Məhkəmə qərarları › İş №2(006)-2123/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2123/2020

04.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2123/2020 04.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı son illərdə ağır formada şəkər və digər xəstəliklərdən əziyyət çəkdiyi üçün artıq işləyə bilmədi. Bu səbəbdən də oğluna taksi fəaliyyəti ilə məşğul olub, onları dolandırması üçün avtomobil almaq istədi. Avtomobilin alınması üçün isə onlara təxminən 5800 ABŞ dolları pul lazım idi. İddiaçı bu səbəbdən tanışı İbrahim Əliyevə müraciət edərək, ona həmin pulun əldə edilməsində kömək etməsini xahiş etdi. İbrahim Əliyev hazırki iş üzrə Cavabdeh1 uzun illərdən bəri tanıdığını, onun bu işdə ona kömək edə biləcəyini bildirdi. Onlar Cavabdeh1 ilə görüşən zaman o, iddiaçıya 5800 ABŞ dolları məbləğində pulu verə biləcəyini, bunun üçün mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsini ipotekaya qoymağını təklif etdi. İddiaçı razılaşdıqdan sonra Cavabdeh1 Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun müdiri ilə yaxın dost olduqlarını, bu səbəbdən də sənədləşmə işlərində hər- hansı bir maneə yaradılmaması üçün müqavilələri həmin notariat orqanında bağlayacağını bildirdi. Onlar 13 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoruna getdilər və elə həmin gün Cavabdeh1 ilə iddiaçı arasında 13 dekabr 2017-ci il tarixli, 3M/1248 reyestrli kredit müqaviləsi və həmin kredit müqaviləsinin təminatı olaraq 13 dekabr 2017-ci il tarixli, 3M/1249 reyestrli ipoteka müqaviləsi imzalandı. Lakin həmin müqavilələri imzalayarkən iddiaçının göz eynəyi üzərində olsa da, gözü artıq çox zəif gördüyü üçün yazılanları bulanıq gördüyündən sadəcə ona göstərilən yerlərə imza atdı. Həmin vaxt iddiaçı Cavabdeh1 şifahi razılaşmada nəzərdə tutulmuş 5800 ABŞ dolları məbləğində pulu götürdü, lakin iddiaçı həmin vaxt kredit müqaviləsində Cavabdeh1 tərəfindən ona 12.235 ABŞ dollarının verilməsini nəzərdə tutan bəndi görmədi. Həmçinin, iddiaçı həmin vaxt Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli, 3 M/1249 reyestrli ipoteka müqaviləsində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsinin 21.000 manat dəyərində qiymətləndirilməsi barədə bəndi də görmədi. Belə ki, həmin qeyriyaşayış sahəsinin bazar qiymətinin hər kvadrat metrinin qiyməti 5000-6000 manat arasında dəyişmiş, təxmini dəyəri 55.000-60.000 manat arası olmuşdur. Lakin Cavabdeh1 notarat orqanının müdiri x4 ilə əlbir olub, saxtakarlıq edərək qeyri-yaşayış sahəsini bazar dəyərindən 4-5 dəfə aşağı qiymətə qiymətləndirmiş və ipoteka müqaviləsində qeyd etmişlər. Hər iki müqavilənin imzalanması və pulun iddiaçıya verilməsi zamanı 4 nəfər, notariat orqanın işçisi, İbrahim Əliyev, Cavabdeh1 və Əhməd Cəfərov iştirak etmiş və notariat orqanın müdiri x4 isə öz imza və möhürü ilə həmin müqavilələri təsdiq etmişdir. Həmin vaxt Cavabdeh1 5800 ABŞ dolları məbləğində pulu iddiaçıya verərkən, həmin pulu İbrahim Əliyev təhvil aldı, hələ də həmin pul onda qalmaqdadır. Hazırki vaxtadək Cavabdeh1 tərəfindən iddiaçıya 5800 ABŞ dolları məbləğində puldan başqa hər hansı bir məbləğdə pul verilməyib, sonradan ailə üzvləri kredit və ipoteka müqavilələrini oxuyarkən orada yazılanları iddiaçıya oxuduqları zaman isə iddiaçı aldadıldığını başa düşmüşdür. İddiaçı bundan sonra dəfələrlə Cavabdeh1 ilə əlaqə saxlamaq istədi, lakin o, iddiaçı ilə görüşməkdən boyun qaçırdı. Bir dəfə baş tutan görüş zamanı isə iddiaçı cavabdehə aldadıldığı üçün məhkəməyə müraciət edəcəyini bildirdi. Cavabdeh isə iddiaçıya borcunun ödənilməsinin dayandırıldığını, ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsi plana gedəcəyi üçün ora sökülən zaman iddiaçıya veriləcək pulla ona olan 5800 ABŞ dolları borcunu həmin vaxt ödəyə biləcəyini bildirdi. İddiaçı da Cavabdeh1 dediyi yalanlara növbəti dəfə aldanaraq onun bu təklifi ilə razılaşdı. Lakin bu yaxınlarda icra məmuru vasitəsi ilə Bakı şəhəri 38 saylı Notariat Ofisinin 16 fevral 2019cu il tarixli icra qeydlərinə əsasən 13 dekabr 2017-ci il tarixli, 3M/1248 reyestrli kredit müqaviləsi üzrə Cavabdeh1 xeyrinə iddiaçıdan 12.235 ABŞ dollarının tutulması, həmçinin 13 dekabr 2017-ci il tarixli, 3M/1249 reyestrli ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Cavabdeh1 tələbi ilə ipoteka qoyana, yəni iddiaçıya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət əmlaka tutmanın yönəldilməsi barədə icra qeydlərinin icraya yönəldildiyini, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin 15.05.2019-cu il tarixə bazar qiymətinin 21.000 manat müəyyən edildiyini, həmin əmlakın qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş qiymətlə açır hərracdan satışa çıxarıldığını, həmin hərracın Azərbaycan Respublikası Respublika Xammal və x7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən təşkil edilən 23.08.2019-cu il tarixli, 54/01 saylı protokolla rəsmiləşdirildiyini, hərrac zamanı Cavabdeh1 iddiaçıya məxsus qeyri-yaşayış sahəsini bazar dəyərindən 4-5 dəfə aşağı qiymətə, 13.000 manata aldığını öyrəndi. Cavabdeh1 ilə iddiaçı arasında bağlanılmış müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun deyil və bu səbəbdən də etibarsız hesab edilmələri üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı Cavabdeh1 ilə ondan 5800 ABŞ dolları məbləğində pulu borc almaq barədə razılığa gəlmiş və aralarında bağlanan kredit müqaviləsini də bu şərtlərlə bağladığını zənn etmişdir. Lakin Cavabdeh1 Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun müdiri İkram Xəlilov ilə əlbir olub iddiaçını aldatmış, iddiaçıya yuxarıda qeyd edilən şərtlərlə kredit və ipoteka müqavilələrinə imza etdirmişlər. İddiaçı belə şərtlər nəzərdə tutan müqavilələr bağlamaq niyyətində olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli, 3M/1248 reyestrli kredit müqaviləsinin və Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 13 dekabr 2017-cı il tarixli, 3M/1249 reyestrli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə, eyni zamanda Cavabdeh1 və Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontorunun müdiri x3 əməllərində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi məhkəmədən xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh1 İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 müharibə əlilidir, kontuziya keçirmiş, əsəbidir. Hər dəfə məhkəmə barəsində eşidəndə xəstəliyi və ağrıları qalxır. Nəticədə həkimə müraciət etməli olur. Cavabdeh1 məcburi həkim məsləhəti ilə əsəblərinin sakitləşməsi üçün müxtəlif müalicə müəssisələrinə getmiş və xeyli miqdarda xərc çəkmişdir. Hazırda da xərc çəkməkdədir. Belə ki, Cavabdeh1 tez-tez özəl xəstəxanalara üz tutur, bahalı dərmanlar alır. Bunlara da xeyli vəsait xərcləmiş olur. Göstərilənlərə əsasən cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 5000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbinin müdafiə edərək, ilkin tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia tələbinə etiraz edərək, ilkin tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 13.06.2018-ci il tarixədək 12235 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarındakı ipoteka saxlayan Cavabdeh1 ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi Cavabdeh1 ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 12.235 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan «Hərracın yekunları barədə» 23 avqust 2019-cu il tarixli, 54/01 №-li protokoldangörünür ki, hərracın təşkilatçısı – «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin direktoru G.Mustafayevailə alıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsinin 13.387,50 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İşin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin İddiaçı ünvanladığı 29.08.2019-cu il tarixli bildirişdən görünür ki, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanında yerləşən ümumi sahəsi 11,4 kv.m olan qeyri-yaşayış sahəsi 23.08.2019-cu il tarixində hərrac vasitəsilə tələbkar Cavabdeh1 Əsgər oğlu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 10.10.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 128 saylı reyestr kitabının 11967 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi ilkin iddia üzrə iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Cavabdeh1 ilə kredit və ipoteka müqavilələri bağlamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır. Bundan əlavə, məhkəmə ilkin iddia üzrə iddiaçının “xüsusi qərardad” çıxarılması ilə bağlı tələbinə qiymət verərək, hesab edir ki, məhkəmə baxışı zamanı bu halların əsaslı olması öz təsdiqini tapmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 manat pul tələb edilsə də, həmin tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «x1rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara görə məhkəmə hesab edir ki, həm ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin, həm də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 38 saylı Notariat Ofisinə və Cavabdeh1 qarşı "kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar