Məhkəmə qərarları › İş №2(006)-209/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-209/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-209/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 509 saylı torpaq qeydinin mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1941-ci il tarixdə anadan olmuşdur. X8, anası X6r. X2 Quba rayon Kommunal Təsərrüfat Şöbəsinin 509 saylı torpaq qeydinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 209 kv2 olan torpaq sahəsi verilmişdir. O, 04 iyun 1968-ci il tarixdə X16 ilə ailə qurmuşdur. Bundan sonra həmin torpaq sahəsi üzərində ev tikmişdir. Ona 17 iyul 2004-cü il tarixli qərar əsasında 136a reyestr nömrəsi ilə qeyd edilmiş Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda o, atasından qalmış evin yerləşdiyi torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. X1 Quba rayon Kommunal Təsərrüfat Şöbəsinin 509 saylı torpaq qeydində adı səhv yazılmışdır. Belə ki, torpaq qeydində X15 əvəzinə səhvən X10 yazılmışdır. Ona görə də, o, X2 məxsus torpaq sahəsinə çıxarış ala bilməmişdir. Atasının adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 iyul 2022-ci il tarixli, **********26 nömrəli məktubu ilə Quba rayon Təsərrüfat Şöbəsinin 509 saylı torpaq qeydində X1 adında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının mümkün olmadığı, məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. X8 21 oktyabr 1987-ci il tarixdə vəfat etmişdir. O, X1 vərəsəsidir. O, torpaq qeydində atasının adında yaranmış yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında (həmçinin notariat işində) olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Stavropol diyarının Yessentuki şəhərinin Qeydiyyat şöbəsi tərəfindən 26 fevral 1990-cı il tarixdə verilmiş V-QN seriyalı 306088 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1941-ci il tarixdə Yessentuki şəhərində doğulmuşdur. Ata qrafasında X15, ana qrafasında X11 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydi kitabında 26 fevral 1990-cı il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. - Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 12 noyabr 1987-ci il tarixdə verilmiş İİİ- JQ seriyalı 418281 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 21 oktyabr 1987-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 noyabr 1987-ci il tarixdə 2067 nömrə ilə qeyd edilmişdir. - Quba rayon Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 509 saylı torpaq qeydindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi X7 verilmişdir. - Azərbaycan SSR Maliyyə Nazirliyi Quba rayonu üzrə X14 tərəfindən verilmiş arayışdan görünür ki, Quba rayon üzrrə X9 vergi uçotu məlumatına əsasən X12 adına olan ünvan 2 №li binanın tikinti və torpaq vergisi borcu yoxdur. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən məhkəməyə X12 fərdi uçot kartının surəti daxil olmuşdur. Fərdi uçot kartada X13 dair zəruri məlumatlar, o cümlədən şəxsin doğum tarixi, doğulduğu yer, vətəndaşlığı, ailə vəziyyəti və s. öz əksini tapmışdır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı yaşayış evi xx.xx.2004-cü il tarixli, 2-V-13 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 136B reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə Ərizəçiovnanın mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubundan görünür ki, Quba rayon Kommunal Təsərrüfat Şöbəsinin 509 saylı torpaq qeydində qeyd olunmuş hüquq sahibinin adının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid omadığı bildirilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-34/2-1470/2023 saylı məktubundan görünür ki, X7 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli, D-17/437 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 adına, sonradan fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, 2-V-13 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 136B reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə Ərizəçiovnanın mülkiyyət hüququ tanınmışdır. Quba rayon Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 509 saylı torpaq qeydində göstərilən 209 kv.metr torpaq sahəsinə dövlət reyestrindən X5 və Ərizəçiovnanın adına çıxarış verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Ərizəçiovnanın adına verilmiş qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsinin 509 saylı torpaq qeydində göstərilən sahəsi ilə eyni olub-olmaması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İlk öncə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubundan görünür ki, Quba rayon Kommunal Təsərrüfat Şöbəsinin 509 saylı torpaq qeydində qeyd olunmuş hüquq sahibinin adının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid omadığı bildirilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, ərizəçinin atasının adı “Əziz” olduğu halda, Quba rayon Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 509 saylı torpaq qeydində adı “Əzizulla” kimi göstərilmişdir. Bu səbəbdən ərizəçi bir sıra sənədləşmə işləri ilə əlaqədar çətinlik çəkir. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin atasına məxsus olmuş məhkəmə baxışı zamanı məhkəmə tərəfindən tədqiq edilmiş müxtəlif sənədlərdə (V-QN seriyalı 306088 saylı doğum haqqında şəhadətnamədə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş fərdi uçot kartasında, JQ seriyalı 418281 saylı ölüm haqqında şəhadətnamə şəhadətnamədə və s.) göstərilən atasının adı Quba rayon Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 509 saylı torpaq qeydində göstərilən adı ilə düz gəlmədiyindən və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, Quba rayon Kommunal Təsərrüfat şöbəsi tərəfindən “X18” barəsində verilmiş 509 saylı torpaq qeydinin X13 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayon Kommunal Təsərrüfat şöbəsi tərəfindən X18 barəsində verilmiş 509 saylı torpaq qeydinin X13 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar