Məhkəmə qərarları › İş №2(006)-2082/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2082/2025

15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2082/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ maraqlı şəxs qismində cəlb edilməklə “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportun X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşının atası, yəni, qaynatası 01.01 1925-ci il təvəlludlü X9 xx.xx.2009-cu il tarixdə rəhmətə getmişdir. Onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasport verilmişdir. X16 - həyat yoldaşı xx.xx.1957-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş və 30.08 2024-ci ildə ölmüşdür. Mərhum həyat yoldaşı ona məxsus olan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı Bakı Asan xidmət mərkəzinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Lakin həmin müddətdə ölməsi ilə əlaqədar sənədləşmə işləri natamam qalmışdır. Bununla bağlı o Azərbaycan Respublikası Əmlak X18 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qaynatasından miras qalmış əmlaka çıxarış alınması ilə bağlı müraciət etdikdə oradan bildirdilər ki, mərhum həyat yoldaşının atasının adı pasportda olduğu kimi Ağamurad yazılmalı olduğu halda, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mulkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportda Ağamirzə kimi qeyd olunmuşdur. Ona görə də ərizəçiyə bildirmişlər ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportun mərhum həyat yoldaşının atasına məxsus olması faktını məhkəmədə təsdiq etməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X21 ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşının yoldaşı, onun nümayəndəsi kimi çıxış edən X21 isə qardaşı qızıdır. Nəsimi rayonu 3-cü Alatava küçəsində 304 nömrəli mənzil onun atasına məxsus olmuş, onlar 7 uşaq olmaqla orada yaşamışlar, hazırda 3 bacı 1 qardaş sağdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşının arvadı, onun nümayəndəsi kimi çıxış edən X21 isə qardaşı qızıdır. Nəsimi rayonu 3-cü Alatava küçəsində 304 nömrəli mənzil onun X2na məxsus olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304-də yaşayır. Ərizəçi gəlinləri, onun nümayəndəsi kimi çıxış edən X21 isə qardaşı qızıdır. Ev atasına məxsus olmuş, atası xeyli müddət əvvəl dünyasını dəyişmişdir.

8. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçinin nümayəndəsi X15 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması üçün müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim edilməli olması bildirilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 842 nömrəli məktubundan görünür ki, mərhum, xx.xx.1925ci il təvəllüdlü X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna oğlu - X16 tərəfindən müraciət olmuşdur. X4 xx.xx.2023-cü il tarixdə vəfatı ilə oğlu - X10 ərizəsi əsasında qurum tərəfindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

11. 278058 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X2, anası X5r.

12. 453444 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

13. 367071 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

14. 955683 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır.

16. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportda daşınmaz əmlakın X7 məxsus olması qeyd edilmişdir.

17. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X9 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 ünvanında qeydiyyatda olmuşdur.

18. “Elektron notariat” X1 vasitəsilə “X13” AQİS-dən çıxarışdan görünür ki, X9 xx.xx.2009cu il tarixdə ölmüş, son yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, X9 xx.xx.1925-ci il tarixdə doğulmuş, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportda daşınmaz əmlakın X7 məxsus olması qeyd edilmiş, X9 xx.xx.2009-cu il tarixdə ölmüş, öldüyü tarixdə son yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 olmuş və orada qeydiyyat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçinin nümayəndəsi X11 müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli məktubla daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna oğlu - X16 tərəfindən müraciət edilmiş və vərəsəlik işi açılmışdır. Daha sonra - xx.xx.2024-cü il tarixdə X16 vəfat etmiş və onun uşaqları (Qurbanova Əfsanə, Qurbanov Heybət, Qurbanov Ramil) babalarından atalarına miras qalmış əmlakın irsi transmissiya qaydasında onlara düşən hissəsindən Ərizəçi xeyrinə imtina etmişlər.

20. Hazırda ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 ünvanında yerləşən mənzilin dövlət reyestrində qeydə alınması məqsədilə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportda X4 adının səhvən “Ağamirzə” olaraq yazıldığını həmin mənzilin X6 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Çünki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunan səbəbən hüquqların qeydiyyata alınmasına imtina vermişdir.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə şahid ifadələrini, iş materiallarında olan sübutları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 ünvanında yerləşən mənzil X6 məxsus olmuşdur. X4 vərəsəsi olan X10 vərəsəsi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olduğu və müvafiq faktın müəyyən edilməsi üçün zərurətin yarandığı məhkəmə tərəfindən müəyyən edilmişdir. Yəni daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün müvafiq pasport hüquqmüəyyənedici sənəddir və bu sənəddə şəxsin ata adı səhv yazıldığı üçün hüquqların qeydiyyata alınması mümkün olmamışdır. Buna görə də ərizə təmin edilməli mənzilin X6 məxsusluğu faktı təsdiq edilməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1, 139-1.1.5-ci maddələr. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.1-ci maddə. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.5-ci maddə. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddə. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddə. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddə. Hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur; 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi); 6 və 6.1-ci bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, X13nda yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X13nın dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

25. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 304 ünvanına dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportun xx.xx.1925-ci il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilməlidir.

26. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.

Nəticə:

27. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3cü Alatava küçəsi, ev 304 ünvanına dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 304 saylı pasportun xx.xx.1925-ci il təvəllüdlü X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar