Məhkəmə qərarları › İş №2(006)-214/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-214/2023

12.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-214/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası; Cavabdehlər İddiaçı və X2 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiası üzrə əlavə qətnamənin çıxarılması məsələsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 150 nömrəli mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2 ünvanda yerləşən 150 nömrəli mənzildən çıxarılması qarşılığında ona 30.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər İddiaçı və X2 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahları dövründə qazanılmış maddi vəsait hesabına əldə edilmiş ünvan 3 ünvanda yerləşən yaşayış evinin cavabdeh X3 ilə aralarında bərabər şəkildə bölünməsi, ünvan 3 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-214/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiasının təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3004cü məhəllə 16 saylı evin 150 saylı mənzilinin (Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 18, M16, m6) ilk iddia üzrə Cavabdeh tərəfindən boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdehlər İddiaçı və X2 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə çıxarılmış xx.xx.2023-cü il tarixli, 2(006)-214/2023 saylı qətnaməni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, çıxarılmış qətnamədən də görünür ki, məhkəmə tərəflərin ödəmiş olduqları dövlət rüsumuna münasibət bildirməmiş və beləliklə də məhkəmə xərclərinin bölüşdürülməsinə dair məsələni həll etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. - 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. - 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-214/2023 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, digər iddialar üzrə cavabdeh İddiaçı ilk iddia tələbi təmin olunsa da, sonuncu ödəmiş olduğu dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh tutularaq ona ödənilməsini xahiş etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməlidir. Digər tərəfdən həmin qətnamə ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» qarşılıqlı iddiası və Cavabdehlər İddiaçı və X2 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiası təmin edilmədiyindən, sonuncu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evin boşaldılaraq təhvil verilməsi» tələbinə dair ilk iddiası üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılması qarşılığında kompensasiyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Cavabdehlər İddiaçı və X2 qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak» tələbinə dair iddiası üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar