Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2116/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və övladı xx.xx.2000-ci il təvəllüdlü X12 hazırda ünvan 1 ünvanında yerləşən evdə pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayırlar. xx.xx.2000-ci il təvəllüdlü X7 “Serebral iflic, USİ tetraplegik forma, spastik tetraplegiya, hər iki diz oynağının kontrakturası, yerimə bə dayaq funksiyasının pozulması; barmaq(-ların) deformasiyaları, ayaq barmaqlarının deformasiyası; hərəkətin və yerişin pozulmaları; dəqiqləşdirilməmiş demensiya, MSS-nin üzvü xəstəliyinin (USİ) qalıq əlamətləri nəticəsində ağıl zəifliyi və tetraplegik forma” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat sənədinə əsasən X7 müddətsiz “birinci dərəcə əlillik” təyin edilmişdir. X2 əziyyət çəkdiyi xəstəliyə görə özünü idarə etmə qabiliyyəti yoxdur, həmçinin müalicəsi dövründə başqa əhəmiyyətli qərar qəbul edə, hüquqlarından istifadə edə, hətta müstəqil hərəkət edə bilmir. X5 mənafeyi naminə qəyyumun təyin edilməsi olduqca əhəmiyyətlidir və köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla yardıma ehtiyacı var. Ərizəçi övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün başqa yolu qalmadığından, o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, müvafiq rəyi nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında İ-AZ seriyalı 139527 nömrəli şəhadətnamədən görünür ki, X12 xx.xx.2000-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, atası X8, anası X9r. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-142-04 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, X8 ilə X13 arasında olan nikahın ləğv edilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ-İ seriyalı 095516 nömrəli şəhadətnamədən görünür ki, X4 X13 ilə olan nikahı ləğv edilmiş, bu barədə xx.xx.2004-cü il tarixdə 20 nömrəli qeyd edilmiş, nikah ləğv olunduqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. Nikah haqqında AZ-İİ seriyalı 128061 nömrəli şəhadətnamədən görünür ki, X10 ilə X11 nikahı 3 saylı Bakı ASAN “Xidmət mərkəzi” qeydiyyat şöbəsində 01 iyun 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2039 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, doğum tarixi xx.xx.2000-ci il olan X7 diaqnoz qrafası qarşısında: “Serebral iflic, USİ tetraplegik forma. Spastik tetraplegiya, hər iki diz oynağının kontrakturası, yerimə və dayaq funksiyasının pozulması. Barmaq(-ların) deformasiyaları, ayaq barmaqlarının deformasiyası. Hərəkətin və yerişin pozulmaları, yerimə və dayaq funksiyasının pozulması. Dəqiqləşdirilməmiş demensiya, MSS-nin üzvü xəstəliyinin (USİ) qalıq əlamətləri nəticəsində ağıl zəifliyi və tetraplegik forma”, əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafası qarşısında: “Birinci dərəcə əlillik”, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti qrafası qarşısında: müddətsiz, əlillik səbəbi ümumi xəstəlik” qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5891/2018 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, X3 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq 05 aprel 2000-ci il təvəllüdlü X1 üçün Ərizəçi verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 217 nömrəli arayışında qeyd edilmişdir ki, Ərizəçi oğlu - 2000-ci il təvəllüdlü X12 ilə birlikdə 3-cü Alatava küçəsi, 71 ünvanında özbaşına tikilidə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. İş üzrə xx.xx.2000-ci il təvəllüdlü X5 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə stasionar-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 xx.xx.2024-cü il tarixli 1494 nömrəli rəyindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X6 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X12 onda müəyyən edilən “uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Ərizəçi X12 ilə birgə nikahından xx.xx.2000-ci il təvəllüdlü X12 adında övladı olmuşdur. Hazırda ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X7 müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi “ümumi xəstəlik”, “Serebral iflic, USİ tetraplegik forma. Spastik tetraplegiya, hər iki diz oynağının kontrakturası, yerimə və dayaq funksiyasının pozulması. Barmaq(-ların) deformasiyaları, ayaq barmaqlarının deformasiyası. Hərəkətin və yerişin pozulmaları, yerimə və dayaq funksiyasının pozulması. Dəqiqləşdirilməmiş demensiya, MSS-nin üzvü xəstəliyinin (USİ) qalıq əlamətləri nəticəsində ağıl zəifliyi və tetraplegik forma” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 xx.xx.2024-cü il tarixli 1494 nömrəli rəyində xx.xx.2000-ci il təvəllüdlü X6 “uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” müəyyən edilir. X12 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2000-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Eyni zamanda, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırki qətnamə X12 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2116/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2116/2024
01.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver