Məhkəmə qərarları › İş №2(006)-2139/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2139/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2139/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı «pul öhdəliyini gecikdirməyə görə pul tələbi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı «pul öhdəliyini gecikdirməyə görə pul tələbi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 61.944 manat 75 qəpik pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət (bank xidməti) haqqının cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə onun və X3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli «xx xxxxxx 2007-ci il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavə»nin etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131.100 manat əmanət məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin məbləğə xx.xx.2012-xx.xx.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106.191 manatın, xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1.769 manat 85 qəpik depozit faizinin, dəymiş mənəvi ziyanın əvəzi olaraq 15.000 manatın «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə müqavilə bağlayaraq illik 19 % hesablanmaqla 60 ay müddətinə 131.100 manat pulu banka adına açılmış 262653 AZN-4725-01 saylı əmanət (depozit) hesabına yerləşdirmişdir. 60 aydan sonra, yəni xx.xx.2012-ci il tarixdə bankdan həmin depozit müqaviləsi üzrə banka qoyduğu pulu hesablanmış 124.545 manat faizi bankdan götürmüşdür. Bankın təklifi əsasında bankla aralarında yenidən razılaşma olmuşdur ki, əsas məbləğ olan 131.100 manatı həmin vaxt «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə 60 ay müddətinə depozitlər üçün illik 16,2 % hesablanmaqla pulu bankda qalmaqla, xx.xx.2007-ci il tarixli depozit müqaviləsinin müddətini yenidən 5 il müddətinə uzatmışlar. Bu səbəbdən də, o, pulu bankdan götürməmişdir və bankla aralarındakı razılaşmaya əsasən xx.xx.2007-ci il tarixli depozit hesabı haqqında müqavilənin müddəti bu dəfə illik 16,2 % olmaqla 60 ay müddətinə uzadılmışdır. 60 ay tamam olandan sonra müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun olaraq banka müraciət etmişdir ki, hesablanmış faizi götürsün. Lakin bu dəfə bankdan ona xx.xx.2017-ci il tarixli məktubla cavab vermişlər ki, guya xx.xx.2007-ci il tarixdə banka yerləşdirdiyi 131.100 manat müddətli əmanəti xx.xx.2007-ci il tarixdə imzalanmış depozit müqaviləsinə əlavəyə uyğun olaraq xx.xx.2007ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X3 tərəfindən götürülmüş kreditin təminatı kimi girov qoyulmuşdur. O, nə X1 tanımış, nə də ki sonuncunun krediti üzrə o, bankda olan pulunun girov qoyulmasına dair xx.xx.2007-ci il tarixli depozit müqaviləsinə əlavə də bağlamamış, belə bir əlavə adlı müqaviləni də imzalamamışdır. Qeyd etdiyi bu mübahisəyə görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə yuxarıda qeyd olunan iddia ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(006)- 1912/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edimiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə İddiaçı və X3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli «xx xxxxxx 2007-ci il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənaye filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavə» etibarsız hesab edilmiş, onun depozit hesabında olan 131.100 manat pulun ona qaytarılması qət edilmişdir. Lakin iddiasının həmin əsas məbləğinə xx.xx.2012-xx.xx.2017-ci il tarixə illik 16,2 %-lə hesablanmış 106.191 manatın, xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 %-lə olmaqla hər ay üçün 1.769 manat 85 qəpik depozit faizinin, dəymiş mənəvi ziyanın əvəzi olaraq 15.000 manatın «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən alınaraq iddiaçıya verilməsi barədə hissəsi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, onun iddiasının illik 16,2 % tələbi hissəsi də təmin edilmişdir. Sonda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnamələrinə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən onun xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləği və həmin məbləğə illik 16,2 % hesablanmaqla 113270,4 manat tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsindən bankın verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yenidən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, onun iddiasının illik 16,2 % tələbi hissəsi də təmin edilmişdir. Sonda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnamələrinə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən onun xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləği və həmin məbləğə illik 16,2 % hesablanmaqla 103901,7 manat tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsindən bankın verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yenidən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, onun iddianın illik 16,2 % tələbi hissəsi də təmin edilmişdir. Sonda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnamələrinə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən onun xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləği və həmin məbləğə illik 16,2 % hesablanmaqla 103901,7 manat tutularaq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsindən bankın verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Sonda haqlı olduğunu təsdiq etmiş və bankın onun pulunu əsassız olaraq özündə saxladığı, pulunu qaytarmağı gecikdirməsi öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə icra edilmişdir. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli FJB**********064 saylı məxaric orderinə əsasən 131100 manat İddiaçı qaytarılmışdır. Həmçinin həmin məbləği gecikdirdiyinə görə, iddia qaldırılan günədək, yəni xx.xx.2017-ci il tarixədək həmin məbləğə hesablanmış illik 16,2 % hesablanmaqla 103901,7 manat da «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli FJB**********142 saylı məxaric orderinə əsasən İddiaçı qaytarılmışdır. Bununla da, pulunun qaytarılmalı olması, həmin pulun bank tərəfindən əsassız özündə saxladığı, vaxtında qaytarmadığı öz təsdiqini tapmışdır. Buna görə də, əsas depozit məbləği olan 131100 manat pulu bank əslində Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırılan günədək ödəməli idi. Lakin pulu qaytarmaq əvəzinə əsassız apellyasiya və kassasiya şikayətləri verərək, pulun qaytarılmasını gecikdirmişdir. Bu səbəbdən də, onun banka xx xxxxxx 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131.100 manat əmanət məbləği iddia qaldırdığı xx.xx.2017-ci il tarixdən illik 16,2 %-lə hesablanan və qətnamə icra olunan vaxtadək depozit hesabında olan 131100 manat əmanətini bank tərəfindən qaytarılması əsassız olaraq gecikdirildiyi, bank öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, yalnız öhdəliyini qətnaməni icra edərkən xx.xx.2019-cu il tarixdə icra etmişdir. Belə olduğu təqdirdə, onun banka qarşı yenidən iddia qaldırmaq və bankın onun pulunu vaxtında qaytarmadığına görə həmin pula hesablanmış faizləri tələb etmək hüququ vardır. Bu səbəbdən də, xx.xx.2017-ci il tarixdən hesablanmaqla əsas depozit hesabındakı 131100 manat pulun ona geri qaytarıldığı, qətnamənin icra edildiyi xx.xx.2019-cu il tarixədək, həmin depozit hesabında olan əmanətinə illik 16,2 % pulu bankdan tələb etmək hüququ yaranır. Belə ki, həmin pullar əmanət müqaviləsi üzrə pulunu iddia qaldıraraq tələb etdiyi xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019cu il tarixədək, yəni əmanətinin ona qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün bankın istifadəsində qalıb və bank həmin pulu qaytarmayaraq, beləliklə bank özgəsinin pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə onlara ziyan vurmuşdur, bu gecikdirmə nəticəsində onlar Mülki Məcəllənin və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüququndan istifadə edərək, bankdan həmin icrasını gecikdirdiyi pullara görə illik ən azı 16,2 % pul tələb etməkdə haqlıdır. Çünki, elə bankla bağladığı həmin əmanət müqavilələrinə əsasən pulunun həmin bankda qalmasına görə illik 16,2 % pul qazanmaq imkanı real olub. Preyudisial əhəmiyyətli qətnamədə də həmin əmanətə görə 16,2 % pul onun xeyrinə tutulmuşdur. Belə ki, həmin əmanət müqaviləsi yalnız Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra edildikdən sonra, yəni əmanət üçün yerləşdirdiyi pullar qaytarıldıqdan sonra ləğv edilib. Pullar qaytarılanadək bankda olub. Çünki, müqavilə 5 il müddətinə bağlansa da, həmin müqavilə pulu qaytarılmadığı üçün ləğv edilməmişdir. Pulunun qaytarılmaması preyudisial əhəmiyyətli qətnamələrlə təsdiq edilir. Həmçinin bank əmanəti müqaviləsinə əsasən də əmanət üzrə faizlər həmin əmanət tam qaytarılanadək hesablanır. Qanunun tələbinə əsasən banka yerləşdirdiyi əmanəti qaytarılan günədək həmin əmanət müqavilələri üzrə razılaşdıqları illik 16,2 % hesablanmaqla davam etmişdir. Beləliklə, müqavilənin müddətinin uzadılmasının sübut olunmasında onun hərəkətsizlik və neqativ öhdəliyi vardır. O, heç nə etmədikdə, müqavilə uzadılmış sayılır. Bu halın sübut olunması üçün, digər halın mövcudluğunu qarşı tərəf sübut etməlidir. Qarşı tərəf digər halla bağlı sübut təqdim edə bilmirsə, onun irəli sürdüyü iddia tələbi avtomatik sübut olunmuş sayılır. Qətnamədən də göründüyü kimi, bank tərəfindən əmanətçiyə pulun qaytarılması barədə bildiriş göndərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, müqavilənin müddətinin uzadılmasına dair onun iddiası sübut olunmuş sayılır. Əksinə, bank onun pulunu qaytarmaq istəməyib, hansısa saxta girov müqavilələrinə istinad edərək, pulunu qaytarmaqdan imtina etmişdir. Beləliklə, həm Mülki Məcəllənin, həm də Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi bank onun pulunu artıq bir ildir ki, qaytarmır, bir ildir ki, pulunu özündə saxlamaqla, ondan faydalanır. O, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 %-dən artıq daha böyük məbləğ tələb edə bilər. Həmçinin həmin pulları bank vaxtında ona qaytarsa idi, ən azından iddia qaldırdığı xx.xx.2017-ci il tarixdə qaytarsa idi, digər banklara da yüksək faizlə depozit qoyub gəlir əldə edə bilərdi. Lakin ən azından həmin bankın özündə illik 16,2 % hesablanmaqla əmanəti qalmaqda davam etmişdir. 16,2 % faydalanmaq hüququnu sübuta yetirmək üçün həmin müqavilələrdən əlavə hər hansı bir sübutu məhkəməyə təqdim etməyə ehtiyac yoxdur. Çünki, preyudisial əhəmiyyətli qətnamələrlə təsdiq edilmişdir ki, bank illik ona 16,2 % ödəməlidir. Beləliklə, pulunun bank tərəfindən qanunsuz saxlanıldığı müddət üçün illik 16,2 % tələb etmək hüququ var. Belə olduğu təqdirdə, 2 il 11 ay 14 gün üçün 131100 manat pulunun qanunsuz saxlanılması nəticəsində illik 16,2 % hesablanmaqla (131100 manatın illik 16,2 % hesablayanda hər ay 1769,85 manat edir, bu məbləği də 2 il 11 aya, yəni 35 aya vurduqda = 61944,75 manat) 61944,75 manat tələb etmək hüququ yaranır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sənaye filialı ilə müqavilə bağlayaraq illik 19 % hesablanmaqla 60 ay müddətinə 131.100 manat pulu bank adına açılmış 262653 AZN-4725-01 saylı əmanət (depozit) hesabına yerləşdirmiş, 60 aydan sonra, yəni xx.xx.2012-ci il tarixdə bankdan həmin depozit müqaviləsi üzrə banka qoyduğu pula hesablanmış 124.545 manat faizi bankdan götürmüşdur. Bankla olan razılamaya əsasən əsas məbləğ olan 131.100 manatı həmin vaxtı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxn» 60 ay müddətinə depozitlər üçün illik 16,2 % hesablanmaqla pulu bankda qalmaqla xx.xx.2007ci il tarixli depozit müqaviləsinin müddətini yenidən 5 il müddətinə uzatdılar. Bu səbəbdən də o pulu bankdan götürmədi və bankla aralarındakı razılaşmaya əsasən xx.xx.2007-ci il tarixli depozit hesabı haqqında müqavilənin bu dəfə illik 16,2 % olmaqla 60 ay müddətinə uzadıldı. 60 ay tamam olandan sonra müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun olaraq bankdan hesablanmış faizi götürmək istədikdə xx.xx.2007-ci il tarixdə Banka yerləşdirdiyi 131.100 manat müddətli əmanəti xx.xx.2007-ci il tarixdə imzalanmış depozit müqaviləsinə əlavəyə uyğun olaraq xx.xx.2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X3 tərəfindən götürülmüş kreditin təminatı kimi girov qoyulduğu üçün imtina edilmişdir. Mübahisəyə görə Nəsimi Rayon Məhkəməsinə yuxarıda qeyd edilən iddia ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(006)- 1912/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənayə filialı ilə İddiaçı və X3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli «xx xxxxxx 2007-ci il tarixdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Sənayə filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavə» etibarsız hesab edilmiş, onun depozit hesabında olan 131.100 manat pulun ona qaytarılmasını qət etmiş, lakin iddiasının həmin əsas depozit məbləğinə xx.xx.2012-xx.xx.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106.191 manatın, xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1.769,85 manat depozit faizinin, dəymiş mənəvi ziyanın əvəzi olaraq 15000 manatın «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən alınaraq iddiaçıya verilməsi barədə hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, onun iddiasının illik 16,2 % tələbi hissəsi də təmin edilmişdir. İş üzrə dəfələrlə apellyasiya və kassasiya baxışları keçirilmiş, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(006)-1912/2017 saylı qətnaməsinin faiz tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, müddətli əmanət (depozit) hesabı haqqında müqavilə üzrə əmanətə hesablanmış 103901,7 manat faiz məbləğinin «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə yəni «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən iddiaçının xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləğinin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə icra edilmiş, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli FJB**********064 saylı məxaric orderinə əsasən 131100 manat İddiaçı qaytarılmışdır. Həmçinin həmin məbləği gecikdirdiyinə görə, iddia qaldırılan günədək, yəni xx.xx.2017-ci il tarixədək həmin məbləğə hesablanmış illik 16,2 % hesablanmaqla 103901,7 manat da «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli FJB**********142 saylı məxaric orderinə əsasən İddiaçı qaytarılmışdır. İddiaçının hazırki iddiasının mahiyyəti ondan ibarətdir ki, əsas depozit məbləği olan 131100 manat pulu cavabdeh bank əslində Nəsimi Rayon Məhkəməsində iddia qaldırılan günədək ödəməli idi. Lakin pulu qaytarmaq əvəzinə əsassız apellyasiya və kassasiya şikayətləri verərək, pulun qaytarılmasını gecikdirmişdir. Bu səbəbdən də onun banka xx xxxxxx 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131.100 manat əmanət məbləği iddia qaldırdığı xx.xx.2017-ci il tarixdən illik 16,2 %-lə hesablanan və qətnamə icra olunan vaxtadək depozit hesabında olan 131,100 manat əmanətini bank tərəfindən qaytarılması əsassız olaraq gecikdirilmiş, bank öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, yalnız öhdəliyini qətnaməni icra edərkən xx.xx.2019-cu il tarixdə icra etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi 131100 manat pulun iddiaçıya geri qaytarılmamasının obyektiv səbəbi kimi göstərilən müddət ərzində məhkəmə çəkişmələrinin getməsini göstərsə də, məhkəmə iddiaya etirazın əsası kimi istinad edilən bu dəlili əsassız sayır və hesab edir ki, sözügedən pul İddiaçı əmanət müqaviləsi üzrə pulunu iddia qaldıraraq tələb etdiyi xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni əmanətinin ona qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün bankın istifadəsində qalmış və bank həmin pulu qaytarmayaraq, faktiki olaraq özgəsinin pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. İddiaçı iddiasının əsaslı olması, Bankın pulun qaytarmaması barədə əvvəlki məhkəmə çəkişmələrində gətirdiyi dəlillərin əsassızlığı sadalanan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Əmanətin qaytarılması üçün yalnız məhkəmə aktının qəbul edilməsi vacib şərt kimi müqavilədə və Mülki Məcəllədə müəyyən edilməmişdir. Məhkəmə mübahisəsi olmadan da bank əmanətçinin pulunu qaytarmalıydı və hazırkı mübahisənin açılmasının qarşısı alına bilərdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. - 945.2-ci maddəsinə əsasən hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. - 948.1-ci maddəsinə əsasən Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. - 949.1-ci maddəsinə əsasən Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. - 385.1-ci maddəyə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442.1-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 1091.1-ci maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Göründüyü kimi, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC əmanət müqavilələri ilə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş, əmanətçinin tələbi ilə əmanət məbləğlərini ona vaxtında qaytarmamış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də, Bank öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, depozit məbləğlərinə xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni, əmanətinin iddiaçıya qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün hesablanmış faiz məbləğlərini iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Lakin hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə faizlərin miqdarı dəqiq müəyyən edildiyindən, ona görə də faizlr müqavilədə nəzərədə tutulmuş miqdarda ödənilməlidir və həmin faiz məbləği MM-in 949.1-ci maddəsinə əsasən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmaqla əsas depozit hesabındakı 131100 manat pulun ona geri qaytarıldığı, qətnamənin icra edildiyi xx.xx.2019-cu il tarixədək, həmin depozit hesabında olan əmanətinə illik 16,2 % pulu Bankdan tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/2365 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 16,2 %-lə faiz hesablanaraq xx xxxxxx 2019-cu il tarixə 62.770,68 manat məbləğində faiz qalığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 5 %-lə faiz hesablanaraq xx xxxxxx 2019-cu il tarixə 19.373,67 manat məbləğində faiz qalığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarından göründüyü kimi, ekspert rəyində İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 16,2 %-lə faiz hesablanaraq xx xxxxxx 2019-cu il tarixə 62.770,68 manat məbləğində faiz qalığı müəyyən edilməsini göstərdiyi halda iddiaçı cavabdehdən 61944,75 manat pul tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pul tutulmalıdır. Qanunvericiliyə əsasən məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, sadalanan prosessual hüquq normaları Konstitusiyada nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı № 25657/94, § 282). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçı tərəf iddiasının əsaslı olmasının təsdiqi olaraq təqdim etdiyi sübutlar və irəli sürdüyü dəlillər əsasında məhkəmə hesab edir ki, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 61944,75 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 61944,75 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar