Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2091/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pilot layihənin icrası ilə əlaqədar Cavabdeh ilə xx xxx 2018-ci il tarixdə 126 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər AR NK-nin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinə əsasən öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Belə ki, cavabdeh (müqavilə üzrə xxxxxxxxxxxxxxxxxxx) istifadəsində olan ünvan 1 ünvanında yerləşən və faktiki sahəsi 50 kv.m olan yaşayış sahəsini sökülməsi üçün iddiaçıya təhvil verməyi, iddiaçı isə (müqavilə üzrə Tikinti şirkəti) bunun əvəzində cavabdehin istifadəsində olan faktiki 50 kv.m yaşayış sahəsinin üzərinə 20% əlavə edilərək həmin ərazidə tikiləcək hündürmərtəbəli binanın 10-cu blok, 9-cu mərtəbəsində 60 kv.m təmirsiz mənzili cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh söküləcək evlə bağlı qeydiyyatda olan şəxslərin etirazlarının olmamasına dair ərizələri, mənzildə qeydiyyatda olan şəxslərlə bağlı arayışı da təqdim etməli idi. Bu zaman cavabdeh evin mülkiyyətçisi barədə məlumatı iddiaçıya verməkdən imtina etmiş, bu məlumatı gizlətməklə iddiaçını aldatmışdır. Belə ki, cavabdeh söküləcək fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılıq ərizələrini iddiaçıya təqdim etmiş, özünün də həmin evdə 1947-ci ildən qeydiyyatda olmasına dair 41 saylı MKİS-in arayışını da vermişdir. Lakin yenə də evin əsl mülkiyyətçisinin kim olması barədə məlumatı iddiaçıdan gizlətmişdir. Bu səbəbdən iddiaçı da cavabdehə inanaraq müqaviləni onunla bağlamışdır. Lakin bir müddət sonra X7, yəni sökülən evin əsl mülkiyyətçisi cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh MMC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC-nin üzərinə iddiaçı X12 rayonu, S.Əsgərova küçəsi, ev 106 ünvanında inşa edilən binada 2 otaqlı, sahəsi 60 kv.m-dan az olmayan təmirli mənzillə təmin edilməsi, iddiaçının mənzilinin söküldüyü xx xxx 2018-ci il tarixdən mənzillə təmin olunma tarixinə kimi hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və məhv edilmiş mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25000 manat maddi zərərin və 10000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4391/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən, 106 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC tərəfindən Nəsimi rayonu S.Əsgərova küçəsi 106 ünvanında inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.m-dən az olmayan təmirli mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdeh MMC-yə Nəsimi rayonu S.Əsgərova küçəsi 106 ünvanında yerləşən mənzilin söküldüyü xx xxx 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçıya hər ay üçün 400 manat kirayə haqqının verilməsi həvalə edilməsi və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sonradan həmin iş üzrə üçüncü şəxs olan Cavabdeh Apelyasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4391/2018 saylı qətnaməsi cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən, 106 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilməsi hissəsində ləğv edilmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilsə də, AR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iş üzrə yekun qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan işin yekununda müəyyən olunmuşdur ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC Cavabdeh yanlış məlumat verməsi, aldatma və evin mülkiyyətçisi barədə məlumatı gizlətməsinə görə onunla xx xxx 2018-ci il tarixdə yanlışlıqla müqavilə bağlamış və ona əsassız yerə mənzil vermək öhdəliyini üzərinə götürmüşdür. Halbuki mülkiyyətçi Mustafayev Arif olmuş və müqavilə onunla bağlanmalı idi. Bütün bunlara səbəb hazırda cavabdeh olan Cavabdeh iddiaçını aldatması, yanlış məlumat verməsi olmuşdur. Bu faktlar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqini tapmışdır. İddiaçı bu barədə qanuni qüvvəsini almış yekun qərarı, yəni AR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı əldə etdikdən sonra cavabdehlə bağlanmış xx xxx 2018-ci il tarixli 126 saylı müqaviləni mübahisələndirmək hüququ əldə etmişdir. X2 iddiası ilə başlanmış mülki iş üzrə yekun məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh sökülən ev barəsində və onun mülkiyyətçisi barədə İddiaçı MMC-ni aldatmış, yanlış məlumat vermişdir. Həmin iş üzrə Ali Məhkəmənin qərarı xx xxxxxx 2019-cu il tarixdə, Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə xx xxxx 2019-cu il tarixdə qəbul edilmişdir, hər iki halda hazırkı iddia ilə müqavilənin mübahisələndirilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 (bir) illik müddət ötürülməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, keçən məhkəmə prosesləri zamanı İddiaçı MMC-nin Cavabdeh ilə xx xxx 2018-ci il tarixdə 126 nömrəli müqavilə bağlanmış müqavilənin etibarsız olması bir sıra araşdırılan məsələrlə öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizənin də əsassız olduğu və nəzərə alınmalı olmadığı, məhkəməni yalnış istiqamətə yönləndirmək cəhdi kimi qiymətləndirirlər. Belə ki, aşağıdakı arqumentlərə və dəlillərə əsasən iddialarının təmin edilməsini xahiş edirlər: Cavabdeh Ağa oğlunun prokurorluqda vəzifə tutan və bununla da şirkətdə inam yaradan Əliyev Rövşən Əli oğlu İddiaçı MMC-yə həm şifahi şəkildə, həm də Nəsimi Rayon 41 saylı MKİS-dən təqdim etdiyi arayışla ümumiyyətlə evin mülkiyyətçisinin olmaması və sadəcə qeydiyyatla atasına - Cavabdeh Ağa oğluna məxsus olmasına inandırmışdır. Nə Cavabdeh Ağa oğlu, nə də Əliyev Rövşən Əli oğlu evin mülkiyyətçisinin X9 olması barədə heç bir məlumat verməmişlər. Şirkət də prokuror vəzifəsində çalışan Əliyev Rövşən Əli oğlunun sözlərinə və təqdim etdiyi arayışa inanmış, əlavə araşdırma aparmamışdır. Bu formada arayış təqdim etdiyini Əliyev Rövşən Əli oğlu nümayəndə qismində izahat verərkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında özü də etiraf etmişdir. Cavabdehin nümayəndəsi (oğlu) Rövşən Əliyev məhkəmədə bildirdiyi aşağıdakı məzmunlu ifadələrin yalan olması: 1. Mustafayev Arif onunla birlikdə şirkətə gəlib və 90 kv/m sahəsi olan mənzil tələb edib. Bu tamamilə yalandır, əgər Mustafayev Arif şirkətə gəlsə idi, onun evin mülkiyyətçisi olduğu bilinər və ev ona verilərdi, ikincisi, Mustafayev Arif məhkəmədə iddia qaldırıb şirkətdən 90 deyil, 60 kv/m sahəsi olan mənzil tələb etmişdir. 2. Mustafayev Arifin evinin ayrı, Cavabdeh yaşadığı evin ayrı olması barədə izahatı da yalandır. Birincisi, əgər evlər ayrı idisə, nəyə görə evdən istifadə hüququ ilə bağlı aralarında məhkəmə mübahisəsi olmuşdur, ikincisi, evin sahəsi faktiki 50 kvm olmuşdur, necə olur ki, ayrı-ayrı evlərin sahələrində bir santimetrdə olsun fərq olmadı. Yəni iki ayrı ev olmayıb, Cavabdeh Mustafayev Arifin evindən istifadə edib. Söhbət yalnız bir mənzildə gedib. 3. X17 Əli arasında mübahisə olub, Arif Mustafayev Baş prokuror Zakir Qaralova Rövşən Əliyevin qanunsuz hərəkətləri barədə şikayətlə müraciət edib. Müracit edib ki, ona çatacaq evi Rövşən Əliyev vəzifəsindən istifadə edib şirkətdən ələ keçirib. 4. Evin sökülməsi məsələsinin Nəsimi Rayon İcra Hakimiyyətində komissiyada müzakirə edilməsi ilə bağlı Rövşən Əliyevin dedikləri uydurmadır, yalandır. Birincisi, yalnız dövlət ehtiyacları üçün evlər sökülərkən və ya alınarkən işə komissiyada baxılır. Pilot Layihədə komissiyada işə baxılması halı yoxdur, tam səlahiyyət söküntüyə icazə verilmiş şirkətlərə aiddir. Əgər mənzilin sökülməsi məsələlərinə komissiya baxırdısa onda Rövşən Əliyevin şirkət rəhbərliyinin yanında nə işi var idi. Bunlar tamamilə uydurulmuş ssenarilərdir və heç bir əsası yoxdur. İkincisi Cavabdeh və onun oğlu Rövşən Əliyevlə şirkət arasında hər hansı mübahisə olmayıb ki, bu icra hakimiyyətində və yaxud hansısa dövlət qurumunda müzakirə edilsin. Rövşən Əliyev evin onlara qeydiyyatla məxsus olduğunu demiş, arayış gətirmiş və onunla mübahisəsiz şəkildə müqavilə bağlanmışdır. Əvvəlki məhkəmə iclaslarında mübahisəli evi keçən əsrin 30-40-cı illərində pul verərək aldıqlarını və mülkiyyətçi olduqlarını bildirsələr də, nə Cavabdeh Ağa oğlu, nə də onun nümayəndəsi və oğlu Rövşən Əliyev heç bir sənəd təqdim edə bilməmişdir. Əgər ev onlarındırsa nəyə görə Mustafayev Ariflə məhkəmə mübahisələri vardır. İddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizə əsassızdır. Birincisi, bu müqavilə əhəmiyyətsiz əqddir, çünki müqavilənin məzmununa da nəzər yetirdikdə görünür ki, Cavabdeh Ağa oğlu əmlakın İddiaçı MMC-yə təhvil verilməsi və sökülməsinə sərəncam vermişdir, halbuki onun həmin əmlaka sərncam vermək səlahiyyəti olmayıb, yəni müqavilə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. İkincisi, X3 iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4391/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən, 106 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilmişdir, sonuncu dəfə AR Ali Məhkəməsi (sədrlik edən hakim Əsəd Mirzəliyev) 2019-cu ilin aprelində etibarsızlıqa bağlı qətnaməni ləğv etmiş və Arif Mustafayevin belə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Yəni iddia müddətinin axımı 2019-cu ilin aprelindən başlandığını nəzərə alsaq, iddia müddəti ötürülməmişdir, çünki iddia 2020-ci ilin əvvəlində verilmişdir. Odur ki, iddia müddəti hətta bu əsasa görə verilmiş olsa belə ötürülməmişdir. Üçüncüsü, AR Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, “şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir’'. İş materiallarında olan X2 iddiası üzrə məhkəmə qərarlarından görünür ki, İddiaçı MMC-nin həmin müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar subyektiv hüququnun olması məsələri 2019-u ilin aprel ayında müəyyən edilmişdir, hətta o zamana qədər bu subyektiv hüququn iddiaçı X6 məxsus olması mübahisəsiz olmuşdur. Beləliklə, əqdin etibarsız sayılmasına dair iddia vermək üçün müddətn axımı İddiaçı MMC üçün 2019-cu ilin aprel ayında başlamışdır. Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan müqavilədə ən azı subyektiv tərkib əlaməti pozulmuşdur, yəni bu müqaviləni Cavabdeh tərəfindən bağlamaq səlahiyyəti olmamışdır, yəni Cavabdeh həmin evə dair sərəncam vermək hüququ olmamışdır. Hazırkı vəziyyətdə hər iki müqavilənin, yəni İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə, eləcə də İddiaçı MMC ilə Mustafayev Arif arasında bağlanmış müqavilənin eyni anda icrası da qeyri-mümkündür. Çünki bir mənzil iki şəxsə verilə bilməz, şirkət tərəfindən mənzil məhkəmə qərarlarına uyğun olaraq Mustafayev Arifə verilib, Cavabdeh isə həmin mənzildən istifadə hüququ varsa, köçüb ondan istifadə edə bilər. Amma hər ikisinə eyni mənzilə dair mülkiyyət hüququnun gələcəkdə tanınmasına dair müqavilə verilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi etibarsız əqdləri “əhəmiyyətsiz əqd” və “mübahisə edilən əqd” adlı iki əsas qrupda birləşdirir (m. 337,1/2-ci cümlə). AR MM-nin 337.2-ci maddəsinin 1-ci cümləsinin və 337.3-cü maddəsinin göstərişindən aydın olduğu kimi, əhəmiyyətsizlik mübahisə edilənliyə münasibətdə daha ağır bir sanksiyadır. AR MM- in 337.2-ci maddəsinin 1-ci cümləsi mübahisə edilən əqdin mübahisə edildiyi halda, bağlandığı andan etibarsız olmasını nəzərdə tutur; başqa sözlə, bu cür əqd bağlandığı andan etibarlıdır, lakin mübahisə edilərsə, onda digər şərtlərin də mövcudluğu halında, bağlandığı andan etibarsız olacaqdır. Bu etibarsızlıq növünün əsas cəhəti, qüsurlu əqdin tam şəkildə etibarsız hala gəlməsi üçün, pozulan etibarlılıq şərti ilə qorunan tərəfə əqdi mübahisələndirmək hüququnun tanınmasıdır. Əgər əqd normal (yəni məzmununa uyğun) nəticələri əmələ gətirməyə qəti olaraq əlverişsizdirsə, əhəmiyyətsizdir. Başqa sözlə, bu halda, əqdin mübahisələndirilməsinə ehtiyac yoxdur; əqd mübahisə edilsə də, edilməsə də, bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə iclasında alınmış izahatlar, verilmiş suallara cavabların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki,məhkəmənin icraatında olan İddiaçı MMC-nin iddia ərizəsində göstərilib ki, guya o, cavabdeh İddiaçı MMC-yə yalnış məlumat vermiş, onları aldatmış, evin mülkiyyətçisi barədə məlumatı gizlətdiyinə görə xx xxx 2018-ci il tarixdə yalnışlıqla müqavilə bağlanmış və ona əsassız yerə mənzil verilmək öhdəliyi götürmüşlər. Həmçinin qeyd etmişlər ki, onunla şirkət arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqavilə etibarsız hesab olunması barədə qətnamə qəbul olunsun. Deməlidir ki, o, 1947ci ildə Nəsimi rayonundakı Salatın Əsgərova küçəsi 106-da qeydiyyatdaya olub ailəsilə birlikdə 2018-ci ilin mayınadək (mənzil sökülənədk) orada yaşamışdır. 70 ildən çoxdur ki, həmin ünvanda pasport qeydiyyatındayıq və mənzilin bütün xərcləri, habelə kommunal ödənişləri adlarına gəlmişdir. 2017-ci ilin sonlarında Nəsimi rayonu Salatın Əsgərova küçəsinə İddiaçı MMC tikinti şirkətinin nümayəndələri gələrək bildirmişlər ki, sözügüdən kvartalı şirkətləri tərəfindən “Pilot” layihə proqramına uyğun olaraq evləri söküb yerində hündürmərtəbəli binalar tikəcəklər. Şirkət ərazidə yaşayan sakinlərə kirayə pulu ödəməklə, həmçinin yeni binadan köhnə evlərinin sahələrindən 20% artıq olmaqla təmirli mənzillərlə təmin edəcəkləri barədə vədlər verdilər. Söhbət zamanı tikinti şirkətinin vəzifəli şəxsi Nicat Sadıqova izah etmişdir ki, 1940-ci illərdə həyət evi Arif Mustafayevin atasına onun atası tərəfindən satılmışdır. Lakin həyət satılarkən şifahi razılaşmaya görə onun yaşadığı ev satılmamışdır. Arif Mustafayev 1999-cu ildə öz yaşadığı evi satıb oradan çıxmışdır, lakin həyətdə mülkiyyət payını saxlamışdır. 2018-ci ilin yanvar ayında ərazidə köçürülmə prosesi başlayarkən X1muş, S.Əsgərova küçəsi 106 saylı mülkdə onun 4\1 payının olmasını, tikiləcək binadan mənzil tələb etdiyini Nicat Sadıqova bildirmişdir. O, bütün bunları Nicat Sadıqova bildirdikdən sonra, o da ona 70 ildən çox müddətdə qeydiyyatda olduğu və yaşadığı mənzilin əvəzində kompensasiya kimi tikiləcək binadan təmirsiz və kirayə pulu ödənilmədən mənzil verə biləcəyini, eyni zamanda Arif Mustafayevi də mənzillə təmin edəcəyini bildirmişdir. O da bu təkliflə razılaşmışdır. Sonra notariat qaydada yaşadığı mənzilin şirkət tərəfindən sökülməsinə etiraz etməməyi barədə özünün və ailə üzvlərinin ərizələrini Nicatın tələbiylə sonuncuya təqdim etmiş, sonra da şirkət tərəfindən müqavilə hazırlanmışdır, hətta xx xxx 2018-ci il tarixli, 126 saylı Müqavilədə o, qarşı tərəf kimi mülkiyyətçi kimi deyil, məhz mənzildə “xxxxxxxxxxxxxxxxxxx” şəxs kimi qeyd olunmuşdur. Daha sonra Nicat Sadıqov MMC-nin direktoru Fərid Xəlilinin adından Arayış təqdim etmiş, arayışda gələcəkdə İddiaçı MMC-nin verilmiş mənzilə dair heç bir iddia və tələbləri olmayacaqlarını qeyd etmişlər. (Sənədlər əlavə olunur). Bundan sonra şirkət tərəfindən aldadılan A.Mustafayev məhkəməyə müraciət edərək şirkətin onunla bağladığı müqavilənin ləğv olunmasını tələb etmiş və tikiləcək binadan mənzilin ona verilməsini tələb etmişdir. Təxminən 2018-ci ilin oktyabr ayında məlum olmuşdur ki, A.Mustafayevin iddiası əsasında İddiaçı MMC-nin onunla mənzilin olan Müqaviləsi Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyevin qərarı ilə etibarsız hesab olunmuş və həmin mənzil təmir edilərək Arif Mustafayevə verilməsi tapşırılmışdır. O da Nəsimi rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarları ilə onların şikayətlər təmin edilərək İddiaçı MMC ilə aralarında 60 kvadrat metr təmirsiz mənzilin verilməsi barədə xx xxx 2018-ci il tarixli, 126 saylı Müqavilə etibarlı hesab olunmuşdur. Nəticədə İddiaçı MMC Cavabdeh tikiləcək binadan mənzilin verilməsi və 24 ayın tamamında mənzil təhvil verilməzsə hər gecikdirilmiş ay üçün 400 manat məbləğində kirayə haqqının verilməsi kimi öhdəlik qoymuşdur. Qərarlar qanuni qüvvəyə minmişdir. Bütün bunlara baxmayaraq, hazırda İddiaçı tikinti şirkəti öz cinayətkar əməllərindən əl çəkməyərək, onları küçəyə atıb, qanunsuz yollarla evləri almağa cəhd edirlər. İddiaçı MMC iddia edir ki, guya o, onları aldatmış və onunla səhvən müqavilə bağlamışlar, onlar guya X7 barədə məlumatları olmamışdır. Şirkət yalanı ilə, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər. İddiaçı MMC və onun vəzifəli şəxslərinin yalanları aşağıdakılarnan tam sübut olunur: Birinicisi, qeyd olunmalıdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan mənzil müqaviləsində cavabdeh “mülkiyyətçi” kimi deyil S.Əsgərova 106 ünvanda “xxxxxxxxxxxxxxxxxxx” tərəf kimi qeyd olunub. Əgər şirkəti aldatmaq niyyətləri olsaydı, müqavilədə tərəf kimi “mülkiyyətçi” göstərilərdi. İlk gündən İddiaçı MMC-nin vəzifəli şəxsləri Nicat bildirmişdir ki, onların mənzilə qeydiyyatları və yaşamaq hüquqları olmuş və bunun əvəzində kompensasiya kimi tikiləcək binadan 60 kv/m mənzil veriləcəyinə razı olmuşlar. Tikinti şirkəti onlara yalan və iftira atmaqla məşğuldur. İkincisi, əgər o, özünü mənzilin mülkiyyətçisi kimi təqdim etsəydi, digər sakinlərə təmirli və kirayə haqqı ödənilməsi göstərildiyi halda, hansı səbəbə İddiaçı MMC kompensasiya kimi verəcəyi 60 kvm məzilin müqaviləsində ona mənzili təmirsiz və kirayə haqqı ödənilmədən qeyd etmişdir. Çünki şifahi danışıqlarda MMC-nin vəzifəli şəxsi olan Nicat Sadıqov onlara veriləcək kompensasiya şəklindəki mənizili təmirsiz olacağını, kirayə pulunun da 24 ay verilməyəcəyi şərtini qoymuşdur, onlar da məcbur şərtlərlə razılaşmışlar. Üçüncüsü, "İddiaçı“ MMC-nin qeyri-rəsmi “idarə edənlərdən” Nicat Sadıqovla oğlunun arasındakı "wotsap” yazışmasından da görünür ki, Nicat Sadıqov öz isitafəsində olan ***-***-**-** mobil nömrəsindən xx xxxxxx 2018 tarixdə, yəni onlarla mənzil müqaviləsi bağlamamışdan əvvəl, (müqavilə 2018 mayda bağlanıb) Əmlak məsələləri Dövlət Komitəsindən alınmış Əmlakın yüklülüyünə dair arayışın şəklini çəkib göndərmiş və arayışda açıq aydın əmlakın mülkiyyətçiləri barədə qeyd vardır. Bir daha sübut olunur ki, Şirkət nümayəndələri əmlakda payı olan Arif Mustafayev barəsində ətraflı məlumatı olmuşdur. (Yazışma əlavə olunur) öz yalanlarının üstünü elə özləri açırlar. Dördüncüsü, İddiaçı MMC-nin vəzifəli şəxsi Nicat Sadıqov, habelə Nəsimi rayon İcra hakimiyyətinin Pilot layihə üzrə sakinlərin ərazidən köçürülməsi üzrə Komissiyasının səlahiyyətli nümayənədələri, Şirkətin Ofisində onlar danışıqlarda əvvəldən sona kimi iştirak etmişlər, danışıqlar zamanı Nicat Sadıqov yaşadığı mənzilin əvəzində 75 min manat pul və ya tikiləcək binadan təmirsiz 60 kvm mənzil verə biləcəyini komissiya üzvlərinin yanında bildirmişdir. Nəticədə təmirsiz mənzillə razılaşmışlar. Komissiyanın məsul üzvü “Bəybala” adlı şəxs təsdiq edə bilər. Beşincisi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli Qanuni qüvvəyə minmiş Qərarını mübahisələndirmək əsassızdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Altıncısı, MMC-nin direktoru Fərid Xəlilinin adından onlara Arayış təqdim olunmuş, arayışda gələcəkdə İddiaçı MMC-nin verilmiş mənzilə dair heç bir iddia və tələbləri olmayacaqlarını qeyd etmişlər. Açıq-aydın arayışdan görünür ki, şirkətin rəhbəri gələcəkdə mənzilə dair iddia hüquqlarını imperativ qaydada məhdudlaşdırmışlar. Hazırda şirkətin iddia ilə məhkəmədə çıxış etməsi özü qanunsuzdur, onların mənzilə dair heç bir iddiasına baxıla biməz! Digər tərəfdən isə qeyd etməlidir ki, İddiaçı MMC-nin Nəsimi rayon Məhkəməsinə İddia tələbinə məhkəmədə baxılması Qanunla da yolverilməzdir. Çünki İddiaçı MMC mülki qanunvericilikdə imperativ qaydada nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə iddia ilə müraciət edərək, onların cavabdeh tərəfindən aldadılmasını, sonuncunun guya özünü mənzilin mülkiyyətçisi kimi təqdim etməsi barədə yalan iddia tələbi qoymuşlar. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində əqdi mübahisəndirə bilər. Belə ki, İddiaçı MMC-nin hüquqşünası Vəkil1 xx.xx.2018-ci il tarixdə Nəsimi rayon məhkəməsində iddiaçı Arif Mustafayevin mülki işinə baxılmasında tərəf qismində iştirak etmiş və işin hallarını hərtərəfli bilmiş, hətta məhkəməyə xx.xx.2018 tarixli 126 saylı Cavabdehlə bağlanmış müqavilənin surətini təqdim etmişdir. Beləliklə, İddiaçı MMC 1 il 5 ay keçdikdən sonra 2020-ci il fevral ayında məhkəməyə mülki iddia ilə müraciət etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu səbəbdən İddiaçı MMC tərəfindən Nəsimi rayon məhkəməsinə verilmiş iddia ərizəsinə baxıla bilməz. Xüsusi qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. X20 Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “X11 şikayəti ilə əlaqədar Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmçinin göstərilmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər iddia müddətləri daxilində mümkündür. Bundan əlavə, həmin qərarda o da qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2013-cü il tarixli qərarı). Bütün yuxarıda qeyd olunan dəlilləri və qanuni əsasları nəzərə alaraq İddiaçı MMC-nin hazırkı əsassız və qanunsuz iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, İddiaçı Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli, 126 saylı müqavilədən görünür ki, Cavabdeh həmin Müqaviləyə əsasən istifadəsində olan ünvan 2 ünvanında yerləşən 41 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50,0 kv.m dən ibarət yaşayış sahəsini sökülmək üçün üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən Cavabdeh istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcəcək mənzilin 50,0 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20% əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 kv.metr, təmirsiz mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4391/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, cavabdeh İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC tərəfindən ünvan 4 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzilin iddiaçı X6 təhvil verilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması, cavabdeh İddiaçı MMC-yə ünvan 4 ünvanda yerləşən mənzilin söküldüyü xx xxx 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X6 hər ay üçün 400 (dörd yüz) manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8698/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxs Cavabdeh və X5 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)- 4391/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin “İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7608/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı MMC-nin direktoru Fərid Xəlilinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu ii tarixli qətnaməsi dəyişdirilərək qətnamənin “qət etdi” hissəsinə “Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi İddiaçı MMC ilə Cavabdeh Ağa oğlu arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözlərinin əlavə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “İddiaçı" MMC-nin direktoru Fərid Xəlili tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, “İddiaçı" MMC Cavabdeh Ağa oğluna “İddiaçı" MMC tərəfindən kompensasiya şəklində Salatın Əsgərova küçəsində inşası nəzərdə tutulmuş binanın 10cu blok, 9-cu mərtəbəsində 60,0 kv.metr təmirsiz mənzili təhvil verməyi öz üzərinə götürür. Gələcəkdə “İddiaçı" MMC tərəfindən həmin mənzilə dair hər hansı bir iddia və tələbi olmayacaqdır. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11695/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X8, Cavabdeh və Əliyev Rövşən Əli oğlu tərəfindən verilmiş Apelyasiya şikayətinin apelyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdehtər X8, Cavabdeh və Əliyev Rövşən Əli oğluna qarşı “cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından güründüyü kimi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 126 saylı müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzili sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı isə ünvan 3 ünvanında yerləşən Cavabdeh istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 kv.metr olan hissəsinə nəzərdə tutulmuş 20% əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 kv.metr, təmirsiz mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8698/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7608/2019 saylı qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4391/2018 nömrəli qətnaməsi İddiaçı MMC ilə Cavabdeh Ağa oğlu arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən xüsusatlar işin mübahisələndirilməyən hallarına aiddir. Hazırda iddiaçı mübahisə predmeti olan xx.xx.2018-ci il tarixli, 126 saylı müqavilə bağlanarkən cavabdeh tərəfindən aldadıldığını, evin əsl mülkiyyətçisi kimin olduğu barədə malumatın gizlədildiyini bildirərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edirki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmununa görə “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının məhz xx.xx.2018-ci il tarixli, 126 saylı müqavilənin bağlanması məqsədi ilə aldadılması barədə dəlil öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə baxışı zamanı iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən, mübahisəli müqavilə bağlanan zaman Cavabdeh özünü “evin mülkiyyətçisi” kimi yox, xxxxxxxxxxxxxxxxxxx şəxs kimi təqdim etdiyi müəyyən edilmişir. Cavabdehin ünvan 5 ünvanında yerləşən evdən istifadə hüququna malik olması isə iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 11695/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, ünvan 6 ünvanında yerləşən evin əsl mülkiyyətçisinin kim olduğu barədə məlumatın cavabdeh tərəfindən gizlədildiyinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləlikləməhkəmənin qənaətinə görə, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından mübahisənin predmeti olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 126 saylı müqavilə iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi halı istisna edilir. Belə olan halda məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2091/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2091/2020
16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver