11 may 2006-cı il tarixdə anadan olmuş X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. b) Mülki işin materialları: 8.Mülki iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısı tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, tələb olunan müvafiq sənədlər ərizəyə əlavə olunmadığından ərizədə qaldırılan məsələnin həlli mümkün hesab olunmur. 9.Mülki işin materiallarında olan 16 fevral 2007-ci il tarixdə verilən AZ-İ seriyalı, 896378 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 may 2006-cı il tarixdə anadan olmuş, atası X5, anası X3r. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 1501 saylı rəydən görünür ki, X4 baş beynin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi (demensiya) (F02.8) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər – uşaq yaşlarından qıcolma tutmalarının qeyd olunması, psixi vəziyyətində və davranışında dəyişikliklərin meydana gəlməsi, 2 saylı X1 müalicədə olması, 20 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı müəyyən edilən psixi dəyişiklikləri sübut edir. X7 onda qeyd olunan damar mənşəli ağıl zəifliyi (demensiya) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 baş beynin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi (demensiya) müəyyən edilir. X7 onda qeyd olunan damar mənşəli ağıl zəifliyi (demensiya) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. 11.Mülki işin materiallarına həmçinin, tibbi sənədlər də əlavə edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 16.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 17.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 20.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 11 may 2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar