Məhkəmə qərarları › İş №2(006)-2122/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2122/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2122/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, "xxxx" ASC-nin əməkdaşı tərəfindən tərtib edilmiş 010532 akt əsasında hesablanmış cərimə məbləğinin qeyri-qanuni hesab edərək ləğv edilməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasında İddiaçı mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi.

4. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 mülki işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəmənin icraatında eyni iddiaçının eyni cavabdehə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair 2(006)-2081/2025 nömrəli mülki iş üzrə iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.

Əsaslandırıcı hissə:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

7. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2122/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2081/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(006)-2081/2025 nömrəsi verilməlidir.

Nəticə:

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2122/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2081/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)-2081/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar