Məhkəmə qərarları › İş №2(006)-2075/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2075/2025

15.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2075/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçınun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "qanunsuz tərtib edilmiş aktın ləğv edilmiş və həmin aktın əsasında hesablanmış cərimənin silinməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********80015 nömrəli abunə koduna tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli 037992 nömrəli aktın ləğv olunması və həmin aktın əsasında hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3ndə yerləşən 44a nömrəli ev onların istifadəsindədir. İstifadəsində olan evə quraşdırılmış **********440000 abunə kodu olan sayğac mexanika tiplidir. Abonent sərfiyyat ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Bildirir ki, yaşadığı ev həyət evidir. İşıq sayğacı küçədə, yəni onların nəzarətindən kənarda quraşdırılıb. Sayğaca nəzarət etmək imkanları yoxdur, əslində nəzarət etmək onların vəzifəsində də deyil. 18 yanvar 2024-cü il tarixdə "xxxx"ın əməkdaşları sayğaca baxış keçirmişdir. Kənar xətt ləğv edilməsi və uçot komplekt bərpa olunması barədə sayğacın yararsız olması barədə 037992 nömrəli akt tərtib etmişlər. Aktda göstərilir ki, guya baxış zamanı məlum oldu ki, abonentə məxsus elektrik sayğacının giriş və çıxış faz xətlərinin izolyasiyası pozulmuşdur. Belə ki, abonent sayğacın alt qapaq hissəsinin möhürünü qırmış və həmin hissədə sayğac qutusunun arxasında deşərək mənzilə kənar xətt çəkmişdir. Bildirir ki, həmin ünvanda tək o yaşayır. Yaşlı xəstə qadındır. Onun sayğaca hər hansı müdaxiləsi mümkün deyil. Bundan başqa o qeyd edilən ünvanda tək yaşadığına görə elektrik enerjisindən çox az istifadə edir. Bundan başqa əgər onun tərəfindən sayğaca hər hansı müdaxilə olmuşdirsa, nəyə görə sayğac lobarator müayinə olunmaq üçün götürülməyib. əgər sayğac yararsız idisə, mütləq çıxarılmalı idi. "xxxx"ın əməkdaşları cəriməni hansı qaydada hesablayıblar. "xxxx" tərəfindən hesablanmış borc anlaşılan deyil, həqiqətən çox uzaqdır. Bildirir ki, həmin evdə tək yaşayır. Yaşlı qadındır. O həmin cəriməni ödəyə bilməz. Həmçinin o sayğaca hər hansı bir müdaxilə etməmişdir. Yaşlı insandır. Bundan başqa "xxxx"ın nəzarətçisi vaxtaşırı həmin sayğaca nəzarət edib və heç vaxt kənar müdaxilə qeydə almayıb. Bundan başqa sayğac küçədə quraşdırılıb. İşıqdan istifadə qaydaları haqqında əsasnaməyə əsasən ona nəzarət etmək onun vəzifəsin deyil. Göründüyü kimi onun tərəfindən “X1 Qaydaları”nın tələbləri pozulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə olunmuş CD-diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşı İddiaçı məxsus ünvan 3ndə yerləşən 44a nömrəli ev (abonent kodu **********440000) ünvanı üzrə yerləşən elektrik sayğaca baxış keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 18 yanvar 2024-cü il tarixli, 037992 saylı aktına əsasən abonent İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 44a nömrəli (abonent kodu **********440000) ünvan üzrə yerləşən evə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacının giriş və çıxış faz xətlərinin izolyasiyası pozulmuşdur. Belə ki, abonent sayğacın alt qapaq hissəsinin möhürünü qırmış və həmin hissədə sayğac qutusunun arxasını deşərək mənzilə kənar xətt çəkmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli akta əsasən İddiaçı (abonent kodu **********440000 ) əlavə olaraq 8316 kvt.s (3,3 kvt x 24 saat x (0,7) x 150 gün əlavə sərfiyyat, yəni 1081,08 manat məbləğində ödəniş hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli razılaşma protokolundan görünür ki, 18 yanvar 2024-cü il tarixli, 037992 saylı akta əsasən aparılmış hesabata tarif fərqinə əsasən yenidən baxılmış və ödəniləcək məbləğ 1011 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, ünvan 3 ünvanında İddiaçı adına qeydiyyata alınmış **********440000 abunə kodlu sayğacına 18 yanvar 2024-cü il tarixdə keçirilən baxış zamanı sayğac sxemindən kənar faza xəttinin keçirildiyi müəyyən edilmişdir. Keçirilmiş baxış zamanı “X1 qaydaları”nın müddəalarına əsasən akt tərtib edildiyinə və texniki vasitələrdən istifadə edildiyinə görə (iş materiallarına əlavə edilmiş CD-disk) məhkəmə hesab edir ki, həmin akt qanunun tələblərinə uyğun olaraq tərtib edilmişdir. Lakin məhkəmə qeyd edir ki, "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.1.17-ci maddəsinin müddəalarına riayət etməyərək, (sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alınmaqla yenidən hesablanır) 150 gün üçün cərimə hesablamışdır. Məhkəmə hesab edir ki, iddia məhz bu hissədə qismən təmin edilməklə "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyəti 18 yanvar 2024-cü il tarixli, 037992 saylı akt tərtib edərkən 150 günlük deyil, 30 günlük istifadə edilmiş elektrik enerjisinin dəyərini nəzərə alaraq İddiaçı abunə hesabına (kod **********440000) 202 manat məbləğində cərimə tətbiq etməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 18 yanvar 2024-cü il tarixli, 037992 saylı akt üzrə hesablanmış borcun yalnız 202 manatı əsaslı olduğundan, qalan 879.08 manat (1011.08-202=809) İddiaçı abunə hesabından silinməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsinə dair" iddia ərizəsi qismən təmin edilməli, 18 yanvar 2024-cü il tarixli, 037992 akt əsasında hesablanmış 1011 manat borcdan 809 manatı məbləğində pul "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabından (kod **********440000) silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "qiş̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsinə dair" iddia ərizəsi qismən təmin edilsin. 18 yanvar 2024-cü il tarixli, 037992 saylı əsasında hesablanmış 1011 manat borcdan 809 (səkkiz yüz doqquz manat) manat məbləğində pul "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabından (kod **********440000) silinməlidir. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar