Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-210/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı “xxxx” MMCnin Cavabdeh qarşı «kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması tələbinə dair» ilkin; iddiaçı Cavabdeh “xxxx” MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddia ərizələrinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat məbləğində borcun; 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat məbləğində borcun; 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu; cəmi 84044.65 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 12.10.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsini, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsini və 20.10.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsini ləğv edərək, 55 faiz olmaqla hər ay qanunsuz hesablanaraq, həmin kredit müqavilələri üzrə əsas məbləğ və faiz olaraq düzgün hesablanaraq çıxılmamış 12.10.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış əsas borc 14535.42 manat, faiz borcu 6993.07 manat, ümumilikdə 21528.49 manat, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış 24146.81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34861.54 manat və 20.10.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış əsas 19304.37 manat, faiz borcu üzrə 8350.25 manat olmaqla ümumilikdə 27654 manat, cəmi 84044.65 manat məbləğində borcun əsas məbləğlər və şişirdilərək yazılmışfaiz məbləğləri həmin müqavilələrə görə bağlanılmış 12.10.2017-ci il tarixli ******* saylı, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı və 20.10.2017-ci il tarixli 796/SM-17 saylı girov müqavilələri üzrə qızıl əşyalarının dəyəri hesablanılmaqla mənə artıq hesablanmış əsas və faiz olaraq borc məbləğlərinin çıxılaraq, adından tamamilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “xxxx” MMC ərizə ilə məhkəməyə müraicət edərək, ərizənin baxılmamış saxlanılmasına dair Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. “xxxx” MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə 21235.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə 34374.82 manat, 20 oktyabr 2017-ci il tarixli, 796/ŞM-17 saylı kredit müqaviləsi üzrə 27265.51 manat olmaqla ümumilikdə 82875.82 manat məbləğində borcun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı kredit və ******* saylı girov müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 12 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 30.000 manat məbləğində, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı kredit və 776/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 16 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 50.000 manat məbləğində, 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit və 796/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 20 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 40.000 manat məbləğində kredit verilmiş, həmin müqavilələrə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1” qrafiki tərtib edilmiş və Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə hər ay 3305.69 manat, 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 saylı saylı kredit müqaviləsi üzrə hər ay 5509.48 manat, 20 oktyabr 2017-ci il tarixli 796/SM-17 saylı saylı kredit müqaviləsi üzrə isə hər ay 4407.58 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərinə vaxtında və lazımi şəkildə əməl etməmiş, nəticədə, “xxxx” MMC-yə 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat, 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hər üç müqavilə üzrə birlikdə borcu cəmi 84044.65 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, “xxxx” MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. Azərbaycan Respublikası DİN-in BPMQİ-ni MAPS şöbəsinin 30 may 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı və 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit müqavilələrinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 55%-lə hesablanır. Beləliklə, yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə 21528.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə 34.861,54 manat, 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə 27.654 manat, ümumilikdə 84044.65 manat məbləğində borc, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənilməlidir. Bu səbəbdən “xxxx” MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.10.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 12.10.2018-ci il tarixinədək illik 55 faizlə 30000 manat məbləğində, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 16.10.2018-ci il tarixinədək illik 55 faizlə 50000 manat məbləğində və 20.10.2017-ci il il tarixli 796/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 20.10.2018-ci il tarixinədək illik 55 faizlə 40000 manat məbləğində kredit müqavilələri bağlanılmış, müqavilələrə uyğun ******* saylı, 776/SM-17 və 796/SM-17 saylı girov müqavilələri bağlanılmış və həmin müqavilələrə uyğun 3305.69 manat, 5509.48 manat və 4407.58 manat pullar ödənilməli idi. Cavabdeh təşkilatın bildirməsinə görə Cavabdeh 12.10.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat, 16.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat, 20.10.2017-ci il il tarixli 796/SM-17 saylı kredit müqaviləsi üzrə əsas 19.304,37 manat, faiz borcu üzrə 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat, ümumilikdə 84044.65 manat məbləğində borcun olmasını bildirərək bu pulları Cavabdeh tələb edir. Müqavilələr qanundan kənar bağlanılmış, Mərkəzi Bankın müəyyən etdiyi normalardan kənara çıxmaqla analoqu olmayan faizlər Cavabdeh yazılmaqla, Cavabdeh vəziyyətini ağırlaşdırmaqla bağlanıldığından 12.10.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi və 20.10.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi ləğv edilərək həmin kredit müqavilələri üzrə düzgün çıxılmamış əsas məbləğlər və şişirdilərək yazılmış faiz məbləğləri silinməlidir. Həmçinin həmin müqavilələrə görə bağlanılmış 12.10.2017-ci il tarixli ******* saylı, 16.10.2017-ci il tarixli 776/SM-17 saylı və 20.10.2017-ci il tarixli 796/SM-17 saylı girov müqavilələri üzrə qızıl əşyalarının dəyəri hesablanılmaqla hesablanmış borc məbləğləri Cavabdeh adından tamamilə silinməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı kredit və ******* saylı girov müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 12 oktyabr 2018-ci il tarixədək illik 55%lə 30.000 manat məbləğində, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı kredit və 776/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 16 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 50.000 manat məbləğində, 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit və 796/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 20 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 40.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2021-ci il tarixli 9/4532 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı və 20 oktyabr 2017-ci il tarixli, 796/Şm -17 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh BOKT “xxxx” MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə 01.01.2020-ci il tarixə əsas kredit borcu – 20520,54 manat, faiz borcu – 5933,13 manat; 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi üzrə 01.01.2020-ci il tarixə əsas kredit borcu – 36.423,11 manat, faiz borcu – 7612,06 manat; 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit müqaviləsi üzrə 01.01.2020-ci il tarixə əsas kredit borcu – 29.134,95 manat, faiz borcu – 5806,11 manat”. İşdə olan, “xxxx” MMC tərəfindən verilmiş 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, 10 fevral 2020-ci il tarixinə kredit borcunun əsas ödənilməli olan hissəsi 14.242,42 manat, qrafik üzrə hesablanmış faiz 6.993,07 manat olmaqla, cəmi 21.235,49 manat MMC qarşısında borcu mövcuddur. İşdə olan, “xxxx” MMC tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, 10 fevral 2020-ci il tarixinə kredit borcunun əsas ödənilməli olan hissəsi 23.660,09 manat, qrafik üzrə hesablanmış faiz 10.714,73 manat olmaqla, cəmi 34.374,82 manat MMC qarşısında borcu mövcuddur. İşdə olan, “xxxx” MMC tərəfindən verilmiş 20 oktyabr 2017-ci il tarixli 796/ŞM-17 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin qarşısında 20 may 2021-ci il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, 20 may 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi 18.915,26manat əsas ödənilməli olan, qrafik üzrə hesablanmış faiz 8.263,02 manat, uçot faiz dərəcəsi ilə hesablanmış 87,23 manat olmaqla, cəmi 27.265,51 manat MMC qarşısında borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” MMC ilə ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı kredit və ******* saylı girov müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 12 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 30.000 manat məbləğində, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı kredit və 776/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 16 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 50.000 manat məbləğində, 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit və 796/SM-17 saylı girov müqaviləsinə əsasən 12 ay müddətinə 20 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 40.000 manat məbləğində kredit verilmiş, həmin müqavilələrə əsasən kreditin və faizin ödənilməsinə dair “Forma-1” qrafiki tərtib edilmiş və Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə hər ay 3305.69 manat, 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 saylı saylı kredit müqaviləsi üzrə hər ay 5509.48 manat, 20 oktyabr 2017-ci il tarixli 796/SM-17 saylı saylı kredit müqaviləsi üzrə isə hər ay 4407.58 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərinə vaxtında və lazımi şəkildə əməl etməmiş, nəticədə, “xxxx” MMC-yə 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat, 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hər üç müqavilə üzrə birlikdə borcu cəmi 84044.65 manat təşkil edir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilkin iddia təmin edilməli, Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə borcu hal-hazırda əsas borc 14242,42 manat, faiz borcu 6993,07 manat olmaqla, cəmi 21235.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 23.660,09 manat, faiz borcu 10717,73 manat olmaqla, cəmi 34374.82 manat, 20 oktyabr 2017-ci il tarixli, 796/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 18915,26 manat, faiz borcu 8263,02 manat, uçot faiz dərəcəsi ilə hesablanmış 87,23 manat, cəmi 27265.51 manat olmaqla üç müqavilə üzrə cəmi 82875,82 manat (səksən iki min səkkiz yüz yetmiş beş manat səksən iki qəpik) məbləğində borc tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İddiaçı Cavabdeh “xxxx” MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə hesab edir ki, Cavabdeh öz iddiasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən qarşılıqlı iddiasını əsaslandırmamışdır. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Odur ki, qarşılıqlı iddia tam əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı «kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması tələbinə dair» ilkin iddia təmin edilsin. Cavabdeh 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə borcu hal-hazırda əsas borc 14242,42 manat, faiz borcu 6993,07 manat olmaqla, cəmi 21235.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 23.660,09 manat, faiz borcu 10717,73 manat olmaqla, cəmi 34374.82 manat, 20 oktyabr 2017-ci il tarixli, 796/ŞM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 18915,26 manat, faiz borcu 8263,02 manat, uçot faiz dərəcəsi ilə hesablanmış 87,23 manat, cəmi 27265.51 manat olmaqla üç müqavilə üzrə cəmi 82875,82 manat (səksən iki min səkkiz yüz yetmiş beş manat səksən iki qəpik) məbləğində borc tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulsun. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülsün. İddiaçı Cavabdeh “xxxx” MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-210/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-210/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver